Icma.az
close
up
RU
“Uşaq evin güzgüsüdür” Müəllimi saymayandan sizə övlad olacaq?

“Uşaq evin güzgüsüdür” Müəllimi saymayandan sizə övlad olacaq?

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Altı dərs boş-boş oturduq. İki dərs müəllim yalandan danışdı, ona qulaq asdıq. Digər dörd dərs o qədər ürəyim sıxıldı ki, inana bilməzsiniz. Bir şəkildə idarə elədik, amma həqiqətən çox yorucu gün idi. Ümid edirəm ilin davamı belə olmaz, yoxsa, heç dözə bilmərəm”.

Bu sözləri dərsə gedəndə makiyaj videosu çəkən məktəbli qız danışır.

Dünən “Tiktok”da canlı açıb, qaynaq olunmuş uzun dırnaqlarını, sinif yoldaşının əlindəki elektron siqareti nümayiş etdirən də məktəbli idi.

Cəmi iki gündür dərslər açılıb, amma valideyn olan kəs uşağına üç aylıq tətildə övladına bir gün belə tərbiyə verməyib. Uşaqları qınamaq çox asandır, onları o mühitdə böyüdən adamlardadır günah. Müəllimi  “boş-boş” danışan adlandıran şagirddən hansı tərbiyə, hansı gələcək gözləmək olar? “Uşaq evin güzgüsüdür”, sözünü boşuna deməyiblər ki? Ana ata nədirsə, uşaq da onun bir az oxşar formasıdır. Belə uşaq böyütmürlər. Uşağınız evdə makiyaj da edər, dırnaq da taxar, siqaret də çəkər, bu sizin valideyn olaraq öz probleminizdir. Amma təhsil müəssisəsini, oradakı dərs keçən insanları hörmətsiz vəziyyətə düşürməyə heç kimin ixtiyarı yoxdur.

Uşaq doğulan kimi ona sosial şəbəkə hesabı açanda, körpənin hər halını ora yükləyəndə fikirləşmək lazım idi ki, gələcəkdə bu uşaq “tiktok”er olacaq. Bu arada, video çəkmək, kontekt yaratmaq qətiyyən qınanılası deyil, amma ağzına gələni danışmaq və valideynin də bunu görə-görə susmağı əsl tərbiyəsizlikdir.

Öz uşağına yiyə dura bilməyən ata-analar bir hadisə olan kimi “daş atıb, başlarını tuturlar”, amanın bir günüdür, birdən kimsə uşağıma səsinin tonun qaldırar.

Mən başa düşmürəm axı uşaqları niyə belə böyüdürsünüz? Əlinizə nə keçir? Tərbiyə verə bilmədiyiniz canları niyə dünyaya gətirmək kimi bir lüksə sahib olduğunuzu düşünürsünüz? Bu gün müəllimin başına çıxardığınız uşaq elə bilirsiniz ki, gələcəkdə sizə qol-qanad olacaq? Sizi ata-ana yerinə qoyacaq? Heç üzünüzə də baxası deyil.

Azyaşlıları sosial şəbəkədən, telefondan uzaq tutun. Uşaq doğulan kimi onu ekranlara çıxarmayın. Hər şey bir yana, bəlkə gələcəkdə o uşaq sosiallaşmaq istəməyəcək, niyə onların hüquqlarını tapdalayırsınız?

Uşağınız yeniyetmə olanda icazə verməyin sosial şəbəkə kimi murdar girdaba daxil olsun, üzünü, bədənini göstərsin. Hər ağılda, hər əxlaqda insan var. Biri yaxşı baxırsa, digəri pis gözlə yanaşır. Uşağınız ağzına gələni (evində eşitdiklərini) danışanda onun gələcəyi məhv olur. Onlar dərk eləmirlər, düşünürlər ki, belə olanda “bomba oğlan”, “əla qız” olurlar, amma elə deyil axı, bunu görmürsünüz? Kimdir bu valideynlər? Kimdir müəllimi, məktəbi hörmətsiz vəziyyətə qoyan? Kimdir böyük-kiçiyi saymayan uşaq böyüdən? Kimdir “azadlıq” adı altında uşağının hər qələti eləməsinə şərait yaradan?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri