Icma.az
close
up
RU
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır VİDEO

Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır VİDEO

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarşıma bir video görüntüsü çıxdı və izlədiklərim məni ciddi şəkildə narahat etdi.Videoda 3-4 yaşlarında körpələr masa arxasında oturub nəyəsə baxırlar. Bu zaman bağça müəllimi olduğu görünən bir qadın qəfil uşaqlardan birinin üzərinə hücum çəkir. Uşağın qulağını dartıb, üzünə vurur, əllərinə zərbələr endirir. Sanki qarşısındakı 3-4 yaşlı körpə deyil, ona qarşı hansısa böyük səhv etmiş bir insandır.
Axı bu uşaq nə edib?
3-4 yaşlı bir uşağa qarşı bu cür fiziki davranışın, hansı səbəbdən baş verməsindən asılı olmayaraq, heç bir bəraəti ola bilməz. Valideynlər övladlarını bağçaya ona görə etibar edirlər ki, onların uşaqları burada təhlükəsiz, qayğıkeş və peşəkar mütəxəssislərin nəzarəti altında olsun. Heç bir valideyn övladını kiminsə əsəbini çıxarması, fiziki və psixoloji travma yaşatması üçün bağçaya qoymur.
Məni düşündürən əsas məsələlərdən biri də budur: Bu hadisədən sonra həmin əməkdaşa hansı tədbir görülüb? Ümumiyyətlə, cəza verilibmi? Hadisə ilə bağlı araşdırma aparılıbmı?
Daha da acınacaqlısı odur ki, uşağa qarşı bu davranışdan sonra həmin qadın sakit şəkildə ayağını ayağının üstünə qoyaraq telefonla məşğul olur.
Bəs həmin anda digər uşaqların təhlükəsizliyinə kim nəzarət edir?
Bağçada bir əməkdaşın uşaqlara nəzarət etməli olduğu vaxt telefonla məşğul olması ciddi suallar doğurur. Bəlkə həmin anda iki uşaq dalaşacaq, biri digərini itələyərək xəsarət yetirəcək, yaxud daha ciddi bir hadisə baş verəcək?
Bu, nəzarətsizlik deyilmi?
Əgər söhbət uşaqların təhlükəsizliyindən gedirsə, belə hallara sadəcə bir görüntü kimi deyil, ciddi siqnal kimi yanaşılmalıdır.
Məsələ yalnız həmin şəxsin davranışı ilə də məhdudlaşmamalıdır. Hadisə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Yurdum” uşaq bağçasında qeydə alınıbsa, bağçanın ümumi fəaliyyətinin də araşdırılması vacibdir.
Həmin əməkdaşın çalışdığı peşə üzrə müvafiq təhsilinin və peşə hazırlığının olub-olmaması, uşaqlarla işləmək üçün zəruri kompetensiyalara sahib olub-olmaması, eləcə də onun psixoloji vəziyyətinin müvafiq qaydada qiymətləndirilib-qiymətləndirilməməsi araşdırılmalıdır.
Çünki uşaqlarla işləmək xüsusi məsuliyyət tələb edən sahədir. Burada yalnız peşə biliyi deyil, səbir, pedaqoji etika, psixoloji hazırlıq və uşaqlarla düzgün ünsiyyət bacarığı da mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda bağçada uşaqların təlim-tərbiyə vəziyyəti, işçi personalının peşəkar və psixoloji hazırlığı, təhsil səviyyəsi, uşaqlarla davranış qaydalarına riayət edilməsi, təhlükəsizlik və nəzarət mexanizmləri hərtərəfli yoxlanılmalıdır.
Bu hadisə mənə Gəncə şəhərində yaşadığımız bir hadisəni də xatırlatdı.
Qardaşımın oğlunu bağçalardan birinə qoymuşduq. Uşaq evə gələndə davamlı olaraq “Aynura yox, Aynura yox” deyirdi. Əvvəlcə bunun nə demək olduğunu anlamırdıq. Çünki Aynur adlı təlimçi bizim yanımızda uşağa son dərəcə mehriban davranırdı.
Daha sonra uşağın ayağında göyərmə gördük və məsələ ilə bağlı bağçanın direktoruna müraciət etdik. Təəssüf ki, aldığımız cavab belə oldu:
“Gedin, polisə verin. Mən neynəyə bilərəm?”
Əlbəttə, zorakılıq halı varsa, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Lakin müəssisə rəhbərliyinin öz məsuliyyətini bu şəkildə kənara qoyması da ciddi suallar doğurur.
Uşağın təhlükəsizliyinə ilk növbədə həmin müəssisənin rəhbərliyi və əməkdaşları cavabdeh deyilmi?
Polisə müraciət etmək hüquqi mexanizmlərdən biridir. Amma uşaq bağçasında uşağın təhlükəsizliyi ilə bağlı problem yaranırsa, direktorun, müəssisənin və aidiyyəti təhsil qurumlarının da məsuliyyəti var. Belə məsələlərdə məsuliyyəti bir-birinin üzərinə atmaq yox, problemin səbəbini müəyyənləşdirərək uşağın təhlükəsizliyini təmin etmək əsas məqsəd olmalıdır.
Bu səbəbdən aidiyyəti qurumlara səslənirəm:
Körpələrə travma yaşatmağa heç kimin haqqı yoxdur!
3-4 yaşlı uşaq özünü müdafiə edə bilmir, baş verənləri böyüklər kimi izah edə bilmir. Bəzən onun yaşadığı qorxu və travmanı sözlə ifadə etməsi belə mümkün olmur. Məhz buna görə onların hüquqlarını qorumaq böyüklərin borcudur.
Uşaqlar bizə əmanətdir.Onlara sadəcə nəzarət edilməli olan kiçik insanlar kimi deyil, öz övladımız kimi yanaşmalıyıq.
Ümid edirəm ki, bu görüntülər aidiyyəti qurumlar tərəfindən diqqətlə, obyektiv və operativ şəkildə araşdırılacaq. Elm və Təhsil Nazirliyi,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, (MÜTDA) Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə aidiyyəti dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları bu ciddi siqnala qanun çərçivəsində münasibət bildirəcək və zəruri tədbirlərin görülməsini təmin edəcəklər.
Burada məqsəd yalnız bir şəxsin cəzalandırılması olmamalıdır. Əsas məsələ odur ki, uşaq bağçalarında belə halların qarşısının alınması üçün sistemli nəzarət və real mexanizmlər gücləndirilsin.
Bağçalarda uşaqların təlim-tərbiyə vəziyyəti, əməkdaşların peşəkar və psixoloji hazırlığı, müvafiq təhsil və ixtisaslarının olub-olmaması, uşaqlarla davranış qaydalarına əməl edilməsi, müəssisələrdə nəzarət və təhlükəsizlik sistemi hərtərəfli araşdırılmalıdır.
Əgər bir bağçada belə hadisə baş verirsə, sual yalnız “uşağa kim əl qaldırdı?” olmamalıdır.
Digər suallar da cavablandırılmalıdır:
Kim buna imkan verdi?
Kim nəzarət etməli idi?
Rəhbərlik hadisədən xəbərdar idimi?
Hadisədən sonra hansı tədbirlər görüldü?
Digər uşaqların təhlükəsizliyi necə təmin olunur?
Uşaqlar bizim gələcəyimizdir. Onların təhlükəsizliyi isə sadəcə bir vəzifə deyil, dövlətin, cəmiyyətin və hər bir böyüyün mənəvi və hüquqi məsuliyyətidir.Bu səbəbdən məsələ ört-basdır edilməməli, obyektiv araşdırılmalı və nəticəsi cəmiyyətə açıqlanmalıdır.
Körpələrin səsini eşidək.
Çünki onlar özlərini müdafiə edə bilmədikləri üçün biz onların səsi olmalıyıq.

Jalə FAMİLQIZI
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Sentyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri