Icma.az
close
up
RU
“USAİD in ölkələrdə yaratdığı qarışıqlıqlar ölkə ictimaiyyətinin Amerikaya rəğbətini azaldırdı” Millət vəkili

“USAİD in ölkələrdə yaratdığı qarışıqlıqlar ölkə ictimaiyyətinin Amerikaya rəğbətini azaldırdı” Millət vəkili

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“USAİD-in ikinci Soros fondu olduğu heç kəsə sirr deyildi.  Bəlkə də Soros ikinci USAİD idi. Maraqlısı odur ki, bu təşkilat Amerika administrasiyasının tərəfindən maliyyələşdirilirdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəyev bildirib.
O qeyd edib ki, keçən il USAİD-in büdcəsi 40 milyard  dollar olub:
“Bu, kifayət qədər böyük bir rəqəmdir. Qarşısına demokratiya, insan hüquqları məsələsi qoyulsa da, təşkilat ayrı-ayrı ölkələrinin daxili siyasətinə müdaxilə ilə məşğul idi. Bunun üçün oradakı siyasi partiyaları ələ alır, QHT-ləri maliyyələşdirir, media orqanlarına vəsait ayırır. Aydın məsələdir ki, kim ödəniş edirsə, sifarişi də o verir. İndiyə qədər xaricdə bir sıra mətbuat orqanları, özünü müstəqil adlandıran QHT-lər, Azərbaycan əleyhinə çirkin kampaniya aparırdı. Bunun arxasında USAİD-in durduğu heç kəs üçün sirr deyildi. Çünki ayrı-ayrı ölkələrdən gələn antiAzərbaycan bəyanatlarının əslində məzmunu bir idi. Sanki tapşırıq prinsipləri bir mərkəzdən gəlirdi. Bir çox ölkələr Soros kimi USAİD-in fəaliyyətindən çox ciddi narazı idi. Və axır ki, ABŞ siyasi elitası bu təşkilatın ilk növbədə ABŞ-nın maraqlarına zidd siyasət  apardığının fərqinə vardı”.
Millət vəkili vurğulayıb ki, ayrı-ayrı ölkələrdə qarşıqlıq yaratmaq həmin ölkələrin, ölkə ictimaiyyətinin Amerikaya rəğbətini azaldırdı:
“Həmin ölkələrin zəifləməsinə səbəb olur və aydın məsələdir ki, ABŞ-nın milli maraqlarının heç də həmişə zəif ölkə ilə həyata keçmədiyi bəllidir. Buna görə də ABŞ-nın əvvəlki administrasiyalarının çirkin bir siyasəti ifşa olundu. Bu gün Tramp administrasiyası onu maliyyələşdirməkdən imtina edir. Onun işçilərini, layihələrini artıq maliyyələşməsini dayandırır. Düzdür, o demək deyil ki, xaricdə antiAzərbaycan kampaniyalar dayanacaq. Yenə də USAİD təşkilatı, erməni diasporu təşkilatı tərəfindən dəstəklənən fondlar Azərbaycan qarşı əleyhinə kampaniya aparacaqlar. Amma USAİD-in taleyi göstərir ki, çirkinlik, başqa ölkələrin daxili işlərinə qarışmaq, demokrat, yəni insanlıqlarını gözdən salmaq gec-tez öz nəticəsini alacaqdır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri