Icma.az
close
up
RU
“USAID yerli rejimlərə, hakimiyyətlərə öz maraqlarına uyğun təsirlər göstərib”

“USAID yerli rejimlərə, hakimiyyətlərə öz maraqlarına uyğun təsirlər göstərib”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“1961-ci ildə ABŞ-də USAID yaradılanda onun fəaliyyəti ABŞ kəşfiyyat orqanları ilə əlaqələndirilmişdi. Dəfələrlə USAID rəhbərləri etiraf ediblər ki, onlar ABŞ kəşfiyyat orqanları ilə əlaqəli şəkildə çalışırlar. Yəni bunu xatırlatmaqda məqsədim ondan ibarətdir ki, USAID müxtəlif ölkələrdə destruktiv fəaliyyətlə məşğul olub. Əsas fəaliyyət istiqaməti də ondan ibarət olub ki, öz nəzarəti altında müxtəlif qruplar formalaşdırılıb və lazım gələn anlarda həmin qruplarda yerli hakimiyyətlərə qarşı təzyiq aləti kimi istifadə edib. Bir sözlə, USAID təsir imkanlarına sahib olduğu ölkələrdə siyasi rejimlərə təsir etmək, onların fəaliyyətini istiqamətləndirmək hətta rejimləri dəyişmək kimi məqsədlər güdüb. USAID dünyanın 100-dən artıq ölkəsində ofisə sahibdir və 10 mindən artıq müxtəlif ölkələrdə işçiləri mövcuddur. Onlar əsasən də postsovet ölkələrində qeyri-hökumət təşkilatlarının və KİV orqanlarının maliyyələşdirilməsində xüsusi fəallıq nümayiş etdiriblər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

Politoloq vurğulayıb ki, USAID bir qayda olaraq vətəndaş cəmiyyəti quruculuğu prosesinə dəstək adı və ya bəhanəsi altında öz nəzarətində olan qeyri-hökumət təşkilatlarının formalaşdırılmasına xüsusi diqqət ayırıb: “Məsələn, postsovet ölkələrində rəngli inqilablar bir qayda olaraq belə qeyri-hökumət təşkilatları vasitəsi ilə təşkil olunub. Gürcüstanda, Ukraynada, Qırğızıstanda və bir sıra ərəb ölkələrində məhz USAID öz nəzarəti altında qeyri-hökumət təşkilatları və KİV orqanlarını istifadə etməklə özlərinin təhlükəli məqsədlərinə çatıblar. Məsələn, Gürcüstanda 25 mindən artıq qeyri-hökumət təşkilatı birbaşa Qərbdən maliyyələşirdi. Bu mənada USAID-in rolunu xüsusi qeyd etmək lazımdır və bu qeyri-hökumət təşkilatında təmsil olunan insanlar da birbaşa onların sosial bazasını təşkil edirdi, onların təlimatları əsasında hərəkətlənirdi. Gürcüstanda günlərlə davam edən etiraz aksiyalarının təşkilatçısı da məhz USAID başda olmaqla, Qərb institutları idi. Bu baxımdan USAID müxtəlif ölkələrdə olduqca dağıdıcı fəaliyyətlə məşğul olub. USAID başlıca olaraq ABŞ-yə loyal olan siyasi rejimlərin formalaşdırılması istiqamətində fəaliyyət göstərib. Bu mənada öz nəzarəti altında olan qeyri-hökumət təşkilatları və KİV-lərdən istifadə edib və yaxud da qeyd etdiyim kimi yerli rejimlərə, hakimiyyətlərə öz maraqlarına uyğun təsirlər göstərib”.

Onun sözlərinə görə, USAID-in ABŞ-də fəaliyyətinin demək olar ki, dayandırılması dünya dövlətləri üçün olduqca müsbət bir hadisədir: “Bildiyiniz kimi, Trampın verdiyi ilk qərarlardan biri ondan ibarət oldu ki, xarici yardımlar 90 gün dondurulsun. Bu da birbaşa USAID-in fəaliyyətinə təsir göstərəcək. Çünki USAID xarici inkişaf agentliyi olmaqla əsas xarici yardımları həyata keçirirdi. Hər il milyardlarla dollar müxtəlif ölkələrə yönəldilirdi. Lakin bu milyardlarla vəsait həmin xalqların və ya dövlətlərin rifahı naminə deyil, əksinə, USAID-in öz məkrli maraqları istiqamətində yönləndirilirdi. Yəni USAID yalnızca öz nəzarəti altında olan qurumlara maliyyə dəstəyi verirdi ki, onları sonradan istədiyi istiqamətlərdə istifadə etsin”.

E.Mirbəşiroğlu həmçinin əlavə edib ki, ABŞ-də yeni Hökumətin Effektivliyi Departamentinin rəhbəri olan milyarder İlon Mask da USAID-i artıq ölmüş bir təşkilat adlandırdı: “Düşünürəm ki, artıq USAID olmayacaq. Belə ki, ABŞ Dövlət Departamentinin yeni rəhbəri də bildirib ki, o, həm də USAID-in icraçı direktoru vəzifəsini yerinə yetirməkdədir. Yəni USAID-in səlahiyyətləri Dövlət Departamentinə verilməkdədir. Belə getsə USAID-in fəaliyyətinə ehtiyac qalmayacaq. Ola bilsin ki, bu, həm də ABŞ-nin xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərin baş verəcəyinə də bir işarədir. Çünki USAID özbaşına fəaliyyət göstərməyib. Buna qədər birbaşa ABŞ-də hakimiyyətin təlimatlarına uyğun fəaliyyət göstərib. Xüsusilə də Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli şəkildə öz fəaliyyətini qurub. Görünür, bundan sonrakı mərhələdə ABŞ ayrı-ayrı ölkələrdə loyal rejimlərin formalaşdırılması məsələsinə çox da diqqət yetirməyəcək. Bu da yalnız və yalnız dünya dövlətləri üçün olduqca məqbul bir qərar olacaq”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri