Icma.az
close
up
RU
USAID in dağıdıcı şəbəkəsi 707 media, 6 mindən çox jurnalist, 300 ə yaxın QHT nin maliyyələşdirilməsi ANALİZ

USAID in dağıdıcı şəbəkəsi 707 media, 6 mindən çox jurnalist, 300 ə yaxın QHT nin maliyyələşdirilməsi ANALİZ

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəhayət ki, ABŞ-nin dünyada məşhur olan Beynəlxalq İnkişaf Agentliyi - USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu gəldi. Azərbaycana qarşı qərəzli, böhtan xarakterli materialları sifariş edən mərkəzi elə ABŞ-nin özü ifşa etdi.

Tramp administrasiyasının Hökumət Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask hətta USAID-i cinayətkar təşkilat adlandırıb və onun "peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin" böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradıb hökuməti aldadaraq vəsait qazandığını deyib.

ABŞ-də və dünyada USAID haqqında bu cür sərt qərarların veriləcəyini heç kim gözləmirdi. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində Tramp administrasiyasının USAID-lə bağlı konkret addımlar atacağına ümid etdiyini bildirmişdi.

ABŞ administrasiyası indi də faktiki olaraq hər gün USAID-lə bağlı ifşaedici materiallar dərc edir. İllərlə müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlik fəaliyyət göstərilib. Atılan addımlar da onu deməyə əsas verir ki, daha USAİD maliyyələşdirdiyi QHT və media vasitəsi ilə buna cəhd göstərməyəcək.

İstənilən halda, Donald Trampın USAID-in baş qərargahının bağlanması və orada ciddi yoxlamalara başlanılması haqqında qərarı təqdirəlayiqdir. Məlum qərar imkan verəcək ki, orada kök salmış cinayətkar, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın.

Donald Tramp

ABŞ-dən başlayan anti-USAID hərəkat artıq bir sıra ölkələrdə ciddi rezonans doğurub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, USAID, NED və digər qurumlar gürcü xalqına və gürcü dövlətinə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər. Baş nazir yeni administrasiya dövründə ABŞ səfirliyinin gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə, səfirlik, USAID, NED və digər müvafiq qurumlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini bildirib.

Ardınca da, Qazaxıstan parlamentinin iclasında Xalq Partiyasından olan deputatlar bu ölkənin ictimai təşkilatlarının xaricdən aldığı yardımlar barədə bütün hesabatların açıqlanmasını tələb ediblər. Onlar ABŞ-nin USAID dövlət agentliyinin maliyyə vəsaitlərindən məqsəddənkənar istifadə edilməsi ilə bağlı məlumata belə reaksiya veriblər. Məlumata görə, 2022-2025-ci illərdə USAID Mərkəzi Asiyada insan hüquqlarının və bərabərliyin gücləndirilməsinə iki milyon dollar ayırıb.

Son araşdırmalar isə sensasion sayıla biləcək faktlar ortaya qoyub. Bəlli olur ki, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim durur.

Ağ Evin USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumatında isə bildirilib ki, bura Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrənin alınması daxildir və bu sistem narkotik istehsalında daha çox istifadə olunub. Eləcə də, “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi (1.5 milyon dollar) bura daxildir. Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar da bura daxildir.

Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.

Bundan əvvəl ABŞ-nin Dövlət İdarəetmə Effektivliyi Departamentinin rəhbəri İlon Mask bildirib ki, artıq “Politico”, "The New York Times" və "Associated Press" agentliyini maliyyələşdirmirlər. Onun məlumatına görə, Dövlət Departamenti “Associated Press”dən, Maliyyə Nazirliyi “The New York Times”dan, “Politico”dan imtina edib.

Cozef Bayden administrasiyası dövründə bu KİV-lərin onlarla sifarişli anti-Azərbaycan materiallar dərc etdikləri bəllidir. İndi aydın olur ki, bu təşkilat təkcə ABŞ mediasına vəsait yönəltməyib, həm də Britaniyada BBC-ni səxavətlə maliyyələşdirib. 2023-2024-cü illərdə USAID Britaniya yayımçısının ikinci ən böyük donoru olub və ona 2,613 milyon avro köçürüb. Bu, BBC-nin redaksiya müstəqilliyi barədə suallar doğurur və media korporasiyanın bu gün Bakıda mühakimə olunan qalmaqallı oliqarx Ruben Vardanyanı niyə bu qədər fəal dəstəklədiyini və hətta onu "Hard Talk" proqramına dəvət etdiyini izah edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Fevral 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri