Icma.az
close
up
RU
Uşaqlara bu yaşda xarici dil öyrətməyin! Təhlükə

Uşaqlara bu yaşda xarici dil öyrətməyin! Təhlükə

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlar valideynlər arasında uşaqlara ikinci dilin öyrədilməsi ilə bağlı ənənə formalaşıb.

Belə ki, valideynlər övladları dil açmağa başlayan kimi ona ana dilindəki sözlərlə yanaşı, xarici dillərdə də söz və ifadələr öyrətməyə çalışırlar. Bu da bir çox hallarda uşağın ana dilində sərbəst danışa bilməməsinə, nitqinin qüsurlu olmasına səbəb olur.

Mövzu ilə bağlı axar.az-a danışan defektoloq-loqoped Mətanət Qafarova bildirib ki, uşaqlara ikinci dili öyrətməyin öz vaxtı var:

"Bəzən uşaqlar dil açmadığı zaman, məsələn, 2-3 yaşı olanda valideynlər düşünür ki, artıq ikinci dili öyrətmək lazımdır. Hətta bəzi valideynlər uşaqla iki dildə danışmağa başlayır, sözlərin bir qismini rus-ingilis, bəzilərini isə Azərbaycan dilində deyir.

Valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, xüsusən 2 yaşlı uşaqlarla bu cür davranmaq onun nitqində travma yaradır. Ümumiyyətlə, 3 yaşına qədər ana dilini başqa dillə əvəz etmək olmaz. Uşaqlar dil açan zaman konkret bir dildə danışmağı öyrənməlidir. Valideynlər uşağa növbəti dili öyrətmək istəyirsə, bunu 3 yaşından sonra etmək məsləhətlidir. Əgər uşağın 3 yaşı tamam olubsa və sərbəst şəkildə ana dilində danışa, fikirlərini asanlıqla ifadə edə bilirsə, o zaman növbəti dilin öyrədilməsinə başlamaq olar. Amma uşağın artikular aparatında müəyyən problemlər varsa, uşaq təzə-təzə sözlər deməyə başlayırsa, söz birləşmələrindən istifadə edirsə və yaxud fikrini çatdırmaqda çətinlik çəkirsə, ona ikinci dilin 4 yaşa qədər öyrədilməsi məqsəduyğun deyil".

M.Qafarovanın sözlərinə görə, hələ sərbəst şəkildə danışa bilməyən uşağa başqa dillərdə sözlər öyrətmək uşağın təlim fəaliyyətinə mənfi təsir göstərir:

"Mütəxəssislər uşaqlara ikinci dilin öyrədilməsi üçün ən ideal vaxtın 4 yaşdan sonra olduğunu bildirirlər. Diqqət etmək lazımdır ki, uşağın nitqində yükləmələr olmasın. Uşaq 3 yaşında həm öz dilində danışır, həm də rus və ya başqa dillərdə sözlər bilirsə, nitqlə psixi funksiyalar üst-üstə düşmür. Uşaq rusca düşünür, azərbaycanca tərcümə edib danışır və ya əksinə.

Məktəb yaşında uşağa öyrədilən xarici dil daha uğurlu sayılır. Bu da 5 yaşından sonrakı dövrə təsadüf edir. Azyaşlıya dil öyrətmək üçün onun nitq xüsusiyyətləri, artikular aparatları, nitqin periferik mərkəzi hissəsi tamamilə normal olmalıdır və uşaq ana dilində sərbəst danışmalıdır. Uşaqda sadalanan proseslərin heç biri getmirsə, uşağın sərbəst danışmağı öyrənəcəyi vaxta qədər gözləmək lazımdır".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri