Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

USAID in öldürücü bumeranq zərbəsi

USAID in öldürücü bumeranq zərbəsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbər heyətində təmsil olunan 60 nəfərə yaxın şəxs işdən kənarlaşdırılıb. Yüzlərlə mütəxəssis sərəncama göndərilib. Agentliyin ofisində audit yoxlamaları başlanıb. Preizdent Donald Tramp tərəfindən Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edilmiş İlon Mask ilk açıqlamalarında bunu maliyyə yoxlamaları ilə əlaqələndirib. Bunu, həmçinin DOGE-nin dövlət büdcəsini izafi xərclərdən qorumaq üçün verdiyi çoxsaylı təkliflərdən biri kimi təqdim edib.

Amma hadisələrin sonrakı gedişatı fərqli nəticələr doğurub. Son anda baş verənlər deməyə əsas yaradır ki, USAID-in fəaliyyətindəki nöqsanlar təkcə maliyyə maxinasiyaları ilə bağlı deyil. İctimaiyyətdən gizli saxlanılan digər amillər də vardır ki, bu səbəbdən qurumun fəaliyyətinin dayandırılmasına qərar verilib. Belə ki, agentliyin Vaşinqtonda “Ronald Reyqan binası”nda yerləşən baş qərargahı bağlanıb. Ofisin önündəki lövhə götürülüb, agentliyə məxsus sayt bloklanıb. Sayta giriş Dövlət Departamentinin internet səhifəsinə yönləndirilib. Agentliyin məxfi məlumatlarının qorunduğu bütün yaddaş kartları və kompüter sistemləri nəzarətə götürülüb. İlon Mask son açıqlamalarında USAID-in ləğvi prosesinə başlanıldığını bəyan edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi təqribən 50 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatıdır. Qurumun məramnaməsində qeyd edilir ki, o, xarici ölkələrdə “mülki-humanitar yardımların çatdırılmasını, həmçinin demokratik inkişafı hədəfləyən proqramların icrasını” reallaşdıran təsisatdır. ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən layihələr USAID vasitəsilə icra edilir.

Amma təcrübə göstərir ki, USAID fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalardan, demokratik inkişafı ehtiva edən proqramlardan daha çox, bu ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, çaxnaşmalar yaratması ilə məşhurdur. O, ABŞ-ın hədəfində olan ölkələrdə ictimai rəyi idarə etmək, “humanitar yardımlar” adı altında cəmiyyətlərin rəğbətini qazanmaq üçün yaradılmış bir cəza mexanizmidir. ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin kənar cəmiyyətlərdə tapşırıqlarının icraçısı rolunda çıxış edən bir alətdir. Zərurət yarananda “humanitar yardım” proqramlarından kənara çıxır, ayrı-ayrı ölkələrdə siyasi kataklizmlər törədir, hakimiyyət çevrilişlərinə dəstək verir, xaos və dağıntılar törədir. Müasir terminologiya ilə ifadə etsək, USAID ABŞ-ın ”yumşaq güc” texnologiyasıdır, onun ekspansiya siyasətini icra edən əsas təsisatdır. Təşkilatın saytında da qeyd edilir ki, o, “Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiya edilmiş formada fəaliyyət göstərir”.

Maraqlıdır, nə baş verib ki, ABŞ Prezidenti bu cür mötəbər bir qurumun bağlanmasında israrlıdır? Dünya mediası bu suala cavab axtarır. Versiyalar çoxdur. Ötəri ehtimallar üzərində qurulanlar da az deyil. Amma sırada rasional görünənlər də var. Məsələn, qeyd olunur ki, USAID rəhbərliyi bəzi hallarda sayıqlığını itirib, xarici hədəfləri unudaraq, daxili siyasətə qarışır. Demokratların Respublikaçılar üzərində qələbəsi üçün çalışıb. Konkret desək, Donald Trampın seçkilərdə məğlub edilməsi üçün vəsait xərcləyib. Belə ki, Nyu-Yorkun meri və Prezident D.Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verib.

USAID-nin yanlışları təkcə daxili siyasətə baş qoşub kompromat savaşına girişməsi ilə bitmir. O, xarici siyasət kursunda da ciddi qüsurlara yol verib. Xarici ölkələrdə “humanitar yardım” proqramları icra etmək, bu yolla həmin cəmiyyətlərdə ABŞ-a rəğbət formalaşdırmaq əvəzinə, özünün kobud, yanlış siyasəti və davranışları ilə bəzən dost ölkələri də narazı salıb, rəqibə çevirib. Məsələn, 2023-cü ilin oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAID-i ifşa edən rəsmi açıqlama yaydı. Onu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasında ittiham etdi. Uzun illər ərzində Qərbyönümlü siyasət yürüdən Gürcüstanın ABŞ-dan incik düşüb üz döndərməsi, əslində, bu nöqtədən başladı. USAID-in yarıtmaz siyasəti Gürcüstanı ABŞ-ın dostluğundan çıxardı, onun rəqibinə çevirdi. Amma, bu, USAID-in adının qarışdığı ilk və yeganə qalmaqal deyil. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 il müddətində gerçəkləşdirilən inqilabi proseslərdə, xaosun, qarşıdurmaların artmasında bu qurumun iştirakı görünür.

USAID Azərbaycanda da oxşar problemlər yaratdı. Agentliyin rəhbəri Samanta Pouer ABŞ-ın Cənubi Qafqazdakı maraqlarını özünün şəxsi maraqlarına satdı. O, erməni əsilli milyarder, yaxın dostu Ruben Vardanyanı müdafiə etmək naminə Azərbaycanı incik saldı, münasibətləri soyutdu. USAID-in maliyyələşdirdiyi KİV və QHT-lər 2023-cü ilin sentyabr tədbirlərindən sonra “Azərbaycanı etnik təmizləmədə”, “Ermənistan ərazisini işğal etməyə hazırlaşmaqda” ittiham edən məlumatlar yaydılar. Təsirlərində olan KİV və QHT-lər vasitəsilə ölkəmizə qarşı beynəlxalq səviyyədə kampaniyalar keçirdi, haqsız hücumlar təşkil etdi.

Bu kontekstdə USAID-in imkanları hədsiz dərəcədə genişdir. Təkcə 2023–2024-cü illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək” adı altında agentlik 9 milyard dollardan çox vəsait sərf edib. Fəaliyyətini “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında pərdələyib. Reallıqda isə siyasi proseslərə müdaxilə edib, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışıb. Maliyyələşdirdiyi KİV və QHT vasitəsilə istənilən ölkəyə qarşı qarayaxma kampaniyası apara bilir.

Faktlar sübut edir ki, ABŞ II Dünya müharibəsindən sonrakı 80 il ərzində Avropa məkanında, o cümlədən, ümumilikdə dünya miqyasında öz hegomonluğunu təmin etmək üçün bu mexanizmdən də faydalanıbdır. “Humanitar yardım göstərmək”, “demokratik inkişafı dəstəkləmək” adı ilə çoxsaylı “donor institutlar” və “QHT şəbəkələri” formalaşdırıb. ABŞ-ın hansısa regionda maraqları təhlükəyə düşəndə həmin “donor institutlar” və peyk “QHT şəbəkələri” aktivləşiblər. Ərazisində fəaliyyət göstərdikləri milli hökumətləri fakt qarşısında qoyaraq, güzəştlərə sövq ediblər. Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıbdır. USAID, NED, Marşall, IREX və digər “beynəlxalq donorlar” məhz bu proqramın icraçıları olaraq meydana çıxarılıblar. Onların çevrələrində QHT, media orqanlarından ibarət şəbəkələr formalaşdırılıb. Ayrı-ayrı ölkələrdə yüzlərlə “milli QHT” vardır ki, öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edir; okeanın o tayından gələn tapşırıqları qeyd-şərtsiz yerinə yetirir.

Bu baxımdan yanaşsaq, Samanta Pouerin yarıtmaz, naşı fəaliyyəti təkcə USAID-i yox, bütövlükdə, ABŞ-ın xarici siyasət xəttini ifşa edib risk altına salır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri