Icma.az
close
up
RU
Uşaq yalan danışırsa...

Uşaq yalan danışırsa...

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yalan biz, valideynlərə, təsir edir. Yalan danışan uşaqla dil tapmaq çox çətindir.

Başa düşmək lazımdır ki, bu yalanlar tamamilə təbii şəkildə meydana çıxır. Uşaq başa düşür ki, ata və anasına müəyyən sirlərini desə, onların qanı qaralacaq, odur ki, bu sirləri onlardan gizləməyi üstün tutur. Uşağın bunları düşünməsi təbii bir haldır və problemlərdən qaçmaq üçün bu yola əl atmaq üçün çox uzaqgörən olmaq lazım deyil.

Daha maraqlısı isə odur ki, yaradılışımız etibarilə bu vəziyyətdən də çıxmaq bacarığına malikik. Əgər hər şey qaydasında gedərsə, qarşılıqlı münasibətlər qurmaq bacarığının inkişafının son mərhələlərində uşaq sizə öz ürəyini verdikdə (bu isə, təqribən 5 yaşda baş verir), ürəyində olanları sizinlə bölüşmək istəyi əmələ gəlir. Beləliklə, bu həqiqətən də qarşılıqlı münasibətlərdən asılı olan bir məsələdir: uşaq istəyir ki, onu tanısınlar, eşitsinlər, istəyir ki, o sizə açıq olsun. Uşaq artıq onu sizdən ayıracaq sirlərinin olmasını istəmir. O hətta özü istəmədən belə bütün sirlərini sizə açıb deməyə meylli olur. Ata və ananın onun sirlərini öyrənməyəcəyini düşünmək ona çox ağır gəlir. Bu, yeniyetməlik dövrünə möhtəşəm bir hazırlıqdır.

Təsəvvür edin ki, uşağınız sizə o qədər bağlıdır ki, o sizə həyatında baş verən hər bir məsələ barədə danışmaq istəyir. Bu o demək deyil ki, uşağınız mələkdir. Lakin, heç olmasa onun qəlbindəki şeytani niyyətlərdən xəbəriniz olar və bu çətinliklərlə daha asan şəkildə baş edə bilərsiniz. Cəmiyyətimizin problemi ondadır ki, uşaqları valideynləri ilə dərin bağlar bağlamır. Biz, uşaqlarımızın asanlıqla və qorxmadan bizə öz ürəklərini açmalarına və qəlblərindəki sirrlərini bölüşməyə şərait yaratmırıq.

Uşaqlar üçün yalan – əxlaq və ya davranış problemi deyil. Yalanın öhdəsindən birbaşa gəlmək mümkün deyil. Bu problem, münasibətlərdən asılıdır və eynilə evli cütlüklər, dostlar arasındakı münasibətlərdə olduğu kimi həll olunmalıdır.

Münasibətlərimiz tanınmaq, eşidilmək, heç bir ayırıcı sirlərə malik olmayacaq qədər dərin olduqda, hər şey öz-özünə qaydasına düşür.

Müəllif: Qordon Nyufeld
Mənbə: «Что делать, если ребёнок лжёт?»
Tərcümə edən: Xumar Ərşadlı,
Gordon Neufeld İnstitutunun tələbəsi

Tebiivalideynlik.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri