Icma.az
close
up
RU
Uşağın qızdırmasını DƏRMANSIZ necə salmaq olar?

Uşağın qızdırmasını DƏRMANSIZ necə salmaq olar?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Soyuq fəsillərdə uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur.

Saglamolun.az bildirir ki, bu xəstəliklərin əsas və valideynləri ən çox narahat edən və qorxudan simptom bədən qızdırmanın yüksəlməsidir.

Bu halda valideynlər adətən uşağa müasir hərarətsalan dərmanlarından birini verir. Lakin sadə üsullar var ki, bu üsulların köməyi ilə uşağın qızdırmasını heç bir dərman istifadə etmədən salmaq mümkündür. Bu üsullara fiziki üsullar deyilir. Onların əsas məqsədi uşağın bədənində gedən istiliyin hazırlanması prosesini ləngitmək və əksinə istilikvermə prosesini sürətləndirməkdir.

Bunun üçün nə etmək lazımdır?

Qızdırması olan uşağı ilk növbədə çarpayıda uzandırın. Uşağı yüngül geyindirin və üstünü qalın örtməyin (adyal kifayətdir, isti yorğan yox!). Əgər siz qızıdrması yüksək olan uşağı isti geyindirib üstəlik isti yorğana bükəcəksinizsə, bu hərarətin daha da artmasına gətirib çıxaracaq.

Xəstə uşaq uzanan otaq isti olmamalıdır (təxminən 22 C). Otağın pəncərəsinin nəfəsliyini açın, otağın döşəməsini nəm əski ilə silin. Quru və isti hava qızdırmanın daha da artmasına səbəb olacaq.

Adətən qızdırması olan uşaq yeməkdən imtina edir. Xəstə uşağı zorla yedizdirməyin. Bu da hərarətin daha da yüksəlməsinə səbəb olacaq. Uşağa bol ilıq (isti yox!) turş maye verin. Bu moruq, zoğal mürəbbəsi əlavə olunmuş çay, limonlu çay, turş kompot, itburnu dəmləməsi və s. ola bilər. Zorla içizdirməyin - bu qusmaya səbəb ola bilər. Lakin mayeni uşağa mümkün qədər tez-tez təklif edin. Bol mayenin qəbulu tərləməyə səbəb olacaq ki, tərləmənin nəticəsində hərarət enəcək.

Hərarət 38-38,5 C çatıb və uşaq özünü normal hiss edirsə, dərhal qızıdrmasalan dərmanlarına üz tutmayın. İlk növbədə uşağı soyundurun və ilıq su ilə olan (32-34 C) vannaya salın və ya ilıq suya batırılmış əski ilə uşağın bədənini silin. Bu sadə üsul əksər hallarda qızdırmanın aşağı düşməsinə kömək edir.

Soyuq su istifadə etməyin, bu dəri kapilyarların sıxılmasına (spazm) səbəb olacaq ki, dəridə olan hərarət enəcək, lakin bədənin daxilində olan hərarət əksinə yüksələcək.

Əvvəllər nənələrimiz qızdırması olan uşaqların bədənini spirt, araq və ya sirkə əlavə olunmuş su ilə silirdilər. Lakin pediatrlar bu maddələrin istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.

Nəzərinizə çatdıraq ki, bütün sadaladığımız vasitələr yalnız uşağın dərisi çəhrayı rəngdə olduqda (biz buna "uşaq yanır" deyirik) istifadə etmək olar. Yüksək qızıdrması olan uşağın dərisi soyuq, solğun və ya göyümtüldürsə, dərhal həkimə müraciət edin. Bu halda sadaladığımız üsullar kömək etməyəcək və əksinə ziyan vura bilər. Belə uşağa vaxt itirmədən hərarətsalan preparat verilir.

Uşağın qızıdrması düşübsə, bu heç də o demək deyil ki, uşaq sağalıb. Hərarətin artmasına səbəb olan amil aradan qaldırılmalıdır. Bu baş verməzsə, müəyyən müddətdən sonra qızıdrma yenə qalxacaq. Mütləq uşağa nəzarət edən pediatra müraciət edin ki, həkim hərarətin yüksəlməsinin səbəbini müəyyən etsin və uşağa lazım olan müalicə təyin etsin.

Əgər sadaladığımız vasitələr kömək etməzsə və uşağın hərarəti yenə artarsa, bu halda uşağın yaşına uyğun olan dozada hərarətsalan dərman istifadə edə bilərsiniz.

Diqqət! Fiziki üsullardan yalnız uşaq özünü nisbətən normal hiss etdikdə istifadə olunur.Uşaq çox halsızdrsa və onun ümumi vəziyyəti ağırdırsa, ona qızdırmasalan dərman verin.

Həmçinin hər hansı xroniki xəstəliyi olan uşaqlara qarşı daha diqqətli olmaq, onların qızıdırması 38 C çatanda qızıdrmasalan preparat vermək lazımdır.

Febril qıcolmalara ("sudorqa") meylli olan uşaqlara da qızıdırma 38 C çatdıqda dərhal hərarətsalan preparat verilməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri