“Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəblilərlə maarifləndirici görüş keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı”na həsr olunan maarifləndirici görüş təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və həyata keçirilən “Təhsildə sosial iş” xidmətinin məktəblərdə risk qruplarının müəyyənləşdirilməsi, şagirdlərin davamiyyətinin bərpası və onlara psixo-sosial dəstək göstərilməsi istiqamətlərində mühüm rol oynadığı vurğulanıb.
Eləcə də, uşaq hüquqları, müdafiə mexanizmləri, təhlükəsizlik və rifah mövzularına dair maarifləndirici təqdimatlar edilib, hüquqların əhəmiyyəti ilə bağlı videoçarx izlənilib.
Şagirdlərin “Uşaq Hüquqları Aylığı” çərçivəsində hazırladıqları rəsm işlərindən ibarət stend və vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 13 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















