Icma.az
close
up
RU
Media nə üçündür? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Media nə üçündür? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Aqşin Yenisey, şair:

- Özünü "çoban" adlandıran bir şəxsin alimləri işlətdiyini deməsini qıcıqla qarşılamaq həyat məktəbini "qırmızı diplomla" bitirməməkdən xəbər verir.

Bu mövzuda əsas məsələ niyyətdir.

Alim pul qazanmaq niyyəti olub qazana bilməyən adam deyil. Alim pul qazanmaq niyyəti olmayan adamdır. Yəni alim öz varlığını pulla mənalandırmayan adamdır.

İnsan özünü nəylə mənalandırmaq istəyirsə, ona çevrilir. Biz öz mənamızıq. Hətta bəzilərimiz bizi mənaladıracaq vasitədən savayı bir şey deyilik. Pul sıraviləri mənaladıran bir dəyərdir.

Napoleon deyəndə kimin ağlına onun pulqabısı gəlir?

Alimin niyyəti pul qazanmaq olsa, o, bəsit iqtisadi münasibətlər sistemində şeytana da papış tikər.

Alim pulu qarnı üçün qazanır, varlığını mənalandırmaq üçün deyil.

Varlığı qarnından, əyin-başından ibarət olan adamlara baxıb alimi, elmi yazıqlaşdırmaq yanlış düşüncədir.

Alim o vaxt yazıqlaşar ki, onu xoşbəxt edən dəyər çobanı xoşbəxt edən dəyərlə eyniləşər.

Qismət Rüstəmov, şair:

- "Kulis"də Axundov haqqında primitivlikdə tayı-bərabəri olmayan bir yazı oxudum. Müəllifin iddiası belədir: Axundov "Hacı Qara" pyesini sifarişlə yazıb, səbəbi də budur ki, Şekspirin "Venesiya taciri" əsərində yəhudilər aşağılanır, onu unutdurmaq üçün müsəlmanları tənqid edən əsər sifariş edilib.

Maarifçiliyin mahiyyətini aydın şəkildə dərk etmək lazımdır. Axundov özündən ədəbi istiqamət, cərəyan kəşf etməyib; ondan əvvəl bütün Avropada geniş vüsət alan maarifçilik hərəkatı vardı, hamısı da öz cəmiyyətlərini tənqid edirdilər. İndi nədir, Russonun, Volterin məqsədi fransız xalqını, Tomas Hobbsun, Con Lokun da əsas qayəsi ingilis xalqını, eləcə də xristianlığı gözdən salmaq idi?!

Şair düz deyib e: "İnsan bir akşamüstü ansızın yorulur..."

Şəfəq Mehrəliyeva,  media eksperti:

- Audiovizual Şuranın "Kanal S" televiziyasında yayımlanan "Sözün bitdiyi an" proqramında səsləndirilən fikirlərlə bağlı açıqlamasını gördükdən sonra orijinal videoda aparıcının çıxışı ilə tanış oldum. Şuranın narahatlıq və qınağı çox yerində ifadə edilmişdir.

Milli mətbuatımızın 150 illiyini qeyd etdiyimiz bir dönəmdə ölkədə media və jurnalistika mövzuları həmişəkindən daha çox diqqətə saxlanılmalıdır. Media mühiti informasiya texnologiyalarının inkişaf sürəti təzyiqi ilə dəyişdikcə jurnalistika, azad söz, ictimai kürsüdən məsuliyyətli rəyin formalaşması kimi mövzular dəfələrlə ələkdən keçirilməlidir.

Sözü gedən proqramda aparıcının "mən...mənim" və subyektivliyində israr edən digər ifadələrdən istifadə etməsi jurnalistikanın - istər informativ, istər müəllif- kanonlarını əks etdirmir.

Bir daha xatırlatmağa dəyər ki,

MEDİA NƏ ÜÇÜNDÜR?

Media ictimai vəkil missiyasını yerinə yetirərək mənbələri sorğulayır və ictimaiyyəti daha yaxşı qərarlar qəbul etmək üçün dəqiq, qərəzsiz, faydalı, operativ məlumatla təmin edir!

Rəy jurnalistikasına gəldikdə, aparıcılar yuxarıda qeyd edilən medianın təyinində obyektivlikdən çox yayınmamaq məqsədi ilə empatiya hissini qurmağı bacarmalıdılar. Çünki onlar öz adlarından deyil, kürsüdə ictimaiyyət adından çıxış edirlər.

Bunun ən doğru yolu, ADA Universitetinin media dərslərində tələbələrimizə xatırlatdığımız kimi, ritorikada şəxsi əvəzliklərin istifadəsinə fikir vermək və ehtimal, fərdi rəy deyil, faktoloji məzmuna üstünülük verməkdir. "Mən", "mənim fikrimcə", "məncə", "mənim misalımda", "hamı kimi", "heç zaman" və s. ifadələr jurnalistin istifadə etməkdən mümkün qədər çəkinməli olduğu siyahıda olmalıdır. Onlardan istifadə etdikdə isə, arxasında duran obyektiv dəlillər göstərilməlidir. 

Jurnalistin işi "ictimai vəkil" olaraq müzakirə prosesində ictimaiyyətin marağını təmsil etməkdir. Burada fərdi subyektiv rəydən çəkinmək peşəkar jurnalisti daha dəqiq, qərəzsiz və faydalı məzmuna və nəticədə, öz missiyasını daha yaxşı yerinə yetirməyə istiqamətləndirə bilər.

Elxan Şahinoğlu, politoloq:

- Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bələdiyyə seçkilərində Komminist Partiyasının hakim "Vətəndaş Müqaviləsi" Partiyasından sonra ikinci yeri tutması diqqət çəkicidir. Ermənistan Kommunist Partiyası Gümrüdəki uğurunu ölkə ərazisinə yaymağa çalışacaq. Kommunist Partiyası erməni cəmiyyətində nüfuzu azalan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarını müxalifət cinahında əvəz etmək istəyəcək. Əslində Ermənistan Kommunist Partiyasının digər müxalif partiyalardan elə böyük fərqi yoxdur. Bu partiya da Qarabağ separatizminə dəstək verib və İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Erməni kommunistlər son illərdə parlament seçkilərində uğur qazanmayıblar, ancaq Gümrüdəki nailiyyət onları ölkə üzrə fəallaşdıracaq. Partiyanın adından və ideologiyasından aydındır ki, erməni kommunistləri Qərblə əməkdaşlıq əvəzinə Rusiya ilə müttəfiqliyin tərəfdarıdırlar. Son çıxışında Robert Köçəryanın və Serj Sərkisyanın ünvanına "sizi divara çırparam" deyən Paşinyan parlament seçkilərinə qədər erməni kommunistlərin də zəif nöqtələrini tapmalıdır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezienti:

- "Starlink" Azərbaycanda nəyi dəyişəcək?

Güman ki, biz bundan sonra siyasi müxaliflərin maşınlarında və mənzillərinin balkonlarında mini Starlink antenləri görə biləcəyik.

Uzun müddət "Starlink"in Azərbaycan bazarına daxil ola bilməməsi, tənzimləyici qurumlardan, qanunvericilikdə nəzərdə tutulan qaydada DTX-dan icazə məsələləri də müzakirə predmeti olmuşdu.

Nəhayət, hökumət həm də 4-cü magistral operator hesab olunacaq bir provayderin - "Starlink"in internet bazarına girişinə icazə verib.

Bu, nəyi dəyişəcək ?

Dərhal qeyd edim ki, çox şeyi dəyişəcək.

"Starlink" sadəcə yeni bir internet provayderi deyil. Bu, Azərbaycan internetinin daha da  müstəqilləşməsi, alternativliyin artması və həm də, necə deyərlər, rəqəmsal ədalətin genişlənməsi deməkdir.

Bəzən, siyasi müxaliflər, ictimai fəallar, siyasi jurnalistlər internet bağlantısı imkanlarının olmaması, onun məhdudlaşdırılması və izlənilmə ilə bağlı açıqlamalar verirdilər.

"Starlink" peyk internet isə baha olsa da, dünyada daha müstəqil və hökumətlərin müdaxiləsindən daha az asılı bağlantı hesab olunur.

Əlbəttə, əgər hökumət icazə veribsə, düşünmək olar ki, "Starlink"lə də  sorğu əsasında qanunvericilikdə nəzərdə tutulan məlumatların hökumətə təqdim edilməsi məqamları nəzərə alınıb.

Amma istənilən halda hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir.

Bununla da, ölkədə informasiya azadlığı və internet azadlığının daha da inkişaf edəcəyini proqnozlaşdırmaq olar.

Yəni bundan sonra güman ki, bizim müxaliflərin, siyasi partiya rəhbərlərinin, fəalların   maşınlarında, mənzillərinin balkonlarında ən azı mini "Starlink"antenləri görə biləcəyik.

Eyni zamanda ölkəmizdə ucqar kəndlər, dağlıq bölgələr, sərhəd əraziləri üçün həyat dəyişəcək. İllərlə keyfiyyətli internetdən məhrum olmuş ucqar məktəblər, bələdiyyələr, mədəniyyət evləri , kitabxanalar, dənizdəki platformalar, tikinti-kəşfiyyat sahələri, aqro təsərrüfatlar qlobal şəbəkəyə çıxış əldə edə biləcəklər. Bu isə ölkədə rəqəmsal transformasiyaya daha da təkan verəcək.

Azərbaycanda indiyədək 3 bəkbon (magistral) provayder olub. Yəni ölkəyə interneti 3 qurum gətirirdi. İndi isə bunların sayı 4 oldu.

Yəni "Starlink" ölkəmizdə magistral provayder hesab oluna biləcək bir operatordur.

Biz 16 noyabr 2015-ci il ildə "Delta Telecom"da baş verən partlayışla ölkəyə daxil olan internetin bir nöqtədən asılı olmasının ciddi fəsadlarını görmüşük.

Daha müstəqil 4-cü magistralın, "Starlink"in ölkəmizdə fəaliyyətə başlaması Azərbaycan internetinin dayanıqlığı və informasiya təhlükəsizliyi üçün də mühüm addımdır.

Düşünürərm ki, "Starlink"in bazara daxil olması internet və mobil sektorda rəqabət və keyfiyyətin artmasına da müsbət təsir göstərəcək.

Doğrudur, RİNN-in ölkə üzrə internet problemini həll edəndən sonra "Starlink"i Azərbaycan bazarına buraxması da diqqət cəlb edəndir.

Görünən odur ki, mobil operatorlar hər gün bəsit xidmətlərinin tariflərini qaldırılar, keyfiyyətə və yeni xidmətlrə, 5G-yə etinasız yanaşırlar.

Bəzən müşahidə edirik ki, bəzi ənənəvi provayderlər xidmət göstərdikləri ərazilərdə alternativlərin olmamasından sui-istifadə etməkdə, inhisarçılıq yaratmaqda maraqlı olurlar.

Güman ki, "Starlink" belə halların qarşısnın alınmasında da ciddi rol oynayacaq.

Beləliklə, qlobal bir operatorun gec də olsa Azərbaycan bazarına daxil olması ciddi hadisədir. Bu, ölkədə innovasiyaların, transformasiyanın inkişafına xeyli müsbət təsir göstərəcək.

Xatırlayıram ki, nazir Rəşad Nəbiyev bir neçə dəfə "Starlink" rəsmiləri ilə görüşmüşdülər.

Hökumətin, RİNN-in bu istiqamətdə səyləri təqdirəlayiqdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri