Icma.az
close
up
RU
Suriyadan gətirilən qadın və uşaqlar Ombudsmanın gördüyü işlər AÇIQLANDI

Suriyadan gətirilən qadın və uşaqlar Ombudsmanın gördüyü işlər AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Suriya ərazisində yerləşən düşərgələrdəki azərbaycanlı uşaq və qadınların ölkəmizə repatriasiyası son illər dəfələrlə həyata keçirilib. Azərbaycan Respublikasının vətəndaşları olan həmin uşaq və qadınlar vaxtilə Suriya ərazisinə müxtəlif yollarla gediblər.

Bəs ölkəmizə gətirilən həmin şəxslərin sonrakı aqibəti necə olur?

Mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib ki, Ombudsman tərəfindən xarici ölkədə çətin həyat şəraitində olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır:

“Son illərdə Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsi ilə bağlı Ombudsmana ünvanlanlanan müraciətlər üzrə zəruri tədbirlər görülmüşdür. Həmin ərizəçiləri qəbul edən Ombudsman mövcud problemin araşdırılması, həlli, vətəndaşlarımızın ölkəyə qaytarılması, onlar barəsində məlumatların alınması və dəqiqləşdirilməsi, təxirəsalınmaz humanitar dəstəyin və tibbi yardımın göstərilməsində köməklik göstərilməsi istiqamətində səlahiyyətli qurumlarla əməkdaşlığını davam etdirir”.

Məlumatda qeyd edilib ki, müraciətlər üzrə aidiyyəti qurumlara göndərilmiş sorğular nəticəsində uşaqların Azərbaycana qayıtması üçün zəruri sənədlərin hazırlanması və digər məsələlər həll edilib:

“Eyni zamanda, ümumilikdə Ombudsman Suriyada qalan vətəndaşlarımızın qaytarılması və onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görülməsi məqsədi ilə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edib.

Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə bu istiqamətdə müzakirələr aparılıb. Məlum olduğu kimi, Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm olaraq Suriyada saxlanılan vətəndaşların ölkəyə repatriasiyası həyata keçirilir. Ombudsman və onun nümayəndələri müxtəlif vaxtlarda ölkəyə repatriasiya edilmiş həmin şəxslərlə görüşüb, onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb”.

Verilən məlumata görə, repatriantlarla görüş zamanı onların ümumi və psixoloji vəziyyəti qiymətləndirilir, problemləri və ehtiyacları öyrənilir, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilir:

“Repatriantların yerləşdirildikləri müəssisəsi tərəfindən onların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunur. Görüş çərçivəsində, həmçinin repatriantlara Müvəkkilə müxtəlif vasitələrlə müraciət imkanları barədə məlumat verilir. Qeyd edək ki, Ombudsman və onun nümayəndələri tərəfindən Suriya Ərəb Respublikasından repatriasiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarından 54-ü uşaq, 16-sı qadın olmaqla 70 nəfərlə görüş keçirilib, onların hüquqlarının təmini vəziyyəti öyrənilmişdir. Eyni zamanda repatriantların hüquqlarının təmin olunmasına dair Ombudsmana ünvanlanan müraciətlər üzrə müvafiq qurumlarla əməkdaşlıqda lazımi tədbirlər görülüb. Görülmüş tədbirlər nəticəsində müraciətlərdə qeyd olunan əsasən uşaqların doğum haqqında şəhadətnamələrinin, sosial yardımın verilməsi, psixoloji dəstək xidmətlərinin göstərilməsi və digər bu kimi məsələlər təmin edilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri