Icma.az
close
up
RU
Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI

Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Uşaqlarda yaranan iştahasızlıq valideynlərin ciddi narahatlığına səbəb olur. Uşaq qidadan imtina edir, çünki çox zaman qəbul olunan yemək, əsasən də səhərlər ürəkbulanma, hərdən qusma ilə müşahidə edilir.

İştahasızlığı aradan qaldırmaq üçün uşaqlara müxtəlif vitamin-mineral komplekslər verilir, amma bu preparatlar yalnız verilən müddətdə təsir edir. Nəticədə isə uşaq normal qidalanmadığı üçün çəkidən və boydan geri qalır. Bu problemi aradan qaldırmaq üçün iştahasızlığı yaradan səbəbləri aşkar etmək lazımdır. Bir sıra xəstəliklər zamanı uşaqlarda əsas simptomlarla yanaşı iştahasızlıq da müşahidə olunur.

Bəs hansı xəstəliklər iştahanın azalmasına səbəb ola bilər?

- mədə-bağırsaq xəstəlikləri

- lyamblioz
- helmintozlar (qurd xəstəlikləri)

- şəkərli diabet

- onkoloji xəstəliklər və sairə

Digər səbəblərdən - stress, depressiya, xroniki yorğunluq da iştahasızlıq yarada bilər.

Hər halda iştahasızlıq normal əlamət hesab olunmur. Yarandığı halda həkimlə məsləhətləşib, səbəbini aşkar etmək üçün uşağı müayinə etmək lazımdır.

Amma yanaşı olaraq xüsusi üsulların köməyi ilə bu problemi tez bir zamanda aradan qaldırmaq olur.

İştahı artırmaq üçün məsləhətlər:

- Yeməkdən əvvəl əlləri yumaq vərdişi yaratmaq lazımdır. Bu prosedurun tək gigiyenik deyil, psixoloji əsasları da var: uşağı qida qəbuluna hazırlayır.

- Qida rejiminə dəqiq riayət etmək lazımdır, yemək arası nəsə (əsasən də şirniyyat) vermək qadağandır.

- Uşağa məcburi hər hansı sevmədiyi yeməyi vermək olmaz.

- Qida qəbulu zamanı uşağın fikrini yayındırmaq olmaz. Məsələn, yemək zamanı TV-yə baxmaq, yaxud uşağa kitab oxumaq olmaz. Uşağın diqqəti yeməkdə olmalıdır.

Bu sadə üsullardan istifadə etməklə, uşağın iştahasını qaydaya salmaq mümkündür.

Xalq təbabəti üsulları ilə iştahasızlığın müalicəsi

Ev şəraitində hazırlamaq üçün iştahasızlıq əleyhinə xalq təbabətinə aid olan sadə reseptləri təqdim edirik.

KEŞNİŞ TOXUMU həzmi yaxşılaşdırır, iştahanı artırır, tərkibində olan efir yağının hesabına güclü spazmolitik və infeksiya əleyhinə təsir göstərir.
Hazırlanma qaydası: 1 ç.q. üyüdülmüş toxuma 250 ml qaynar su əlavə edib, 15 dəq. termosda dəmləmək, süzmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən sonra qəbul etmək məsləhətdir. Müalicə kursu -1 ay.

MORUQ meyvəsinin dəmləməsi iştahanı artırır, həzmi yaxşılaşdırır, qusma, ishal əleyhinə təsir göstərir.
Hazırlanma qaydası: ½ st. moruq meyvəsinə 500 ml qaynar su əlavə etmək, 2 saat termosda dəmləmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən 30 dəq. əvvəl gündə 3-4 dəfə qəbul etmək məsləhətdir.

ADİ RAZYANA iştahanı artırır, həzm traktının fəaliyyətini yaxşılaşdırır, yüngül işlədici, köp əleyhinə təsir göstərir.
Hazırlanma qaydası: 1 ç.q. toxuma 250 ml qaynar su əlavə edib, 1 saat termosda dəmləmək, süzmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən 30 dəq əvvəl qəbul etmək məsləhətdir. Müalicə kursu -1 ay.

TURŞ MEYVƏLƏR mədə şirəsini və öd ifrazını artırır, iştahanı yaxşılaşdırır. Yeməkdən 30 dəq. əvvəl qəbul edilən 100 ml turş alma ilə yerköku şirəsinin dadlı qarışığı orqanizmə və iştaha müsbət təsir göstərir.

Yararlanın və iştahlı olun!

Şəhla Rüstəmova, pediatr, tibb elmləri üzrə fəlsəfə doktoru

Aile.lent.az

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri