Icma.az
close
up
RU
Bu uşaqlar vaxtında müalicə olunmazsa, ağır fəsadlara səbəb ola bilər Pediatrdan valideynlərə ÇAĞIRIŞ

Bu uşaqlar vaxtında müalicə olunmazsa, ağır fəsadlara səbəb ola bilər Pediatrdan valideynlərə ÇAĞIRIŞ

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşaqlarda əzələ tonusu normal inkişafın vacib göstəricilərindəndir. Tonus pozuntuları, xüsusilə hipotoniyalar, körpəlik dövründə ciddi nevroloji və fiziki problemlərin ilkin əlamətlərindəndir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Xatirə Abdulxalıqova bildirdi ki, uşaqlarda zəif əzələ tonusunun bir çox səbəbləri vardır:

"Zəif əzələ tonusu dedikdə, normal doğulmuş uşaqlarda əzələlərin müəyyən tonuslara və reflekslərə cavab verməsi nəzərdə tutulur. Bu vəziyyət özünü hipotoniya (tonusun aşağı olması) və hipertoniya (tonusun yüksək olması) formasında göstərə bilər. Bu gün biz hipotoniyadan, yəni tez-tez rast gəlinən əzələ zəifliyindən məlumatlı olmalıyıq.

Əzələ tonusunun zəifliyi anadangəlmə və qazanılma faktorlarla bağlı ola bilər. Uşaq doğulan kimi onun əzələ sisteminə qiymət verilməlidir. Belə ki, o, hansı reflekslərə normada cavab verməlidirsə, uşağın vəziyyəti buna əsasən qiymətləndirilir.

Əzələ hipotoniyasının səbəbləri çoxşaxəlidir. Demək olar ki, bu hal müxtəlif vitamin və mineral çatışmazlığından, həmçinin mərkəzi və periferik sinir sisteminin bir sıra xəstəliklərindən əmələ gələ bilər. Yeni doğulmuş uşaqda ətraf əzələləri yığcam formada olmalıdır. Əgər ətraflar yanlara doğru süst dayanırsa, ovuclar açıq vəziyyətdə qalırsa, bu, əzələ hipotoniyasına işarədir. Lakin yeni doğulmuş uşaqlarda bu hal keçici də ola bilər. Valideynlər buna diqqət yetirməlidirlər.

Əzələ hipotoniyasının təkcə nəticəsi yox, səbəbi də araşdırılmalıdır, çünki bu hal digər patologiyalarla yanaşı gedə bilər".

Pediatr vurğuladı ki, analar xüsusilə diqqətli olmalıdırlar ki, uşaqda skelet əzələləri ilə yanaşı mimiki və əmmə əzələlərində də hipotoniyaya rast gələ bilərlər. 

"Valideyn uşağın bələyini açan zaman onun ətraflarının süst formada yanlarda qalmasına diqqət etməlidir. Əlləri sıxdıqda ovucların davamlı şəkildə açıq qalması da əzələ hipotoniyasının əlamətidir. Belə uşaqlar kompleks müayinə və müalicə olunmalıdır. Müalicədə fizioterapiyanın əvəzsiz rolu vardır. Bu prosedurlar masaj, müalicəvi bədən tərbiyəsi və müxtəlif dərman preparatları ilə yanaşı şəkildə aparılmalıdır. Əgər bu uşaqlar vaxtında müalicə olunmazsa, bu, ağır fəsadlara səbəb ola bilər.

Başlıca problemlər arasında nitq gecikməsi, dayaq-hərəkət sistemində zəiflik, gəzmədə gecikmə və əgər skelet əzələləri təsirlənmişsə, skelet əzələlərinin patologiyası qeyd oluna bilər. Buna görə də vaxtında səbəbləri aşkar etmək və kompleks müalicə tədbirlərindən istifadə etmək çox vacibdir",- deyə Xatirə Abdulxalıqova bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri