Icma.az
close
up
RU
Uşaqlar niyə hər istəyimizə yox deyir? Psixoloqdan açıqlama

Uşaqlar niyə hər istəyimizə yox deyir? Psixoloqdan açıqlama

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlərdə valideynlər arasında narahatlıq doğuran əsas məsələlərdən biri uşaqların "yox” sözünü qəbul etməməsi ilə bağlıdır. Bəzi uşaqlar sərhəd və qaydaları nəzərə almadan yalnız öz istəklərinə uyğun davranmağa üstünlük verirlər. Bu tendensiya isə ailədaxili münasibətlərdə gərginliyə səbəb olmaqla yanaşı, uşaqların davranış və tərbiyə prosesinə də ciddi təsir göstərir.

Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında deyib ki, "yox” sözünü qəbul etməyən uşaq pisdir anlayışı düz deyil: 

""Yox” sözünü qəbul etməmək uşağın pis olması anlamına gəlmir. Bu, daha çox tərbiyə üsulundan və mühitdən asılıdır.

Bu problemin təməli ailədən başlayır və səbəblərdən biri sərhədlərin düzgün qoyulmamasıdır. Yəni əgər uşağa kiçik yaşlarından etibarən ağlamasın deyə, hər istədiyi verilirsə, zamanla həmin uşaq "yox” sözünü qəbul etməkdə çətinlik çəkəcək. Uşaq üçün "yox” tanış olmayan bir anlayışa çevrilir”.

Psixoloq qeyd edib ki, belə uşaqlar daha aqressiv olur:

"Hər istədiyini etmək uşağın emosional tənzimləmə bacarıqlarını zəiflədir. "Yox” sözünü az eşidən və onu qəbul etməyən uşaq real həyatda qarşılaşdığı məhdudiyyətlərə daha çox aqressiya və ya inadkarlıqla reaksiya verə bilər. İndiki dövrdə vəziyyət daha da mürəkkəbləşib. Əvvəlki dövrlərdə uşağa mühitin və valideynlərin təsiri var idisə, indi bu, üç faktorlu olub. Uşaqlara valideynlər və mühitlə yanaşı rəqəmsal aləm də təsir göstərir. Sosial şəbəkələrin, rəqəmsal mühitin, oynadıqları oyunların, telefonda keçirdikləri vaxt ərzində gördüklərinin də təsiri çox böyükdür”.

O bildirib ki, normal şəkildə istifadə olunan "yox” uşağa zərər vermir:

"Biz unutmamalıyıq ki, övladlarımıza "yox” dediyimiz zaman onları incitmirik. Normal, balanslı şəkildə istifadə olunan "yox” uşağa zərər vermir. Niyə "yox” dediyimizi izah etdiyimiz zaman uşaq onu daha asan qəbul edir. Uşağı tədricən "yox” sözünə alışdıraraq gələcək həyatında inadkarlığının qarşısını ala bilərik.  Çünki uşaqlıq və yeniyetməlik dövründə də "yox”u az eşidən uşaqlar daha aqressiv, daha qəzəbli, stresli olurlar və ətrafındakı insanlarla münaqişəyə meyilli olurlar. Psixoloji baxımdan uşağa "yox” demək onun inkişafı üçün vacibdir”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Aprel 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri