Uşaq bağçadan qaçdı, müəllimlər bilmədi: Avtobus sürücüsü TAPDI
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Dünən "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Əsəd Əhmədov küçəsində itkin düşmüş uşaqla bağlı məlumat paylaşıb. O bildirib ki, sürücü Asif Allahverdiyev hərəkətdə olan avtomobillərin arasında azyaşlı uşağı görərək dərhal avtobusu saxlayıb. Ətrafı diqqətlə yoxlayan sürücü uşağın tək olduğunu müəyyən edib və onun təhlükəsizliyini təmin edib. Bundan sonra dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib.
Sonradan məlum olub ki, uşaq bağçadan çıxaraq nəzarətsiz şəkildə xeyli məsafə qət edib.
Redaktor.az xəbər verir ki, oxu.az-ın əməkdaşı məsələ ilə bağlı sürücü Asif Allahverdiyevlə əlaqə saxlayıb.
O, açıqlamasında hadisənin əslində daha təhlükəli olduğunu və naməlum bir qadının uşağın nəzarətsizliyindən istifadə edərək onu aparmaq istədiyini iddia edib:
"Oxşar hallarla qarşılaşmışam, amma bu, pik hadisə oldu. Axşam saatlarında, təxminən 18:55-də Əsəd Əhmədov küçəsində hərəkətdə olarkən yolun hərəkət hissəsində əlində oyuncaq maşın olan, təxminən 3 yaşlı bir uşağın oynadığını gördüm. Azyaşlı magistral yolda oyuncaq maşınını sürürdü. Təhlükəni anlayaraq sağımdakı taksiyə siqnal verdim. Taksi sürücüsü maşından düşərək uşağın kimə məxsus olduğunu soruşdu. Bu zaman uşaq yolun sol tərəfinə qaçdı. Hicablı bir qadın uşağa yaxınlaşaraq, valideynini tanıdığını dedi və uşağın qolundan tutaraq onu valideyninə aparacağını bildirdi.
Avtobusda sərnişinlər də var idi. Bir qədər sonra gördüm ki, uşaq həmin qadından narahatdır, əlindən tutsa da, qaçmağa çalışır. Təxminən 20 addım getdikdən sonra narahat oldum və şüşəni açaraq taksi sürücüsünə dedim ki, maşını qadının qabağında saxlasın, çünki onun valideyni deyil. Özümün üç uşağım var, "uşaq" deyəndə məndə axan sular dayanır".
O, sözlərinə belə davam edib:
"Taksi sürücüsü maşını qadının önündə saxladı və valideynin kim olduğunu təkrar soruşdu. Mən də dedim ki, ola bilsin, valideyni marketdədir. Biz söhbət edərkən qadın qaranlıqda gözdən itdi. Vəziyyətin ciddiliyini görüb avtobusu yolun kənarına çəkdim. Mənimlə birlikdə bir xanım da avtobusdan düşdü. Uşağın əlindən tutaraq adını, atasının adını və əlaqə nömrəsini soruşduq. Telefonu ona verdim ki, nömrəni yığsın, lakin uşaq dilində nömrələr yığdı.
Son çarə olaraq uşağı avtobusa gətirdim, təhlükəsizliyini təmin etdim və qapını bağladım. Əvvəlcə dispetçerə, daha sonra isə "102" xidmətinə məlumat verdim. Qısa müddət sonra polis əməkdaşları gəldilər və uşağı onlara təhvil verdim. Polis əməkdaşı uşağın atasının adını dedi, o da təsdiqlədi. Daha sonra məlum oldu ki, uşaq bağçadan qaçıb. Ailəsi vəziyyətdən xəbər tutaraq polisə müraciət edib. Uşaq saat 18:00-da bağçadan çıxıb və təxminən 45-50 dəqiqə ərzində axtarışda olub. Çox şükür ki, həmin vaxt mənimlə qarşılaşıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 27 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















