Icma.az
close
up
RU
Uşaq dərsi hazırlıq kursunda öyrənirsə, məktəb nə üçündür? Tam tərsidirsə, repetitora nə gərək var?

Uşaq dərsi hazırlıq kursunda öyrənirsə, məktəb nə üçündür? Tam tərsidirsə, repetitora nə gərək var?

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Uşaqların dərsdən sonra valideynlərlə evdə ev tapşırıqlarını, ümumiyyətlə dərsləri ilə birlikdə məşğul olmasının hansı müsbət və mənfi xüsusiyətləri var?

“Savadlı valideynlər övladlarının dərslərinə kömək edir. Bu, çox düzgün addımdır. Valideyn evdə uşaqla məşğul olmalı, dərslərinə nəzarət və müəyyən köməkliklər etməlidir”.

Bu sözləri Bizimyol.info portalına açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

Elçin Bayramlı

Sosioloq qeyd edib ki, repetitor yanına uşaq göndərmək mənasızdır: “Evdə məşğul olmaq daha yaxşıdır, nəinki hazırlıq kurslarına və ya repetitorlara qoymaq. Ümumiyyətlə, uşaq niyə repetitorlar yanına getməlidir, məktəb nədən ötrüdür? Məktəbdə bütün dərslər keçirilir, bütün kitablarda hər şey var. Müəllimlərə istədikləri sualı verə bilərlər. Guya məktəbdə dərs keçirilmir. Bunlar hamısı bəhanədir, çünki həmin dərslik kitablarında hər şey yazılıb. Oxuyan uşaq kitabı qarşısına qoyub oxuyur, bilmədiklərini də müəllimdən öyrənir. Ola bilməz ki, şagird dərslə bağlı müəllimə sual versin, müəllim ona cavab verməsin. Belə bir şey ola bilməz. Əks halda həmin müəllim dərhal işdən azad olunar. Ona görə də repetitor yanına və ya hazırlıq kursuna uşaq qoymaq mənasız bir şeydir, qeyri-adekvat bir haldır. Buna ehtiyac belə yoxdur. İki variant var. Valideyn özü savadlıdırsa, uşaqlarının təhsili ilə, dərslərin gedişi özü maraqlanacaq, bilmədiklərini izah edəcək, yönəldəcək. Savadlı deyilsə, o zaman uşağına sadəcə gündəlik nəzarət etməlidir, dərslərinə necə hazırlaşır, hansı qiymətləri alır, dərsə necə maraq göstərir. Əgər uşaqda oxumağa maraq varsa, o istənilən şəraitdə oxuyacaq. O uşaq istəyir kənd məktəbində, istər Bakıda, istər illiyi 20000-30000 olan özəl məktəbdə oxusun heç biri fərq eləmir. Çünki bütün tədris proqramı, bütün fənlər eynidir. Oxuyan adam hər yerdə oxuyacaq. Sadəcə uşaqda məsuliyyət və maraq olmalıdır. Oxumağa həvəsi yoxdursa, ən bahalı məktəbə də qoysan o, uşaqdan heç nə gözləmək lazım deyil. Görürsünüz 600-700 bal toplayan uşaqların çoxusu uçuq-sökük daxma məktəblərdən, ucqar bölgələrdən gələnlərdir. Deməli burda ağıllı yanaşma budur ki, uşağı elə tərbiyə etmək, elə nəzarət etmək lazımdır ki, uşağın dərslərə, təhsilə, məktəbə marağı olsun. Uşaq bilmədiklərini müəllimdən və yaxud digər adamlardan soruşa bilər, hətta internetdən çox rahat şəkildə tapıb oxuya, dəqiqləşdirə bilər.

Mən şəxsən övladlarımı hazırlığa, repetitora göndərməmişəm. Məktəbdə nə öyrəniblərsə odur, evdə də dərslərinə kömək etmişik, bilmədikləri məsələləri öyrətmişik”.

Elçin Bayramlı vurğulayıb ki, repetitor yanına gedən yüksək bal toplayan uşaqlar onsuz da savadlı uşaqlardır: “Ortaya şayiə buraxıblar ki, ancaq bu yolla ali məktəbə qəbul olmaq olar. Amma biz görürük ki, heç bir repetitor yanına getməyən yüzlərlə uşaq yüksək ballarla ali məktəblərə qəbul olur. Repetitor yanına gedən yüksək bal toplayan uşaqları nümunə göstərirlər. İnanın ki, onsuz da onlar oxuyan uşaqlardır. Oxuyan uşaqlar repetitor yanına getməsə belə həmin dərsləri kitabdan öyrənib yenə də yüksək bal toplayıb universitetə qəbul olacaqlar. Sadəcə valideyn daha təminatlı olsun, daha üstün olsun deyə əlavə hazırlıqlara qoyur. Bu da uşaqları psixoloji cəhətdən, zehni cəhətdən yorur. Uşağın psixologiyasını korlayır, onun oynamasına istirahətinə, insanlarla ünsiyyətinə vaxt qalmır. Bu isə uşağı məhv eləmək deməkdir. Çünki həyat fasiləsiz olaraq yalnız təhsildən, dərs oxumaqdan ibərət deyil, uşağın yaşamaq hüququnun əlindən almaq olmaz. Nə var ki, gedib filan instituta gedəcək. Belə bir xəstə yanaşma heç bir sivil mədəni ölkədə yoxdur. Yalnız və yalnız bizdə var. Dünyada ikinci belə bir ölkə, ikinci belə bir cəmiyyət yoxdur. Bütün ölkələrdə uşağın marağı nəyədirsə, valideyn sadəcə ona yönəldir. Oxuyursa dəstək verir və oxumursa, peşə təhsilinə yönəldir. Bizdə isə uşaqları məcburi şəkildə 5-6 müəllim yanına, hazırlıq kurslarına göndərirlər, onları dərslərlə yükləyib zonbiyə çevirirlər. Abituriyentlərin beynini çürüdüb, tələb edirlər ki, universitetə girməlidir. Halbuki heç uşağın oxumağa marağı yoxdur. Ümumiyyətlə, bizim ali təhsil sistemi də savadsız kütlə yetişdirir. Əmək bazarında o qədər tələbat yoxdur, 100 minlərlə tələbə ortalığa buraxılır, onların heç 20%-i iş tapa bilmir. Hərənin əlinə "işə yaramayan" və ya saxta diplom verilir, universiteti bitirən bir çörəyin pulu üçün tökülür küçələrə.

Dünya ölkələrində uşaqlar peşə təhsil mərkəzlərinə, müxtəlif biznes layihələrinə, yaradıcı işlərə yönəldilir və özlərinə biznes, daha yaxşı həyat qururlar. Biz hələ o səviyyəyə çatmamışıq. Bizdə bu təfəkkür, yanaşma çox aşağı səviyyədədir. Ona görə bu problemlər getdikcə daha da kəskinləşir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri