Uşaq soyuqda xəstələnməsin deyə... Tərləmənin TƏSİRİ
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Uşaq soyuq havada hərəkət edərkən tərləməməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.
Onun sözlərinə görə, valideynlər uşaqların soyuq havada xəstələnəcəyindən narahat olsalar da, uşaqların hava şəraitinə uyğun şəkildə geyindirilərək açıq havaya çıxarılması vacibdir.
Pediatr deyib ki, valideynlər uşaqları soyuq havada bayıra çıxarmaqdan qorxurlar. Əsas məsələ uşağın soyuq havaya uyğun bədən temperaturunu tənzimləyəcək şəkildə geyindirilməsidir:
"Çünki uşaqları soyuq havaya çıxaranda həmişə çox qalın geyindirirlər”.
G.Salehova qeyd edib ki, uşaqlar böyüklərlə müqayisədə daha aktiv olduqları üçün qalın geyim onların hərəkət zamanı tərləməsinə səbəb ola bilər.
“Uşaq bir yerdə oturmur, hərəkətlidir, aktivdir. Qaçır, oynayır və bu zaman tərləyir. Qalın geyindirilmiş uşağın tərləməsi zamanı soyuq hava onu üşütməyə başlayır. Ona görə də uşaqlar hərəkətli olduqda, mümkündürsə, onların geyimini yüngülləşdirmək lazımdır ki, tərləmə olmasın”, - deyə Günay Salehova vurğulayıb.
Zeynəb Rzayeva
Baxış sayı:104
Bu xəbər 23 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















