Icma.az
close
up
RU
Uşaq İncəsənət Festivalı 2025 başlayır

Uşaq İncəsənət Festivalı 2025 başlayır

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.


Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı-2025 Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan bütün uşaqları peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştirak etməyə dəvət edir. 


Missiya.Az xəbər verir ki, festival, istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək, zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunur. Festival zamanı iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. 19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda istedadınızı nümayiş etdirərək, festivalın parlayan ulduzuna çevrilmək fürsəti əldə edəcəksiniz. Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün www.uif.az saytına daxil olub, ekranda görünən “Məlumat” bölməsindən faydalana bilərsiniz. 

Qeyd edək ki, festival boyunca iştirakçıların ruh yüksəkliyini qorumaq və artırmaq məqsədilə müxtəlif düşərgələr, master-klasslar, incəsənət xadimləri ilə görüşlər və bir-birindən maraqlı tədbirlər həyata keçiriləcək. Bu möhtəşəm və unudulmaz festival, hər bir istedadlı uşağa öz işığını parlatmaq, səhnədə yüksəlmək və böyük tamaşaçı auditoriyasının alqışlarını qazanmaq fürsəti verəcək. 

İştirak üçün qeydiyyat bugündən etibarən mart ayının 31-dək www.uif.az saytı vasitəsilə aparılacaq. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://missiya.az
archiveBu xəbər 01 Mart 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri