Icma.az
close
up
RU
Pediatrdan valideynlərə xəbərdarlıq: Uşaqlar səhər yeməyi yeməzsə...

Pediatrdan valideynlərə xəbərdarlıq: Uşaqlar səhər yeməyi yeməzsə...

Icma.az, News24 portalına istinadən məlumat verir.

“Uşaqların gündəlik qidalanmasında səhər yeməyinin önəmi çox vacibdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarından pendir, yağ və s. bu kimi qidalara üstünlük verməli, mütləq şəkildə mövsümi meyvə, tərəvəzlərdən istifadə edilməlidir”. 

News24.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”nun səhər proqramında pediatr Gülnaz Ağayeva səsləndirib. 

Onun sözlərinə görə, gün ərzində 2-3 meyvə və 4-5 tərəvəzin qəbulu vacib hesab olunur:

“Eyni zamanda, uşaqların qida menyusunda ətdən, balıqdan, toyuqdan istifadəsi tövsiyə olunur. Hər birindən həftənin iki günündə istifadə edə bilərlər və bir qida qəbulunda yaxşı olar ki, 2 fərqli heyvan ətindən istifadə etməsinlər. Belə olan halda həzm prosesi zəifləyir, qəbul olunan qidalar doğru şəkildə həzm olunmur. Eyni zamanda, balıq, dəniz məhsulları omeqa 3, yağ turşuları, D vitamini ilə zəngindir. Bu da uşaqların inkişafında çox böyük rol oynayır”.

Pediatr qeyd edib ki, gündəlik rasionda mütləq istifadə edilən rəngli meyvə və tərəvəzlər, zülal baxımından zəngin qidalar, süd və süd məhsulları immunitetin güclənməsi üçün vacibdir:

“Tam taxıllar (yulaf, qreçka, qarabaşaq, qara çörək) uşağın enerji balansını saxlayır. Qoz, badam, fındıq, ərik qurusu, kişmiş kimi quru meyvə və çərəzlər həm enerji verir, həm də dəmir, maqnezium, sink kimi minerallarla zəngindir. Uşağın gündəlik maye qəbulu vacibdir, su içməyi vərdiş halına gətirmək lazımdır. Şəkərli içkilər, qazlı sular, çoxlu şokolad və paketlənmiş fast-food məhsulları immun sistemini zəiflətdiyi üçün uzaq tutulmalıdır”. 

G.Ağayeva bildirib ki, uşaqlara qida mütləq müəyyən rejimlə, kiçik porsiyalarla və gündə 4-5 dəfə verilməlidir:

“Axşam yeməkləri yüngül, amma vitamin-mineral baxımından balanslı olmalıdır. Qidalanma ilə yanaşı, normal yuxu rejimi, təmiz havada gəzmək, fiziki aktivlik də immun sistemini gücləndirən əsas amillərdəndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri