Icma.az
close
up
RU
Uşaqlar mahnılardan, filmlərdən, verlişlərdən və ailəsində gördüyü mənfi davranışlardan təsirlənir

Uşaqlar mahnılardan, filmlərdən, verlişlərdən və ailəsində gördüyü mənfi davranışlardan təsirlənir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda 266 saylı məktəbdə 2 şagird sinif yoldaşını məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən çölə sallayıb. Uşağın ağlayıb qışqırdığını görən digər sinif yoldaşları onu xilas ediblər. 266 saylı məktəbdən bildirilib ki, məktəbin 7-B sinfinin üç şagirdi sinif otağında pəncərənin önündə mübahisə ediblər. Hər 3 şagirdin valideyni məktəbə dəvət edilib, onlara övladlarının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib. Məktəblərdə bu kimi hallar baş versə də, KİV-də nadir hallarda işıqlandırılır.Uşaqların bu qədər aqressiv olmasına səbəb nədir?

Kliniki-psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər şeyin uşaq psixikasının formalaşmasına təsiri var.

Ramin Hacıyev

“Uşaq davranışları ailədən götürür. Ailədə zorakılıq və ya digər oxşar növlərdə hallar varsa, ata və yaxud baba, əmi, dayı özünü təsdiq edə bilmək üçün belə davranışlar sərgiləyirsə, özünü bu şəkildə təsdiqləməyə çalışırsa, formalaşmamış uşaq psixikasında bu davranış həkk olunacaq. İlkin ailədir. Hər şey ailədən başlayır”-deyən psixoloq bildirib ki, uşağın ətrafında olan uşaqların davranışları da önəmlidir. Görürük ki, çox zaman onlar da zor tətbiq etməklə və qorxu yaymaqla, özlərini təsdiq etmək istəyirlər.

Psixoloq hesab edir ki, bu davranış yaxşı hal deyil və bu uşaqların necə olacağı sual altındadır: “Qismən olsa da, bəllidir. Amma neqativ proqnozlar verməyək”.

Ramin Hacıyev qeyd edib ki, televizyaların da bu istiqamətdə müəyyən “xidmət”ləri var: “Çəkilən serialların kriminal tərkibdə olması, kiminsə kimisə bıçaqlaması, kiminsə kiməsə nəsə etməsi uşaqlara təsir edir. Bu zaman uşaqların şüuraltında yer alır ki, "belə davranmaq olar, belə lazımdır, biz də belə etməliyik". Bu kimi hadisələr uşaqların psixiksının formalaşmasında böyük rol oynayır”.

Psixoloq bildirib ki, təkcə oğlanlar deyil, qızlar da məktəbdə aqressiv olur. Onlar da kriminal tipli fəlsəfəyə riayət edib, davranışları belə şəkildə formalaşdırırlar: “Mən də şagird atasıyam. Övladımın arxasınca gedəndə görürəm ki, vəziyyət heç də yaxşı deyil. Hələ o uşağın bəxti gətirib ki, aşağı düşməyib. Bu halların qarşısı alınmasa, vəziyyət daha da ağırlaşa bilər”.

Ramin Hacıyev maraqlı bir nüansa da toxunub. Psixoloq qeyd edib ki, bəzi gənclər arasında kriminal mahnılara daha çox qulaq asılır: “Bir mahnı var: “tı druq, ya druq, mı kriminalni kruq”... Uşaqlar bu tipli musiqilərə qulaq asa-asa avtomobil idarə edilirsə və uşaq o tipli musiqi sədası altında böyüyürsə, o uşağa bütün bunlar normal və yaxşı bir hal kimi gəlir. Bu da uşağın psixikasında öz əksini tapır. Biz uşaqlarımızın mənfi davranışlarını görmək istımiriksə, birini özümüzdən başlamalıyıq. Alkoqollu içkilər, narkotik vasitələr və s. istifadəsinin qarşısının alınması istiqamətində də müəyyən işlər görməliyik”.

Ramin Hacıyev məktəblərdə fəaliyyət göstərən psixoloqlardan da söz açıb. Psixoloq bildirib ki, məktəb psixoloqları formal olaraq psixoloq vəzifəsini daşımamalıdır.

“Bu vəziyyət nə qədər ki, belə olacaq, müzakirəsini apardığımız mənfi hallar da davam edəcək. Məktəbin psixoloqu ona həvalə edilən məktəbin hər bir "problemli" uşağını tanımalıdır. Onunla mütəmadi iş aparmalıdır. Bu uşaqlarla iş aparılmadığı zaman belə fəlakətlərlə üzləşmək ehtimalları da artır”-deyə Ramin Hacıyev əlavə edib.

İradə Cəlil, Bizmyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri