Icma.az
close
up
RU
Uşaqlar ətrafda nə müşahidə edirlərsə, onu öyrənirlər TƏHSİL EKSPERTİ

Uşaqlar ətrafda nə müşahidə edirlərsə, onu öyrənirlər TƏHSİL EKSPERTİ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Şagirdlərin zorakılığa meyilli olmasının əsas səbəblərindən biri ailədə və ya sosial mühitdə gördükləri şiddətdir


Məktəblərdə şagirdlər arasında baş verən zorakılıq hadisələri son illərdə daha çox müşahidə edilir və bu, cəmiyyət üçün ciddi siqnaldır. Şagirdin sinif yoldaşını bıçaqlaması hadisəsi yalnız bir fərdi problem deyil, ümumi təhsil sistemində, ailədə və sosial mühitdəki problemlərin əks olunmasıdır. Bu cür hadisələrin səbəblərini araşdırmaq üçün bir neçə əsas faktora diqqət yetirmək lazımdır.


Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, şagirdlərin zorakılığa meyilli olmasının əsas səbəblərindən biri ailədə və ya sosial mühitdə gördükləri şiddətdir. Ekspertin “Sherg.az”a açıqlamasına görə, uşaqlar ətrafda nə müşahidə edirlərsə, onu öyrənir və tətbiq edirlər:

 “Əgər bir uşaq ailədə aqressiya və zorakılığa şahid olursa, bu, onun üçün normal davranış modelinə çevrilir. Valideynlərin bir-biri ilə və ya övladları ilə sərgilədiyi münasibət onların gələcək davranışlarını müəyyən edir. Bundan başqa, məktəbdə müəllimlərin yanaşması, sinif mühitinin atmosferi və sosial münasibətlər də şagirdlərin psixologiyasına təsir edir. Əgər məktəbdə münaqişələrin həlli üçün doğru metodlar tətbiq olunmursa, şagirdlər öz problemlərini zorakılıq yolu ilə həll etməyə çalışırlar. Son illərdə məktəblərdə baş verən zorakılıq halları artıb və bununla bağlı dəqiq statistika aparılmasa da, müxtəlif tədqiqatlar bu tendensiyanı təsdiqləyir. Ümumilikdə, dünya miqyasında məktəblərdə zorakılıq və şagirdlər arasında qarşıdurmaların 30 faiz civarında olduğu qeyd olunur. Ölkə daxilində isə sosial mediada və yerli mediada tez-tez məktəb daxili zorakılıq hallarına dair xəbərlər yayılır. Bu, təhsil sistemində ciddi dəyişikliklərə ehtiyac olduğunu göstərir”.

K.Əsədovun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində məktəblərdə zorakılığın qarşısını almaq üçün bir sıra proqramlar tətbiq edilir: “Finlandiyada zorakılıqla mübarizə məqsədilə xüsusi metodlar işlənib hazırlanıb və burada əsas diqqət empatiya bacarıqlarının inkişafına yönəldilir. Kanada və ABŞ-də məktəblərdə psixoloji dəstək və davranışları tənzimləyən proqramlar tətbiq edilir. Bu ölkələrdə şagirdlərin psixoloji vəziyyətini izləyən xüsusi sosial işçilər fəaliyyət göstərir və məktəbdə zorakılıq halları dərhal araşdırılır. Bu yanaşmalar şagirdlərin daha sağlam və təhlükəsiz mühitdə təhsil almalarına imkan yaradır.

Məktəblərdə zorakılığın qarşısını almaq üçün bir neçə əsas tədbir görülməlidir. Əvvəla, məktəb daxilində nizam-intizam qaydaları yalnız cəza yönümlü olmamalı, eyni zamanda maarifləndirici və tərbiyəvi xarakter daşımalıdır. Müəllimlər şagirdlərlə daha çox psixoloji ünsiyyət qurmalı, onların emosional vəziyyətini dəyərləndirməlidirlər. Məktəblərdə psixoloq və sosial işçilərin sayı artırılmalı, bu sahəyə daha çox diqqət ayrılmalıdır. Valideynlərlə əməkdaşlıq gücləndirilməli, uşaqların psixoloji və sosial inkişafı diqqətdə saxlanılmalıdır.

Şagirdlərin məktəbə bıçaq və ya digər təhlükəli əşyalar gətirməsi onların özlərini müdafiə etmək ehtiyacı hiss etməsi, təsir altında qalması və ya sadəcə, maraqdan irəli gələ bilər. Bunun qarşısını almaq üçün məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməli, şagirdlərin məktəbə daxil olarkən üzərlərində təhlükəli əşyaların olub-olmaması yoxlanılmalıdır. Lakin bu cür yoxlamalar repressiv xarakter daşımamalı, şagirdlərin şəxsi azadlıqlarına hörmət çərçivəsində aparılmalıdır. Daha vacibi isə şagirdlərin zorakılığa ehtiyac duymayacaqları bir mühit yaratmaqdır. Əgər məktəbdə psixoloji dəstək sistemi qurularsa, şagirdlər öz problemlərini zorakılıqla deyil, sülh yolu ilə həll etməyi öyrənərlər”.


Ekspertin fikrincə, bu cür hadisələrdə günahkarı yalnız bir tərəfdə axtarmaq düzgün olmazdı. Ailə, məktəb və cəmiyyətin ümumi təsiri nəzərə alınmalıdır. Valideynlər övladlarının psixoloji vəziyyətinə daha çox diqqət yetirməli, müəllimlər şagirdlərə təkcə akademik bilik verməklə kifayətlənməməli, eyni zamanda onların sosial və emosional inkişafına da töhfə verməlidir:

 “Cəmiyyət isə zorakılığı təbliğ edən və normallaşdıran faktorlardan uzaq durmalı, uşaqların sağlam düşüncəli fərdlər kimi yetişməsinə şərait yaratmalıdır. Şagird məktəbə yalnız akademik bilik əldə etmək üçün deyil, eyni zamanda sosial bacarıqlar qazanmaq, ünsiyyət qurmaq, həyatı öyrənmək və gələcək cəmiyyətə hazırlanmaq üçün gəlir. Məktəb, yalnız sinif otaqlarında dərs keçilən yer deyil, həm də insanların şəxsiyyət kimi formalaşdığı, sosial qaydaları öyrəndiyi mühüm bir məkandır. Ona görə də məktəbin əsas missiyası şagirdlərə bilik verməklə yanaşı, onların psixoloji və emosional rifahını da təmin etməkdir. Əgər bu aspektlər diqqətdən kənarda qalarsa, məktəblər bilik verən, lakin şəxsiyyət yetişdirməyən bir instituta çevrilə bilər ki, bu da cəmiyyətin uzunmüddətli inkişafına mənfi təsir göstərər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Fevral 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri