Uşaqlar üçün sağlam qidalanma ilə bağlı maarifləndirici tədbirlər keçirilir AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 29 noyabr, AZƏRTAC
Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanmanın təbliği və təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, maarifləndirici tədbirlərin əsas məqsədi uşaqları düzgün qidalanma qaydaları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat vermək, qida təhlükəsizliyi mövzusunu təbliğ etmək, uşaqlara qida təhlükəsizliyi ilə bağlı bilik və müvafiq vərdişləri aşılamaqdan ibarətdir.
Tədbirlərdə “Sağlam qidalanaq, sağlam yaşayaq”, “Sağlam həyat, sağlam qida” kimi mövzularda uşaqlarla fikir mübadiləsi aparılır, düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilir. Həmçinin uşaqları maraqlandıran suallar cavablandırılır və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılır.
Sonda uşaqlar sağlam qidalardan müxtəlif yeməklər hazırlayırlar.
Qeyd edək ki, sağlam qidalanma ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 29 Noyabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















