Icma.az
close
up
RU
Uşağınızı kitab oxumağa həvəsləndirmək üçün 30 yol...

Uşağınızı kitab oxumağa həvəsləndirmək üçün 30 yol...

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Uşağınızı kitab oxumağa həvəsləndirmək istəyirsiniz? Ancaq bunu nə vaxt və ya necə edəcəyinizi bilmirsiniz? Elə isə işə bu yazını oxumaqla başlaya bilərsiniz...
1. Əgər uşağınızı kitab oxumağa həvəsləndirmək istəyirsinizsə, hər şeydən əvvəl özünüzü kitab oxumağa həvəsləndirməlisiniz. Çünki sizin kitab oxumağa həvəsiniz olmasa, təbii ki, uşağınızın da kitab oxumağa həvəsi olmayacaq.
2. Uşağınızı kitab oxumağa həvəsləndirmək, heç də onu kitab oxumağa məcbur etmək demək deyil (üstəlik də, bunun əks təsir göstərəcəyini bilə-bilə). Bunun əvəzinə bütün ailənizin kitab oxuyacağı ümumi bir “kitab saatı” müəyyən edə və uşağınızın bu “kitab saatı”nda iştirak etməsini təmin edə bilərsiniz. Yeri gəlmişkən deyək ki, hər “kitab saatı” 15 dəqiqədən 1 saata qədər dəyişə bilər.
3. Bundan başqa, uşağınıza verdiyiniz xərcliyə kiçik bir “kitab fondu” da əlavə edə və bu “fond”dan istədiyi kitabı almağa təşviq edə bilərsiniz. Təbii ki, uşağınız bu “kitab fondu”nu sizə görə mənasız bir kitaba xərclədikdə, səbirli olmağı da unutmamalısınız. Çünki bütün hallarda onu bu yolla oxumağa həvəsləndirmiş olacaqsınız.
4. Uşağınızı bir jurnala abunə edin. Beləliklə, bu, həm uşağınıza “sahiblik” hissi aşılayacaq, həm də onu kitab oxumağa həvəsləndirəcək.
5. Uşağınız neçə yaşında olursa-olsun, ona yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bunun onu oxumağa həvəsləndirmək üçün ən yaxşı yollardan biri olduğunu da unutmayın.
6. Siz uşağınıza yüksək səslə kitab oxuduğunuz kimi, qoy uşağınız da sizə yüksək səslə kitab oxusun. Təbii ki, həm səbirlə, həm də diqqətlə dinləmək şərti ilə...
7. Əgər uşağınzın yaşı kiçikdirsə, bir dəfə dinlədiyi bir hekayəni və ya bir nağılı dəfələrlə dinləmək istəyə bilər. Belə hallarda sizin üzərinizə düşən ən böyük vəzifə uşağınıza qarşı səbirli olmaqdır. Əlbəttə ki, onun istəyini yerinə yetirməyi də yaddan çıxarmamalısınız...
8. Uşağınıza yüksək səslə kitab oxuyarkən bir tərəfdən siz kitabı oxuya, bir tərəfdən də uşağınız səhifələri çevirə bilər.
9. Uşağınızın kitablarını öz otağında istədiyi kimi yerləşdirməsi üçün kiçik bir dolab və ya kiçik bir yer ayırın. İnanın, ilk vaxtlar kiçik dedyiniz bu dolab və ya yer qısa bir vaxt sonra böyük bir kitabxanaya çevriləcək. Əgər uşağınızın ayrı bir otağı yoxdursa, kitab dolabınızın alt rəfini uşağınızın kitabları üçün ayıra bilərsiniz.
10. Uşağınızın əlindən tutun və birlikdə bir kitabxanaya gedin. İlk vaxtlar bu, uşağınız üçün maraqsız görünsə də, dərhal reaksiya verməyin. Və daha sonrakı “gəzintilərinizdə” fasilələri azaltmaq şərti ilə tez-tez uşağınızla birlikdə kitabxanaya gedin. Üstəlik, bu “gəzintiləri” sistemli bir şəklə salmağı da unutmayın.
11. Uşağınızla birlikdə bir kitab mağazasının daimi müştərisi olun. Beləliklə, siz burada həm yeni kitablarla tanış ola, həm də yeni kitablar seçə bilərsiniz.
12. Həmçinin, bununla yanaşı, uşağınıza kitabları haradan və necə almağı öyrətməyi də unutmayın.
13. Uşağınızın öz kitablarını özü seçməsinə imkan verin və mümkün qədər seçdiyi kitablara müdaxilə etməyin.
14. Uşağınıza çox istədiyi bir kitab və ya jurnal sifariş verin.
15. Uşağınız başladığı bir kitabı qurtarmasa və hətta bir kənara qoysa, belə ona mane olmayın. Çünki siz onu bu kitabı qurtarmağa məcbur etsəniz də, heç bir işə yaramayacaq. Əgər uşağınızın başladığı kitabı qurtarmalı olduğuna inanırsınızsa, onda onun qurtarmadığı kitabı siz qurtarın. Ancaq bütün hallarda ittihamedici ifadələrdən istifadə etməyin. Əgər bu kitab uşağınız kimi, sizün üçün də cansıxıcı olsa, bunu uşağınıza deyin. Çox güman ki, sizin bu addımınızdan sonra o, başqa bir kitaba başlayacaq.
16. Çalışın, kitab seçərkən siz uşağınıza məsləhət verdiyiniz kimi, uşağınız da sizə məsləhət versin. Və o, sizin məsləhətinizə əməl etdiyi kimi, siz də onun məsləhətinə əməl edin. Beləliklə, bu kitabı həm bir yerdə oxuya, həm də bir yerdə müzakirə edə bilərsiniz.
17. Uşağınız üçün onun adı yazılmış bir möhür, ya da etiket sifariş verin. Kitablarına öz möhürünü vurmaq və ya öz etiketini yapışdırmaq onu kitab oxumağa daha da həvəsləndirəcək.
18. Əgər bir qədər sonra sizin kitablarınıza da öz möhürünü vursa, ya da öz etiketini yapışdırsa, mübahisəyə girməyin və qismətinizə razı olun.
19. Televizorun üzərinə bir və ya bir neçə kitab qoyun. Ola bilsin ki, uşağınız televizorda tapa bilmədiyini kitabda tapsın.
20. Uşağınızın maraq dünyasına uyğun kitablara üstünlük verin. Hətta bunun üçün məsləhət almağı da unutmayın.
21. Uşağınıza yeni bir kitap almaq üçün oxuduğu kitabın qurtarmasını gözləməyin. Növbədə nədən bəhs etdiyini bilmədiyi bir kitabın və ya kitabların olması uşağınızın əlindəki kitabı qısa bir vaxtda qurtarmasına səbəb ola bilər. Hətta bunun üçün bir dəfəyə bir yox, bir neçə kitab da ala bilərsiniz.
22. Uşağınızı kitabxana qurmağa həvəsləndirdiyiniz kimi, özünüzü də kitabxana qurmağa həvəsləndirin. Çünki bu kitabxana həm uşağınıza çox gözəl bir nümunə, həm də çox gözəl bir “sərmayə” olar.
23. Unutmayın ki, bu işdə sizə evinizdə kitab oxumaq üçün bir guşənin olması da kömək edə bilər.
24. Əgər varsa, uşağınızın bir kitab klubuna üzv olmasına kömək edin.
25. Danışmağa başladığı ilk vaxtdan uşağınızın söz ehtiyatını artırmağa çalışın. Çünki mütəxəssislər danışmaqla oxumaq arasında çox ciddi bir əlaqə olduğunu bildirirlər.
26. Əgər uşağınızı kitab oxumağa həvəsləndirmək istəyirsinizsə, oxuyacağı kitablarda onun üçün yeni məlumatların olmasına diqqət yetirin.
27. Kitabın içərisində bilmədiyi sözlərin və ya ifadələrin olması da istədiyiniz nəticəni almaqda sizə mane ola bilər.
28. Unutmayın ki, uşağınızı (elə özünüzü də) təkcə evdə yox, çöldə də kitab oxumağa həvəsləndirə bilərsiniz.
29. Uşağınızı kitab oxumağa həvəsləndirmək üçün başqa bir yol isə onuu kitab sərgilərinə aparmaqdır.
30. Və ən əsası kitab seçərkən uşağınızın yaşına uyğun kitab seçin...
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Yanvar 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri