Icma.az
close
up
RU
“Büdcə bizim imkanlarımızı əks etdirir”

“Büdcə bizim imkanlarımızı əks etdirir”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Deputatların əksəriyyəti təbii olaraq təmsil etdikləri rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edir. Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir”.  

“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib.

Ə.Əsədov qeyd edib ki, təbii olaraq büdcədən gözləntilər hər zaman çox yüksəkdir:

“Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz. Büdcə bizim imkanlarımızı əks etdirir. Gələn il büdcə imkanları çərçivəsində əsas vəzifələrin icrasının təmin edilməsi üçün əlimizdən gələni etməliyik”.

“Bildirmək istərdim ki, ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir. Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır. Buna baxmayaraq, yerdə qalan 3.4% abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcək.

Hazırda bu istiqamətdə hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır. Eyni zamanda onu da qeyd edim ki, paralel olaraq “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də həyata keçirilməkdədir”, - deyə Baş nazir bildirib.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see445

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see218

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see200

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see184

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see184

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see179

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see179

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see178

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see177

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see176

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see175

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see171

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see170

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see169

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see167

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see164

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see164

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri