Uşaq oyuncaqları yükündən bəyan olunmayan mallar aşkar edildi
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycana "Uşaq oyuncaqları" adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib. SİA bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Komitənin Bakı Baş Gömrük İdarəsinin "Abşeron" gömrük postunda Çindən gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində "yumşaq oyuncaq" kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.
Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Kiyevdə uşaq oyuncaqları hədəf alındı: “Kiddisvit” uşaq malları anbarı atəşə tutulub
09 Sentyabr 2026 20:23
Alma yükündən 32 kq narkotik vasitə aşkar edildi
02 Dekabr 2024 15:16
Uşaq geyimləri və oyuncaqları ilə bağlı standartlar tətbiq OLUNACAQ
18 Dekabr 2025 14:15
Çindən uşaq oyuncaqları adı ilə, görün, nə gətirdilər Foto
27 Dekabr 2025 15:40
Baxış sayı:64
Bu xəbər 27 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















