Icma.az
close
up
RU
Uşaqlara ayrılan pulları ələ keçirən 3 həkim məhkəməyə çağırılır FOTO

Uşaqlara ayrılan pulları ələ keçirən 3 həkim məhkəməyə çağırılır FOTO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xeyli vaxtdır gündəmdən düşməyən üç xanımın talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulları ələ keçirməsi ilə bağlı məhkəmə araşdırması davam edir.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə zərərçəkmiş şəxslər dindirilir.
 

Bu iş üzrə mühakimə edilən xanımlar-şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova və Aysel Məmmədovanın üçü də həbsdədir. Birgə dələduzluqda təqsirləndirilən müttəhimlər hazırda bir-birinə qarşı da ziddiyətli mövqedədirlər.


İşin əsas həssas məqamlarından biri təqsirləndirilən şəxslərin cinayətinin bəzi xəstələrin ölümünə gətirib çıxarmasıdır.
Vəfat edənlərdən biri də bu gün ifadə verən Sevinc Səmədovanın əridir. Zərərçəkmişin həyat yoldaşı Ramin qaraciyər serrozundan əziyyət çəkib, əməliyyat gecikdiyi üçün dünyasını dəyişib.

Bu işdə adı çəkilənlərdən biri də Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımidir.
S.Səmədova da deyir ki, onu təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi göndərib. Həkim zərərçəkmişi inandırıb ki, həmin xanımlar xeyriyyəçidir, onlara kömək edə biləcəklər: “Mən hospitala gələnə kimi heç bunların (təqsirləndirilən şəxslər-) adını eşitməmişdim. Mir Cəlal doktorun yanına həyat yoldaşımın müalicəsi üçün gəlmişdim. Nə isə söhbət əsnasında dedi ki, bəs, həyat yoldaşın əməliyyat edilməlidir. Amma əməliyyat kifayət qədər pul tələb edir. Dedi ki, sənə bir nömrə verəcəyəm, onunla danış. Həmin adam da hazırda burada oturan Aysel idi. Həkim onların dəstəyi ilə əvvəl də əməliyyat edilənlərin olduğunu dedi.
Bundan sonra Aysellə danışmaq üçün şirkətlərinə getdim. Deyim ki, şirkət də qorxulu yer idi. Nə isə narahat oldum, amma Aysel məni inandırmağı bacardı. Videolar göstərdi, orada əməliyyat edilən şəxslər təşəkkür edirdilər. Razılaşma da belə oldu ki, 22 min 500 manat verəcəyəm, qalanını da sponsorları vasitəsilə həll edəcəklər. Sonra yenə Mir Cəlal doktorun yanına qayıtdım. Dedim ki, içim rahat deyil. Bunu deyəndə doktor coşdu, dedi, narahat olmağa ehtiyac yoxdur”.
Fotoda: Azad Məcidov

Hakim Azad Məcidovu maraqlandıran əsas məsələ dövlət hospitalının həkiminin xəstələri təqsirləndirilən qadınların yanına göndərməsidir. Hakim bu haqda Aysel Məmmədovadan soruşub.
Xanım müttəhimin cavabından bəlli olub ki, şirkətləri ilə hospital arasında müqavilə var imiş. Şirkətə rəhbərlik etmiş Nuridə də bunu təsdiq edib. O, rusca sözlərlə nə isə demək istəsə də, əvvəlki cavab hakimi qane edib.
Aysel Məmmədovanın yaxınları 22 min 500 manatın 15 min 500 manatını həyat yoldaşını itirən xanıma qaytarıblar.
 

Mövzu açılmışkən zərərçəkmiş Tural Nəsmiyev qaranlıq qalan məsələlərin aydınlaşması üçün adları keçən həkimlərin məhkəməyə çağırılması məqsədilə vəsatət qaldırıb.


Hakim qarşısında dindirilməsi tələb edilən həkimlər - Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi olan Xuraman Cəfərova, mərkəzin ovaxtkı direktoru Valeh Hüseynov və başqalarıdır. Bu şəxlərin ifadəsi iş üçün əhəmiyyətli hesab edilir.
Məhkəmə vəsatəti qəbul edib. Növbəti iclaslarda həkimlərin dindirilməsi məsələsi müzakirə ediləcək.
İclasın ortasında Aynur Bayramovanın səhhəti pisləşib, təcili yardım gəlib. Həkim məsləhəti ilə proses təxirə salınıb.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri