Icma.az
close
up
RU
Uşaq yıxılıb və başı dəyibsə nə etməli? İlk yardım

Uşaq yıxılıb və başı dəyibsə nə etməli? İlk yardım

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Uşaqlar çarpayı, stul, divan və s. hündürlüklərdən əksər hallarda başıaşağı olmaqla yıxılırlar.

Bunun da səbəbi var. Saglamolun.az bildirir ki, böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı böyüklərlə müqayisədə bədənlərinə nisbətən daha ağır olur. Bundan əlavə  böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar - əllərini qabağa verirlər və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.

Uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları onları bələdiyiniz masanın üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın. Onlar hər şeylə maraqlandıqları üçün masanın, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar.

Uşaq yıxılıb və başı dəyibsə nə etmək lazımdır? İk növbədə onun vəziyyətinə diqqətlə nəzarət edin.

Uşaq yıxıldıqdan sonra dərhal qışqırıbsa, huşunu itirməyib, özünü adi halda olduğu kimi aparırsa və onun sağlamlığında heç bir dəyişiklik qeyd edilmirsə, uşağı sakitləşdirin, zədə olan nahiyəyə soyuq suda isladılmış əski və ya parçaya bükülmüş buz qoyun. Bu, ağrının azalmasına, toxumalarda şişkinliyin və qanaxmanın dayanmasına səbəb olur. Əgər qanaxma varsa “təcili yardım” çağırmaq lazımdır!

Uşaq yıxıldıqdan sonra huşunu itirib, uşaqda bəbəklərin genişlənməsi və ya daralması, bəbəklərin ölçülərinin müxtəlifliyi, baş ağrısı, əzginlik, başgicəllənmə, ona edilən müraciətə cavab verməməsi, yuxululuq, dərinin ağarması, danışığında və ya hərəkətlərində pozulmalar, ürəkbulanması və ya qusma, burnundan və ya qulaqlarından qanaxma, rəngsiz və ya qan qarışıqlı mayenin xaric olması, gözlərin altında və ya qulaqların arxasında tünd (tünd göy) ləkələrin olması kimi əlamətlər müşahidə edilirsə, onu dərhal həkimə çatdırmaq lazımdır. Sadalanan bu əlamətlər beyin silkələnməsi və ya əzilməsinin əlamətləri ola bilər.

Əgər uşaqlarda başın travması yatmazdan qabaq baş veribsə, azı 1 saat ərzində uşağı yatmağa qoymayın və ona diqqətlə nəzarət edin. Heç bir halda uşağa hər hansı sakitləşdirici və ya ağrıkəsici dərmanlar verməyin! Əgər uşaqda yuxarıda sadalanan əlamətlərdən hər hansı biri qeyd edilərsə, dərhal həkimə müraciət edin!

Beyin silkələnməsi zamanı uşaqda müəyyən bir müddət ərzində huşun itirilməsi, qusma (3 aylığına qədər olan uşaqlarda – çoxsaylı), dərinin ağarmasıı, soyuq tər kimi əlamətlər qeyd edilir. Uşaq əzgin, yuxulu olur, yeməkdən imtina edir. Sadalanan əlamətlərin qeyd edildiyi halda, tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır!

Təəssüflər olsun ki, bir sıra hallarda, valideynlər zədələnmənin ciddiliyini və uşağın vəziyyətini (məsələn, beyin silkələnməsi halda) düzgün qiymətləndirməyərək, həkimlərin məsləhətinə əməl etmirlər. Kəllə-beyin travmasını diqqətsiz qoymaq, sonadək müalicə etməmək çox təhlükəlidir!

Həkimlərin müşahidələrinə görə, kəllə-beyin travması keçirmiş və müvafiq müalicə almamış uşaqların əksəriyyətində, 3-5 il keçdikdən sonra baş ağrıları, başgicəllənmə, eşitmənin zəifləməsi, görmənin pozulması, yuxunun pisləşməsi kimi əlamətlər meydana çıxa bilər. Nadir hallarda belə uşaqlarda daha ağır fəsadlar, məsələn, epilepsiya (qıcolma tutmaları) da inkişaf edə bilər.

Bundan əlavə, bəzi hallarda kəllə sümüyünün sınıqları və beyin silkələnməsi olmadan da, beyinin əzilməsi zamanı, kəllə daxilində qan damarının partlaması nəticəsində axan qan kütləsi tədricən beyin toxumasına təzyiq edir. Belə hallarda əvvəlcə yaxşı vəziyyətdə olan uşaq, bəzən travmadan bir neçə saat sonra, birdən-birə huşunu itirir, onda qıcolmalar başlayır! Bu halda yalnız, bəzən cərrahi əməliyyat da daxil olmaqla aparılan aktiv müalicə nəticəsində uşağın həyatını xilas etmək olar!

Baş beyinin travmasının daha ağır forması – baş beyinin əzilməsidir. Bu zaman bilavasitə travmadan sonra uşaq xeyli müddət huşunu itirir (bəzən 1 saatdan da artıq müddətə). Daha ağır hallarda tənəffüs və ürək fəaliyyətinin pozulması da baş verir.

Kəllə sümüklərinin sınığı zamanı xəstəliyin simptomları dərhal deyil, yalnız travmadan bir neçə saat keçdikdən sonra meydana çıxır! Buna görə də istənilən güclü yıxılmadan sonra uşağa çox diqqətlə nəzarət etmək lazımdır! Kəllə sümüklərinin sınığı zamanı uşaqda burundan və ya qulaqdan qan və ya açıq rəngdə mayenin (likvor) ifraz edilməsi, göz ətrafında göyərmələr (“eynək simptomu”) yarana bilər. Bu zaman  uşağın vəziyyəti kəskin şəkildə ağırlaşır.

Beyin silkələnməsi, əzilməsi və ya kəllə sümüklərinin sınığının ilkin əlamətləri qeyd edilən kimi, dərhal “təcili yardım” çağırmaq lazımdır!

Hər bir kəllə-beyin travması zamanı “təcili yardım” gələnə qədər:

- Uşağı sakitləşdirmək, yatağa uzatmaq, qusma olduğu halda - başını yana çevirmək lazımdır.

- Travma nəticəsində başda yara olarsa, onun üzərinə steril, sıx olmayan (!) sarğı qoymaq tələb olunur. Bu, yaraya infeksiya düşməsinin qarşısını alır və qanaxmanın dayanmasına kömək edir.

- Sarğının üstündən parçaya bükülmüş buz və ya soyuducunun buzxanasında olan hər hansı bir məhsulu qoymaq olar.

- uşaq huşunu itiribsə, onu böyür üstə qoyun. Əgər uşaq huşsuz vəziyyətdə olarsa onun nəfəs alıb-almadığını, ürək döyünməsinin olub-olmadığını yoxlayın!

Baş travmalarından sonra uşağa 24 saat ərzində nəzarət etmək lazımdır! Simptomlar bu müddət ərzində üzə çıxa bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri