Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Uşaq səhvən kimyəvi maddə içibsə nə etməli? Yardım

Uşaq səhvən kimyəvi maddə içibsə nə etməli? Yardım

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Həkimlərin təcrübəsinə əsasən kiçik uşaqlar, məişətdə istifadə edilən kimyəvi maddələrdən başlayaraq, dərman həbləri də daxil olmaqla, hər bir kimyəvi vasitə ilə zəhərlənə bilərlər.

Məhz buna görə, bu halda əsas məqsəd belə bədbəxt hadisələrin profilaktikasından ibarətdir. Belə ki, uşaq iməkləməyə, daha sonra isə otaqda sərbəst gəzməyə başladıqda, evdə onun üçün potensial təhlükəli hesab edilən hər bir şey – məişətdə istifadə olunan kimyəvi vasitələr, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s. uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!

Saglamolun.az bildirir ki, həkim-toksikoloqların sözlərinə görə, uşaqlar tez-tez dərmanlardan zəhərlənirlər. Onlar üçün böyüklərə aid olan bütün dərmanlar və həmçinin artıq dozada qəbul edilmiş “uşaq” dərmanları təhlükəli hesab edilir.

Uşağın dərman həbləri qəbul etdiyini, valideyinlər əksər hallarda, tez bir zamanda  deyil, onlar qana sovrularaq uşağa öz mənfi təsirlərini göstərdikdən sonra bilmiş olurlar. Ona görə də hər zaman uşağın hərəkətlərinə fikir vermək lazımdır. Belə ki, hər zaman aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olarsa, bu sizi şübhələndirməlidir.

Dərmanların təsirinə məruz qalan uşaq, yuxulu vəziyyətdən oyanmayaraq, yataqda sürünür, ağlayır və qışqırır. Bu hal uşaqda hallusinasiyaların (qarabasma) olmasından xəbər verir. Bu zaman uşaqda, qıcolmalar, bayılma, hətta koma da ola bilər. Zəhərlənmənin olmasına ilkin şübhələriniz olan kimi dərhal “təcili yardım” çağırmaq lazımdır!

Hətta uşaqda heç bir zəhərlənmə əlamətləri olmasa və uşaq özünü adi hallarda olduğu kimi aparırsa, ancaq siz otaqda yerə səpilmiş dərmanları görsəniz və ya uşaq özü sizə, bir qədər “şirin kürəciklər” yediyini söyləsə, bu halda da tez bir zamanda “təcili yardım” çağırmaq tələb olunur! Ola bilər ki, “yeyilmiş” həblər hələ ki, qana sovrulmadığı üçün uşağın orqanizminə öz təsirini göstərməyib.

Bəzi hallarda elə olur ki, böyük uşaqlar təsadüf nəticəsində səhvən, kiçik uşaqlar isə hər şeyə maraq göstərmək adətindən hər hansı bir kimyəvi maddəni (təmizləyici vasitələr, benzin və s.) içə bilərlər.

Bu barədə ya uşaq özü sizə məlumat verə bilər, ya da uşaqda ağız suyunun artması, ağızin selikli qişasının və üzün qızarması və ya yanması, qusma  kimi əlamətlərə əsasən siz özünüz də onun zəhərlənməsindən şübhələnə bilərsiniz.

Bu halda ləngimədən “təcili yardım” çağırmaq, həkim gələnə qədər isə qusma refleksi yaratmaqla uşağın mədəsini yumaq lazımdır. Dərmanlarla zəhərlənmə zamanı da bu üsuldan istifadə edirlər.

DİQQƏT! Uşaq benzinlə, kimyəvi turşu və ya qələvi ilə zəhərlənibsə, heç bir halda qusma refleksi yaratmaq olmaz! Yenidən yemək borusuna qaytarılmış qusuntu kütlələri onu təkrarən yandıra bilərlər!

1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksi yaratmaq olmaz – bu zaman onlar boğula bilərlər! Onların mədəsini xəstəxanada zondla yumaq lazımdır.

Həkim gələnə qədər uşağı sakitləşdirmək, başının altına nazik yastıq qoymaqla onu yatağa uzatmaq, kiçik qurtumlarla ½-1 stəkan su (ondan başqa heç nə!) vermək lazımdır. Bu mədədə olan zəhərin durulaşmasına və qana sorulmasının ləngiməsinə səbəb olacaqdır! Əgər uşaq, döş sümüyü arxasında və ya qarnında kəskin ağrının olmasından (mədənin və ya yemək borusunun tamlığının pozulmasına şübhə yaradır) şikayət etsə, ona su da vermək olmaz!

İstənilən yaşda olan uşaq huşsuz vəziyyətdə olduğu halda da, onda süni şəkildə qusma refleksini yaratmaq olmaz.

Bütün digər hallarda, mədədən zəhəri xaric edərək onun qana sovrulmasına imkan verməmək üçün, uşağın mədəsini mümkün qədər tez bir zamanda yumaq lazımdır. Uşağın yaşından asılı olaraq, ona 1-3 stəkan qaynadılmış ilıq su verin, sonra isə onun ağzını açaraq, steril tənzif dolanmış 2 barmağınızı cəld hərəkət etməkə onun dilinin kökünə sıxın. Cəld və dəqiqliklə hərəkət edin. Təbii ki, etdiyiniz bu prosedur uşağın xoşuna gəlmədiyi üçün sizin barmaqlarınızı dişləməməsi üçün, o biri əlinizlə onun yanaqlarını dişlərinə sıxın.

Dilin kökünə təzyiq etməyiniz nəticəsində uşaqda qusma baş verəcəkdir. Uşağı qarnı aşağı olmaqla və başı önə sallanmaqla dizlərinizin üstünə və ya yatağa uzandırın və qusma qurtarana qədər bu vəziyyətdə saxlayın. Sonra uşağa təkrarən su içirtməklə yenə də qusma refleksi yratmağa çalışın. Bunu uşağın mədəsindən təmiz su çıxana qədər davam etdirmək lazımdır.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, qusuntu kütlələrini atmağa tələsməyin: çünki onlar, məsələn, uşağın zəhərləndiyi dərman məlum olmadığı halda, onun hansı dərmanı udduğunu müəyyən etmək üçün laborator müayinəsinə göndərilməlidir.

Mədənin yuyulmasından sonra uşağa absorbent preparatları vermək lazımdır. Bu preparatlar bağırsaqlarda olan zərərli maddələri, zəhərləri, toksinləri özünə hopduraraq orqanizmdən xaric edir. Bu məqsədlə uşağa “smekta” vermək olar. Kiçik yaşlı uşaqlara yarım, daha böyük uşaqlara 1 paket verilir.

Zəhərlənmiş uşağın mədəsini yaxşı yuduğunuza əmin olsanız da, heç bir halda, həkim tərəfindən müayinə olunana qədər ona yemək və ya süd, qatıq, şirə və s. verməyin. Çünki bu mədə şirəsinin ifraz olmasına, nəticədə isə zəhər qalıqlarının da mədədən tez bir zamanda sovrulmasına kömək edəcək.

Uşağa hər hansı ağrıkəsici dərman vermək, qarının üstünə isti və ya soyuq “qrelka” qoymaq olmaz.

Uşağa lazım olan yardımı göstərdikdən sonra, ixtisaslaşmış həkim məsləhəti almaq üçün onu yaxınlıqda yerləşən xəstəxanaya aparmaq lazımdır. Həkim müayinəsindən sonra isə uşağa lazım olan pəhriz və müalicə yazılır.

Uşağın vəziyyəti ağır olduqda “təcili yardım” həkimini gözləmək lazımdır. Uşağa lazım olan yardımı göstərdikdən sonra onlar özləri onu xəstəxanaya çatdıracaqlar.

Zəhərlənmiş uşağa özünüz tərəfindən göstərilən yardımdan sonra, sizdə uşağın vəziyyətinin xeyli yaxşılaşması fikri yaransa da, ona tibbi yardım göstərilməsindən imtina etməyin. Bəzi dərmanlar gecikmiş təsir göstərə bildiklərindən, zəhərlənmədən bəzən bir gün, bəzən isə daha çox müddət keçdikdən sonra, uşaqda böyrək, qaraciyərin fəaliyyətinin dayanması, korluq və s. bu kimi ağır əlamətlər meydana çıxa bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri