Icma.az
close
up
RU
Uşağınızı ehtiyaclarına görə tanıyın

Uşağınızı ehtiyaclarına görə tanıyın

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Hamının öz ehtiyacları olduğu kimi uşağın da öz ehtiyacları var. Elə isə bu ehtiyaclar hansılardır?
1. Sevgi ehtiyacı...
Uşağın qeyd-şərtsiz sevgiyə ehtiyacı var. Hamı uşağını sevir. Ancaq hamı uşağını sevdiyini hiss etdirmir. Halbuki uşağını sevmək nə qədər vacibidrsə, uşağına sevdiyini hiss etdirmək də o qədər vacibdir. Sevdiyinizi hiss etdirmək üçün ən yaxşı yol isə uşağınızla birlikdə vaxt keçirməkdir. Bunun üçün uşağınızla kiçik bir gəzintiyə çıxa, alış-veriş edə, kinoya və ya teatra gedə, tapşırıqlarına kömək edə bilərsiniz.
2. Müstəqillik ehtiyacı...
Uşağın müstəqil olduğunu bilməyə ehtiyacı var. Uşaq başqalarından ayrı və ya müstəqil olduğunu nə qədər tez hiss etsə, bir o qədər tez formalaşar. Bunun üçün bəzi sadə, ancaq vacib qaydalardan istifadə edə bilərsiniz. Məsələn, uşağınız üçün süfrədə ayrıca stol, boşqab və qaşıq qoysanız, o da müstəqil olduğunu başa düşər. Ona məxsus olan bir yataqda yatması da bu qaydaların bir hissəsi ola bilər.
3. Vəzifələrini bilmək ehtiyacı...
Uşağın vəzifələrini bilməyə ehtiyacı var. Başqa sözlə, uşaq sağlam inkişaf etmək üçün əvvəlcə özü, sonra ailəsi, daha sonra isə cəmiyyət qarşısında vəzifələrini bilməlidir. Məsələn, hər yeməkdən sonra əllərini yumaq, dişlərini fırçalamaq kimi vəzifələr uşağın istər fiziki, istərsə də, mənəvi sağlamlığı üçün çox vacibdir.
4. Tərif ehtiyacı...
Uşağın da böyük kimi tərifə ehtiyacı var. Çünki hər bir müsbət hərəkət başqa müsbət hərəkətə qapı açmaq deməkdir. Ancaq hər bir tərif öz dərəcəsində, səmimi və inandırıcı olmalıdır. Çünki süni tərif əks təsir göstərə bilər. Olmayan bir hərəkət üçün deyilən tərif uşağınızın mənəvi inkişafına zərbə vura bilər.
5. Diqqət və ya qayğı ehtiyacı...
Uşağın diqqətə və ya qayğıya ehtiyacı var. Məsələn, qonaqlarınıza çay süzəndə, uşağınızı da nəzərə alın. Gözəl bir paltar geyəndə, “Nə gözəl paltardır!” - deyin. Unutmayın, diqqət və ya qayğı görən bir uşaq daha diqqətli və daha məsuliyyətli olar.
6. Sərbəst olmaq ehtiyacı...
Uşağın sərbəst olmağa ehtiyacı var. Başqa sözlə, uşaq sərbəst olmalı, ancaq bu sərbəstliyin həddini bilməlidir. Digər tərəfdən, uşağa sərbəstlik vermək xatirinə bütün hərəkətlərinə göz yummaq “ərköyün uşaq sindromu”na gətirib çıxara bilər.
7. Bölüşməyi bilmək ehtiyacı...
Uşağın bölüşməyi bilməyə ehtiyacı var. Uşaqlar 3-4 yaşlarına qədər “Hər şey mənimdir” deyirlər. “Bu ağac mənimdir”, “Bu ana mənimdir”, “Bu boşqab mənimdir” və s. demək uşağın xoşuna gəlir. Belə hallar uşaqda 4 yaşına qədər normaldır. Ancaq 4 yaşından sonra hələ də “Hər şey mənimdir” deyirsə, onda uşağa bölüşməyi öyrətmək lazımdır. Məsələn, “Bu qələm mənimdir”, “Bu köynək bacınındır”, “Bu saat atanındır” və s. kimi sözlərlə uşağınıza başqalarının da əşyaları olduğunu öyrədə bilərsiniz. Digər tərəfdən bu, bölüşmə hissinin uşağın şüuraltına daha asan yerləşməsi üçün də vacibdir.
Ancaq bütün hallarda məcburiyyətdən söhbət getməməlidir. Çünki məcburiyyət uşaqda əks təsirə səbəb ola bilər. Uşağınızın əliaçıq olmasını istəyirsinizsə, ən kiçik jestlərini belə qiymətləndirməlisiniz. Uşaq çox sevdiyi bir oyuncağı qardaşına və ya evinizə qonaq gələn başqa bir uşağa vermək istəmirsə, başqa bir oyuncağı verməsini təklif edin. Əgər iki uşaq razılığa gələ bilmirlərsə, dərhal məsələyə müdaxilə edərək tərəf olmağa çalışmayın. Gözləyin və üstünlüyü sülhə ilk addım atan tərəfə verin.
Aygün Vəliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Noyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see410

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see364

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see362

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see345

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see304

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see294

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see276

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see273

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see268

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see267

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see263

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see253

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see250

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see250

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see222

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see219

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see217

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see194

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see184

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri