Icma.az
close
up
RU
USAİD erası bitdi

USAİD erası bitdi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti

Onun missiyasını daşımaq üçün ABŞ hansı mexanizmi tətbiq edəcək?

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) iyulun 1-dən etibarən xarici yardım proqramlarını rəsmi olaraq bağlayıb. Bu proses əslində 6 ay öncədən başlayıb. Prezident Donald Tramp yanvarın 24-də ABŞ-ın xaricə yönəlik yardım proqramlarının araşdırılıb qiymətləndirilməsi üçün sərəncam verib. Sərəncama uyğun olaraq, qarşıdakı 90 gün ərzində ABŞ-ın bütün xarici yardım proqramları dondurulub. Xarici yardımların çatdırılmasında vasitəçi rol oynamış qurumlar üzərində təftişlər başladılıb. Bu kontekstdə araşdırmalara cəlb edilən əsas subyektlərdən biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAİD olub. Yanvarın 27-də agentliyin funksiyası dondurulub, veb-səhifəsinin yenilənməsi dayandırılıb.

Rəsmi açıqlamalara görə, USAİD dayandırıldığı günə qədər, təqribən, 50 milyard dollar məbləğində illik büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatı olub. Quruluş məramnaməsində qeyd edilir ki, bu qurum xarici ölkələrdə “mülki-humanitar yardımların çatdırılmasını, həmçinin, demokratik inkişafı hədəfləyən proqramların icrasını” reallaşdıran təsisat rolunu icra edib. ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən layihələr USAİD vasitəsilə gerçəkləşdirilib. Tramp 24 yanvar sərəncamını imzalayana qədər USAİD 120-yə yaxın ölkədə minlərlə “humanitar yardım proqramları”nı icra edib.

Amma bu, agentliyin fəaliyyəti barədə məlumatın rəsmi versiyasıdır. Məsələ ondadır ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalar icra etməkdən daha çox, ABŞ-ın siyasi maraqlarının təmin edilməsi üçün çalışıb. O, ABŞ-ın hədəfində olan dövlətlərin ərazisində siyasi proseslərə açıq müdaxilələr etməsi, çaxnaşmalar yaratması ilə məşhurdur. Ozünün “qrant vəsaitləri”ni daha çox ictimai rəy institutlarına – media sub-

yektlərinə, fərdi jurnalistlərə, QHT-lərə, hətta, siyasi partiyalara yönəldib. Qrantlar üzərindən ictimai rəy institutlarını idarə etməklə, özü barəsində müsbət imic yaradıb, cəmiyyətlərin rəğbətini qazanıb. Belə rəğbətdən faydalanaraq həmin cəmiyyətlər üzərində ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin planlarını həyata keçirib. ABŞ-ın direktivlərindən kənara çıxan ölkələrdə siyasi kataklizmlər törədib, hakimiyyət çevrilişlərinə dəstək verib, xaos və dağıntılar törədib. Müasir terminologiya ilə ifadə etsək, USAİD ABŞ-ın ”yumşaq güc” texnologiyası rolunu oynayıb, onun ekspansiya siyasətini icra edən əsas təsisat olub. Təşkilatın veb-səhifəsində açıq tekstlə qeyd edilirdi ki, agentlik “Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiya edilmiş formada fəaliyyət göstərib”.

Maraqlıdır, bəs nə baş verdi ki, ABŞ prezidenti bu cür mötəbər bir qurumun bağlanmasına qərar verdi? Dünya mediası yaxın 6 ay müddətində bu suala cavab axtarır. Səbəblərin bir qismini ABŞ-ın yeni dövlət katibi Marko Rubio özünün “X” hesabında açıqlayıb. O, mart ayının 9-da USAİD üzərində aparılan təhqiqatların ilkin nəticələrini elan edib. Bildirib ki, "6 həftəlik araşdırmadan sonra USAID-in icra etdiyi proqramlarda ciddi nöqsanlar aşkar edilib, proqramların 83 faizinin rəsmən ləğv edilməsinə qərar verilib”. Rubionun 9 mart açıqlamasından belə məlum oldu ki, ləğv edilən 5200 müqavilə on milyardlarla dollar məbləğində vəsaiti əhatə edib: “Amma icra edilmiş həmin proqramlar ABŞ-ın milli maraqlarına xidmət etməyib. Bəzi hallarda isə hətta milli maraqlara zərər vurub. Bu cür layihələr, ümumilikdə, USAİD-in icra etdiyi proqramların 83 faizini əhatə edir”.

Dövlət katibi vurğulamışdı ki, problem aşakarlanan, icrası dayandırılan müqavilələrin kəmiyyəti 83 faizdən 92 faizə qədər yüksələ bilər: “Hələlik icrası zəruri sayılan digər 1000 proqrama nəzafət isə USAİD-dən alınaraq Dövlət Departamentinə verilib”.

Amma Marko Rubionun 9 mart açıqlaması USAİD barədə bütün suallara aydınlıq gətirməyib. Araşdırmaçılar hesab edirlər ki, “dövlət katibi ümumi sözlərlə danışıb, gerçək səbəblərin üzərindən keçib”. Məsələn, qeyd olunur ki, USAİD-in ləğv edilməsinin əsl səbəblərindən biri, onun “daxili siyasətə bulaşmasıdır”. Daxili siyasətdə Demokratlar Partiyasının mövqeyindən çıxış etməsidir. Agentliyin cari rəhbərliyi son prezident seçkiləri dönəmində Demokratlar Partiyasının Respublikaçılar üzərində qələbəsi üçün çalışıb. Konkret desək, Donald Trampın seçkilərdə məğlub edilməsi üçün vəsait xərcləyib. Belə ki, Nyu-Yorkun meri və prezident D.Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verib.

USAİD-nin yanlışları təkcə daxili siyasətə baş qoşub kompromat savaşına girişməsi ilə bitmir. O, xarici siyasət kursunda da ciddi qüsurlara yol verib. Xarici ölkələrdə “humanitar yardım” proqramları icra etmək, bu yolla həmin cəmiyyətlərdə ABŞ-a rəğbət formalaşdırmaq əvəzinə, özünün kobud, yanlış siyasəti və davranışları ilə bəzən dost ölkələri də narazı salıb, rəqibə çevirib. Bu fakt dövlət katibi Marko Rubionun açıqlamalarında da öz əksini tapıb.

Hər nə səbəbdən olursa-olsun, USAİD-in fəaliyyəti dayandırıldı. İyul ayının 1-dən etibarən, onun fəaliyyətinə rəsmən xitam verildi. Amma bu, ABŞ-ın qlobal siyasətdə ambisiyalarının yox olması anlamını daşımır. O, “dünya hakimiyyəti” uğrunda savaşını davam etdirir. Bəs bu mərhələdə ABŞ üçün “yumşaq güc” missiyasını kim icra edəcək? ABŞ “yumşaq güc” missiyasını icra edən təşkilatları formatlayırmı? Yoxsa yeni metodologiya tətbiq edir?

Yəqin ki, yaxın günlərdə bu suala da cavab tapılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər bir birinə inanmır

13 May 2026 23:19see229

Rövşən Nəcəf “düyünü”

13 May 2026 21:15see217

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see202

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see193

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see191

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see182

Vaşinqtonun İran planı məlum oldu

13 May 2026 17:35see182

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see181

“Mançester Siti” “Liverpul”un müdafiəçisi ilə maraqlanır

14 May 2026 05:11see180

Aranda yağmursuz, dağlarda yağış və dolu...

14 May 2026 04:54see178

Məktəb direktoru Facebook dakı paylaşımlarına görə cəzalandırılıb?

13 May 2026 22:46see177

Toyun səhəri günü sağdişini öldürdü FOTO

14 May 2026 06:01see167

Netflix ə qarşı ittiham: Siz ona baxarkən, o da sizi izləyir!

13 May 2026 20:54see165

“Trampın siyirməsində Vensə məktub var”

14 May 2026 05:01see162

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see154

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

14 May 2026 06:22see153

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see150

Xarıbülbül Festivalında dolu yağdı Video

14 May 2026 00:11see149

Renduliç xorvatlara “Zirə”dən danışdı

14 May 2026 01:33see148

Şiddətli yağış və fırtına oldu, ölənlər var

14 May 2026 02:43see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri