Icma.az
close
up
RU
Uşaq hüquqlarının etibarlı müdafiəsi və təmin olunması Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdəndir AZƏRTAC

Uşaq hüquqlarının etibarlı müdafiəsi və təmin olunması Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdəndir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Uşaq hüquqlarının etibarlı müdafiəsi və təmin olunması Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdəndir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı COP29 çərçivəsində “İqlim dəyişmələri şəraitində uşaqların sağlamlıq hüququnun təmin edilməsi” mövzusunda yan tədbirdə çıxışında deyib.

Aparat rəhbəri çıxışında uşaq hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırıldığını və onların həlli üçün qanunamüvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, müvəkkilin uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib, təsbit edilmiş səlahiyyətlərə müvafiq olaraq müvəkkilin təşəbbüsü əsasında təsisatda monitorinq qruplarının yaradıldığını diqqətə çatdırıb.

A.Səfixanlı hər il olduğu kimi, bu il də Ombudsman tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini, işğaldan azad olunmuş ərazilərdəki təhsil müəssisələrində bu il Aylıq çərçivəsində ilk dəfə olaraq uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edildiyini bildirib. O, iqlim dəyişmələrinin insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının səmərəli təmininə mənfi təsir göstərən əsas amillərdən biri olduğunu vurğulayıb.

Ətraf mühitin qəsdən çirkləndirilməsinin və ekoloji cinayətlərin törədilməsinin uşaqların da sağlamlığına mənfi təsir göstərdiyini deyən A.Səfixanlı Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlərdən də danışıb. O, Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların bu gün də mülki əhalinin, o cümlədən həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını, Birinci Qarabağ müharibəsindən indiyədək 358-i uşaq olmaqla 3400-dən çox şəxsin mina qurbanına çevrildiyini qeyd edib. Aparat rəhbəri, həmçinin işğal olunmuş ərazilərimizdə otuz ilə yaxın müddətdə ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan vurulduğunu, ekosid törədildiyini, həmin ərazilərdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su mənbələrinin zərərli maddələrlə çirkləndirildiyini diqqətə çatdırıb.

A.Səfixanlı istismara yararsız olmasına baxmayaraq, fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də vurğulayıb, Azərbaycan Ombudsmanının dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək növbəti nüvə fəlakətinin qarşısını almaq üçün həmin AES-in fəaliyyətinin təhlükəsiz şəkildə dayandırılmasını və təcili bağlanmasını tələb etdiyini bildirib.

Aparat rəhbəri beynəlxalq ictimaiyyəti bəşəriyyətin ekoloji təhlükəsizliyinə təhlükə yaradan, habelə sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see265

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see227

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see146

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri