Uşaq istəyən qadınlar bu kəndə axın edir
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın Aosta Valley bölgəsində yerləşən kiçik Bard kəndi maraqlı ənənəsi ilə diqqət mərkəzindədir. Kənddə uşaq sahibi olmaq istəyən qadınların ziyarət etdiyi və yerli inanclarda xüsusi məna daşıyan qaya forması yerləşir.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, təxminən 100 nəfərin yaşadığı Bard kəndinin yaxınlığındakı qaya yerli sakinlər arasında “Qadınlar sürüşkəni” kimi tanınır.
İnanclara görə, əsrlərdir qadınlar bu əraziyə gələrək övlad sahibi olmaq arzularını dilə gətirirlər.
Bu ənənənin nə vaxt başladığı dəqiq məlum deyil. Buna baxmayaraq, ritual kəndin diqqətçəkən mədəni xüsusiyyətlərindən biri kimi bu günə qədər qorunub saxlanılıb.
Bard kəndi yalnız bu ənənəsi ilə deyil, tarixi abidələri ilə də seçilir. Kəndin üzərində yerləşən qala 1800-cü ildə Napoleon Bonapartın İtaliya yürüşü zamanı mühüm rol oynayıb. Qalanın strateji mövqeyinə görə Napoleonun ordusu burada gözləməli olub. Hazırda tarixi qala muzey kompleksi kimi fəaliyyət göstərir.
Kəndin ətrafında Neolit dövrünə aid olduğu bildirilən qaya oymaları və buzlaqların yaratdığı təbii formalar da mövcuddur.
Ərazidə Roma dövründən qaldığı deyilən su kanalı da qorunub saxlanılıb.
Bard kəndində hər il oktyabr ayında keçirilən “Marché au Fort” adlı festival da böyük maraq doğurur. Festival günlərində kənd yerli məhsulların satıldığı böyük bazara çevrilir. Burada xüsusilə pendir və şərab kimi yerli məhsullar təqdim olunur. İştirakçılar isə festival zamanı tarixi geyimlərdən istifadə edirlər. (Metbuat.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 05 Oktyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















