Uşaq evinin sakinləri “Bahar mənəm” tədbirində
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 7 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə “Bahar mənəm” adlı tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı uşaqlar çiçəklər əkib, köhnə təkərlərdən istifadə edərək onları rəngləyib, maraqlı dekora çeviriblər.
Müəssisə sakinləri həm birlikdə əyləncəli vaxt keçiriblər, həm də öz yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Bu cür tədbirlər uşaqlarda özünəinamın artmasına və komandada işləmək vərdişlərinin formalaşmasına müsbət təsir göstərir. Eyni zamanda, onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına töhfə verir.
Baxış sayı:122
Bu xəbər 07 Aprel 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















