Icma.az
close
up
RU
Uşaq hüquqlarının etibarlı müdafiəsi və təmin olunması ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindəndir AZƏRTAC

Uşaq hüquqlarının etibarlı müdafiəsi və təmin olunması ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindəndir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

Uşaq hüquqlarının etibarlı müdafiəsi və təmin olunması ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindəndir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı COP29 çərçivəsində “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda yan tədbirdə çıxışında deyib.

Aparat rəhbəri çıxışında uşaq hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırıldığını və onların həlli üçün qanunamüvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, müvəkkilin uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib, təsbit edilmiş səlahiyyətlərə müvafiq olaraq müvəkkilin təşəbbüsü əsasında təsisatda monitorinq qruplarının yaradıldığını diqqətə çatdırıb.

A.Səfixanlı hər il olduğu kimi, bu il də ombudsman tərəfindən 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini, işğaldan azad olunmuş ərazilərdəki təhsil müəssisələrində bu il Aylıq çərçivəsində ilk dəfə olaraq uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edildiyini bildirib. O, iqlim dəyişmələrinin insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının səmərəli təmininə mənfi təsir göstərən əsas amillərdən biri olduğunu vurğulayıb.

Ətraf mühitin qəsdən çirkləndirilməsinin və ekoloji cinayətlərin törədilməsinin uşaqların da sağlamlığına mənfi təsir göstərdiyini deyən A.Səfixanlı Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlərdən də danışıb. O, Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların bu gün də mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını, Birinci Qarabağ müharibəsindən indiyədək 358-i uşaq olmaqla, 3400-dən çox şəxsin mina qurbanına çevrildiyini qeyd edib. Aparat rəhbəri, həmçinin işğal olunmuş ərazilərimizdə otuz ilə yaxın müddətdə ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan vurulduğunu, ekosid törədildiyini, həmin ərazilərdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su mənbələrinin zərərli maddələrlə çirkləndirildiyini diqqətə çatdırıb.

A.Səfixanlı istismara yararsız olmasına baxmayaraq, fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də vurğulayıb, Azərbaycan ombudsmanının dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək növbəti nüvə fəlakətinin qarşısını almaq üçün həmin AES-in fəaliyyətinin təhlükəsiz şəkildə dayandırılmasını və təcili bağlanmasını tələb etdiyini bildirib.

Aparat rəhbəri beynəlxalq ictimaiyyəti bəşəriyyətin ekoloji təhlükəsizliyinə təhlükə yaradan, habelə sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri