Icma.az
close
up
RU
Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsulların texniki reqlamentilə bağlı ictimai müzakirə keçirilib

Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsulların texniki reqlamentilə bağlı ictimai müzakirə keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında”, “Oyuncaqların təhlükəsizliyi haqqında”, “Uşaq və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə KOBİA-nın KOB dostu departamentinin müdiri Elnur Əliyev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edib.

Çıxışlar zamanı texniki tənzimləmə sisteminin mahiyyəti, bu sahədə görülən işlər və qarşıya qoyulan hədəflər, eləcə də ölkədə texniki tənzimləmə sisteminin qurulması və təkmilləşdirilməsində texniki reqlamentlərin rolu və strateji əhəmiyyəti barədə məlumat verilib. Həmçinin sahibkarlar ictimai dinləmə və müzakirələrdə fəal iştirak etməyə və öz təkliflərini səsləndirməyə dəvət ediliblər.

Tədbir zamanı texniki reqlament layihələrinin əhatə dairəsi, burada əks olunan əsas təhlükəsizlik tələbləri, onların uyğunluğunun qiymətləndirilməsi sahələrində tətbiqi və istehlak bazarlarına müsbət təsirinə dair təqdimat nümayiş olunub.

Sonda sual-cavab sessiyası keçirilib, iştirakçılarla fəal müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən silsilə tədbirlər davam etdiriləcək.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 22 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri