Icma.az
close
up
RU
USAID separatizm və revanşizmdə birbaşa iştirak edib

USAID separatizm və revanşizmdə birbaşa iştirak edib

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən, 44 ölkədən 80-dən çox ekspertin və beyin mərkəzlərinin qatıldığı “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Geosiyasi şəraitdə sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın dəstəklənməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələr və öhdəlikləri yüksək səviyyədə həyata keçirən ölkəmizdə bu mötəbər forumun keçirilməsinin ənənə halını alması, forum iştirakçılarının təəssüratlarları, müzakirə olunan mövzuların aktuallığı Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və yürütdüyü çoxspektrli siyasətin uğurlu nəticələrinin əyani ifadəsidir. Prezident İlham Əliyevin forumdakı çıxışı qlobal güclər arasında yeni dünya nizamı uğrunda gedən mübarizəyə Azərbaycanın strateji baxışını ortaya qoyur.

Dövlət başçımızın səsləndirdiyi bəyanatlar və ortaya qoyduğu mövqe həm Cənubi Qafqaz üçün, eləcə də Avropa və Yaxın Şərqin təhlükəsizlik arxitekturası üçün proqnozları və mümkün nəticələrə yanaşmanı özündə ehtiva edir.

Dövlətimizin başçısı çıxışında dünya nizamında baş verən transformasiya, Ermənistan-Azərbaycan münasibətləri mövzularına diqqət çəkərək vurğulayıb ki, Cənubi Qafqaz kontekstindəki proseslərin inkişafı və dinamikası Ermənistanın Azərbaycanla sülh gündəmində nə qədər səmimi davranma indikatorundan asılıdır. Yəni regionunun gələcəyi daha çox Ermənistanın hansı mövqedə dayanmasına bağlıdır və baş verə biləcək hadisələrə görə məsuliyyət trayektoriyası Ermənistanın üzərində ciddi şübhələr yaradır.

Rusiya-Ukrayna müharibəsinin konteksti Avropa ilə bərabər postsovet məkanını da əhatə edir və bunun müşayiətində Rusiya-Ermənistan münasibətləri xüsusilə maraq doğurur. Ermənistan Qərb siyasi sisteminin bir parçası olmağı hədəflədikcə və Rusiyanın oriyentasiyasından çıxmağa çalışdıqca, Cənubi Qafqazda geosiyasi ziddiyyətlər dərinləşir. Əlavə geosiyasi yüklər Ermənistan üzərindən regional gərginliklər yaradır və bunun fonunda İrəvanın hansı meyarlarla sülh gündəliyinə sadiqlik göstərəcəyi suallar doğurur. Sülh sazişi ilə əlaqədar Azərbaycan tərəfinin tələb və şərtlərini Ermənistana çatdırdığını vurğulayan dövlət başçımız bildirib ki, indi top İrəvan tərəfdədir. Avropa İttifaqı missiyasının Ermənistandakı fəaliyyətinə, Fransa və Hindistanın canfəşanlıqla nümayiş etdirdiyi geosiyasi qisasçılıq kursuna diqqət çəkən Prezident İlham Əliyev bununla bəzi qüvvələrin Cənubi Qafqazda ayırıcı xətlər yaratmağa çalışdığını faktlarla əsaslandırıb.

Bu gün Azərbaycan özünü beynəlxalq gərginlik və yüksək eskalasiya risklərindən kənarda tutmaq üçün davamlı strateji inkişafa yönəlir və aparıcı geoiqtisadi mərkəz kimi cəlbedicilik xüsusiyyətləri qazanır. Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi həmin istiqamətlərə əlavə dəyər qata biləcək gücdədir. Azərbaycan maksimum şəkildə Ermənistanla münasibətlərdə müharibənin geri qayıtmamasını təmin etmək üçün genişmiqyaslı sülh və diplomatik fəallıq nümayiş etdirir. Ermənistanın konstitusiyasını dəyişdirməsi Prezident İlham Əliyevin gündəmində sülh gündəliyinin uğurlu inkişafı üçün prioritet təşkil edir. Əgər Ermənistan konstitusiyasını Azərbaycanın tələb və şərtləri əsasında dəyişsə, bu, Bakının İrəvan üzərində yüksək səviyyəli institusional təsirini yaradacaq. Bu, dayanıqlı sülh və təhlükəsizlik üçün vacib elementdir, hərçənd ki, Ermənistan regionda geosiyasi ayırıcı xətlər yaratmağı hədəfləyən qüvvələrin poliqonuna çevrilib. Yüksək, intensiv diplomatik-siyasi səyləri, həmçinin Ermənistan və onun havadarlarının buna maneələr yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasından tutmuş Qərbi Azərbaycanlıların geri dönüşünə qədər geniş layihəni icra edəcək gücü və potensialı toplayıb. Bütün bunlar bir daha təsdiqləyir ki, keçən zaman Ermənistanın əleyhinə işləyir.

Qeyd edək ki, Beynəlxalq forumda dövlət başçımızın ortaya qoyduğu aydın mövqe nüfuzlu “Reuters”, “TASS”, “RİA Novosti”, “İnterfaks”, “Regnum”, “Vestnik Kavkaza”, “Belta”, “Anadolu”, “AGERPRESS” agentliklərinin və xəbər portallarının xüsusi diqqət mərkəzində olub. Moldovanın nüfuzlu “Noi” xəbər portalında Prezident İlham Əliyevin çıxışına dair rumın və rus dillərində dərc olunan “İlham Əliyev: Sülh sazişi ilə bağlı top Ermənistanın tərəfindədir” sərlövhəli məqalədə sülh sazişinin imzalanması perspektivinə dair dövlətimizin başçısının fikirlərinə geniş yer ayrılıb. Portal Azərbaycan Prezidentinin aşağıdakı fikirlərini sitat gətirib: “Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəlincə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm”.

Qərb dövlətləri uzun illər ərzində dünyanın müxtəlif bölgələrində ölkələrin daxili işlərinə müdaxilə yolu ilə öz maraqlarını təmin etmək üçün fərqli adlar altında çoxsaylı təşkilatlar yaradıblar. Onlar bunu “yumşaq güc” mexanizmləri hesab edirlər, hərçənd bunlar heç də “yumşaq” yox, kifayət qədər sərt siyasi alətlərdir. USAID, NED, “Soros Fondu”, “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Transparency International” kimi təşkilatlar məhz belə alətlərdəndir və uzun illərdir ki, onların “fəaliyyəti” Azərbaycan cəmiyyətinə də yaxşı tanışdır. Qərb bu təşkilatlar vasitəsilə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bəzi şəxsləri, siyasi partiyaları, vətəndaş cəmiyyəti qurumlarını, medianı humanitar, sosial, ekoloji, demokratik inkişaf proqramları adı altında maliyyələşdirərək, əslində, öz maraqlarına xidmət edən casus şəbəkələrinə çevirib.

Humanitar yardım adı ilə girdikləri ölkələrdə USAİD başda olmaqla ABŞ və Avropanın bir çox siyasi institutları manipulyativ mühit formalaşdırmaqla cəmiyyətləri olduqca təhlükəli və məkrli hədəflərə istiqamətləndirib və ayrı-ayrı ölkələrin dövlətçiliyini zəiflətməyə, hətta dövlət çevrilişləri həyata keçirməyə və bu yolla həmin ölkələrdə, yaxud bölgədə öz maraqlarını təmin etməyə çalışıblar. Bu mənada, USAID açıq-aşkar Ermənistana havadarlıq edərək Azərbaycana qarşı separatizmi və revanşizmi təşviq etməkdə və maliyyələşdirməkdə birbaşa iştirak edib.

Forumda Qərb ölkələrinin Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirməsini və daxili işlərə müdaxiləsini sərt şəkildə tənqid edən dövlət başçımız USAID-in fəaliyyəti ilə bağlı kompromat xarakterli materialları Forum iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq informasiya agentlikləri forumun geosiyasi əhəmiyyətini vurğulamaqla yanaşı həm də Qərbin müdaxilə siyasətinə dair tənqidi yanaşmaları məqalələrində ön plana çıxarıblar. “Əliyev: Bakı USAID-in qanunsuz fəaliyyəti ilə bağlı faktları Trampın komandasına təqdim edəcək” sərlövhəli materialda dövlətimizin başçısının USAID-in qanunsuz fəaliyyəti ilə bağlı fikirlərinə geniş yer verilib. Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunub ki, hazırda Azərbaycanın Baş Prokurorluğu bu təşkilatın qanunsuz fəaliyyəti ilə bağlı araşdırma aparır və onun ilkin nəticələri USAID-in anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətin işinə xələl gətirmək niyyətini, habelə ölkənin daxili işlərinə aşkar müdaxilə cəhdlərini nümayiş etdirir. Nəticələr hazır olan kimi, Azərbaycan tərəfi onu Tramp administrasiyasına təqdim edəcək.

7 ildir ki, ölkəmizdə keçirilməsi ənənə halını alan bu beynəlxalq forumun adlandırılmasında Prezident İlham Əliyevin “yeni dünya nizamı” anlayışına istinad etməsi Azərbaycanın və bütövlükdə regionun dəyişən qlobal geosiyasi reallıqlara uyğun olaraq strateji mövqeyini daha da möhkəmləndirmək istədiyini göstərir. Və dünyanın müxtəlif ölkələrindən forumda iştirak edən bütün ekspertlər “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumu alternativ baxışların səsləndiyi əhəmiyyətli platforma kimi səciyyələndirməsi forumun geniş miqyaslı geosiyasi əhəmiyyətini göstərir.

Cavanşir Feyziyev,  
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri