Icma.az
close
up
RU
Uşaq oğurluğu ilə bağlı saxta xəbərləri kim və niyə YAYIR?

Uşaq oğurluğu ilə bağlı saxta xəbərləri kim və niyə YAYIR?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Hələ də sosial şəbəkələrdə Azərbaycanın müxtəlif bölgələrində uşaq oğurluqları ilə bağlı xəbərlər yayılmaqdadır. Cəmiyyətdə ciddi təşviş doğuran məsələ səngimək bilmir. Sosial mediada paylaşılan, əksər hallarda mənbəsiz yayılan məlumatlarda uşaq oğurluğuna cəhdlərlə bağlı görüntülər, səs yazıları və qeyri-rəsmi şərhlərin sayı da artıb.

Lakin Daxili İşlər Nazirliyi bu məlumatların heç bir real əsası olmadığını və eyni məzmunlu dezinformasiyaların müxtəlif rayonlar üçün təkrarlandığını açıqlayır.

DİN-in açıqlamasına görə yayılan xəbərlərin hamısı demək olar ki, eyni ssenari üzərində qurulub və onların ictimai təşviş yaratmaq məqsədi daşıdığı şübhə doğurmur. Mütəxəssislər isə bu vəziyyətin əsas səbəbi kimi sosial şəbəkələrdə artan informasiya kirliliyini və istifadəçilərin məsuliyyətsiz davranışlarını əsas göstərirlər.

Məsələyə münasibət bildirən sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya bildirib ki, bu xəbərlərin heç bir obyektiv əsası yoxdur və cəmiyyətin təhlükəsizliyi ilə bağlı narahatlıq keçirməyə əsas yoxdur:

 “Azərbaycanda hüquq mühafizə orqanları vəziyyətə tam nəzarət edir. Sosial şəbəkələrdə bəzi istifadəçilər məsuliyyətsiz davranaraq belə dezinformasiyaları məqsədli şəkildə – auditoriya toplamaq, diqqət cəlb etmək və baxış sayı artırmaq üçün yayırlar”.

Sosioloq qeyd edib ki, belə davranışlar hüquqi məsuliyyət doğurur və bu sahədə hüquq-mühafizə orqanları artıq tədbirlər görür:

“İnformasiyanı məsuliyyətsiz şəkildə yaymaq hüquqi baxımdan cəzasız qalmır. Uşaq oğurluğu ilə bağlı yayılan məlumatlar heç bir halda əsaslı deyil, çünki insanların təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Bu səbəbdən narahatlığa heç bir əsas yoxdur”.

Mütəxəssis vətəndaşlara çağırış edərək vurğulayıb ki, təsdiqlənməmiş məlumatların paylaşılması, xüsusilə də bu kimi həssas məsələlərdə, cəmiyyətə ciddi zərər vurur və belə informasiyaların tirajlanması hüquqi məsuliyyətə səbəb ola bilər./ Bizim.Media


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri