Icma.az
close
up
RU
Uşaq imtahana girən zaman onu o dərəcədə sıxışdırıb yoxlamaq yolverilməzdir AÇIQLAMA

Uşaq imtahana girən zaman onu o dərəcədə sıxışdırıb yoxlamaq yolverilməzdir AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahana giriş zamanı abituriyentlərin əllə yoxlanılması birmənalı qarşılanmır. Bir çoxları hesab edir ki, bu, etik və psixoloji baxımdan problemdir.

Bəs şagirdlərin yoxlanılması üçün hansı üsullar tətbiq edilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Dövlət İmtahan Mərkəzi son illərə qədər ideal bir qurum kimi qəbul olunduğu üçün, onunla bağlı heç bir alternativ təkliflər yox idi:

"Zaman keçdikcə dövrün tələbləri də dəyişir. Bu isə təkliflərin sayının artmasına səbəb olub. Artıq Dövlət İmtahan Mərkəzinin işinin qurulması ilə bağlı saysız təkliflər var. Təkliflərdən biri odur ki, Dövlət İmtahan Mərkəzi həm imtahanı keçirib, həm testi hazırlaya bilməz. Eynilə, Dövlət İmtahan Mərkəzinin sistemi sadələşdirilməlidir.
Səsləndirilən fikirlərdən biri də imtahan öncəsi abituriyentlərin yoxlanılması ilə bağlıdır. Yoxlama zamanı şagirdə basqı olunur".

Ekspert qeyd etdi ki, imtahana gedən şəxsi o formada yoxlayıb, həm psixoloji, həm də etik çətinlik yaratmaq düzgün deyil:

"Şagirdlərə rahatlıq yaradılmalıdır. Nəticədə onlar imtahan otağına daxil olduqda, onlara nəzarət edən müəllimlər olur. Əgər kimsə köçürməyə cəhd edərsə, nəzarətçilər onları imtahandan uzaqlaşdıra bilər. Amma hələ uşaq imtahana girən zaman onu o dərəcədə sıxışdırıb yoxlamaq yolverilməzdir. Bunun üçün qurğular hazırlanmalıdır. Bu isə hər baxımdan daha faydalı olar. Biz hər zaman qeyd edirik ki, Dövlət İmtahan Mərkəzi illər ərzində heç bir dəyişiklik edə bilməyib. Mən bu təklifi haqlı sayıram. Yoxlama ilə bağlı müəyyən yumşalmalar olmalıdır. Abituriyentlər zala buraxılsın, nəzarətçilər isə gedişata nəzarət etsinlər", - deyə M.Məmmədli vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri