Çimərliklərdə olan sirkə şüşələri nə üçündür?
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Avstraliyanın tropik çimərlikləri plastik sirkə şüşələri ilə diqqət çəkir. Bu şüşələr zəhərli dəniz canlılarının çox olduğu bölgələrdə ilk yardım vasitəsi kimi istifadə olunur.
Metbuat.az bildirir ki, ölkənin şimal sahillərində dünyanın ən təhlükəli dəniz canlılarından biri olan qutu meduzası yaşayır. Onun zəhəri ürək dayanmasına səbəb ola bilər. Bu canlı ilə təmasda olduqda, sirkə dəridə qalan və daha çox zəhər ifraz edə biləcək nematosistləri zərərsizləşdirə bilir.

Bundan başqa, ölçüsü cəmi 1–2 sm olan, lakin güclü ağrı və digər ciddi reaksiyalara səbəb olan Irukandji meduzaları da bölgədə rast gəlinir. Sirkənin bu növə təsiri dəqiq olmasa da, yenə də ilk yardım kimi tövsiyə olunur.
Əgər sahildə fizalya (mavi şişə) ilə qarşılaşsanız, sirk' əvəzinə dəniz suyu ilə təmizləmək və təsirlənmiş ərazini isti suya salmaq daha uyğundur. Sirk' bu halda əks təsir göstərə bilər.
“Sidiklə müdaxilə” isə xalq arasında yayılmış, lakin elmə əsaslanmayan üsuldur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 31 May 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















