Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Uşaqlara xarici dil öyrətməyin zərərləri

Uşaqlara xarici dil öyrətməyin zərərləri

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

2016-cı ildə dünya şöhrətli rəssam Sakit Məmmədovla müsahibə zamanı söhbət xarici dil bilgisindən düşdü və dünyanın bir çox ölkəsində olan, kraliçanın, Monika Belluççinin rəsmlərinin yaradıcısı dedi ki, əgər müəllifsənsə, sənətinin peşəkarısansa, yeni dil öyrənməyə sərf etdiyin zamanı öz işinə həsr et, əcnəbi dil problemini tərcüməçi ilə də həll etmək olur. 

İlk baxışdan tərs görünən bu məsləhət barədə illərlə düşünmüşəm. Son illər ətək-ətək pul töküb bahalı plazalarda ingiliscə qığıldamağa çalışan soydaşlarımı görəndə məsələ bir daha mənim üçün ictimailəşdirilmək zərurəti qazanır. Hər il 3 ay bahalı kurslara gedib ingilis dilinin qrammatikasını, leksikasını, beynində sürüyən, dili öyrəndiyini düşünüb 9 ay susan və həyata keçirə bilmədiyi ingilis dilinin xiffətini çəkə-çəkə plazalarda boynunun ardını kondisioner küləyində qurudan soydaşlarımıza xüsusi məsləhətlər deyilməlidir. 

Əcnəbi dil məsələsinə qayıdacağam, lakin bu yerdə məsləhətverənlərimizin kasadlığına toxunmaq da vacibdir. Əvvəlcə bunu unutmayaq ki, bəlkə də bizim qədər məsləhət verən və eyni zamanda məsləhətə qulaq asmayan ikinci toplum yoxdur. Elə bu səbəbdən - at izinin it izinə qarışmağındandır ki, mənəviyyat dünyamızın ağ atlı oğlanları kəhərlərini bu yana sürmürlər, öz cıdırlarında qısa turlar atmaqla əzizləri qarşısında sərgilənir, qəhrəmanlıqlarını geniş kütlədən qısırlar. Mahiyyəti bilənlərin susması reallığıdır bugünkü ictimai kimsəsizliyimizin əsl adı. 

Qayıdaq əcnəbi dil öyrənməyin mənfi tərəfinə... Təbii, qulağa əks gələn bu ifadə ilk baxışdan ürəkaçan deyil. Lakin ana dilini tamam-kamal öyrənməyən uşaqlarımıza növbəti dilləri təkid etməyin onların düşüncəsini haçaladığını da başa düşməliyik.

Nitq-şüur mütənasibliyi insanı yetişdirən ən unikal ikilidir. İnsanın potensialı bu paralel qollardakı məşqindən və çevikliyindən asılıdır. Uşaq əvvəlcə dil öyrənir və sözlərin, söz birləşmələrinin, cümlələrin açdığı üfüqlər fonunda düşüncəsi formalaşır. Biz isə onun körpə düşüncəsini iki-üç istiqamətə yönəldirik. İnsan öncə bir dili mükəmməl bilməlidir. O, hansı dili mükəmməl öyrənirsə, həmin dil onun, sözün əsl mənasında, ana dilinə çevrilir. Təkcə digərləri ilə deyil, özü ilə də içində həmin dildə danışır. İnsanın özü ilə danışdığı dili sanballı bilməsi vacibdir. Yetişən şəxsiyyətin sanbalı da özü ilə danışdığı, yuxularını gördüyü dili bilmə səviyyəsindən asılıdır. Adam azından özü ilə “ııı...” etmədən ürəklə danışa bilməlidir. 

Bu gün təhsil ocaqlarında Azərbaycan dilindən verilən imtahanlardan da, şəhərdə “ts”ıldayan gənclərin nitqindən də, TV sorğularında fikrini mədəni üslubda ifadə etməyə çalışan sakinlərin azərbaycancasından da görünür ki, biz dilimizi yaxşı bilmirik. Həmin səbəbdəndir ki, sözün hər iki mənasında, özümüzlə dil tapa bilmirik. İndi bu qırıq Azərbaycancaya vaqif insanların ətək-ətək pul töküb ingilis dilini öyrənmələrinin fərdlərinə, əzizlərinə və ictimaiyyətə hansı faydası olacaq? Onlar sadəcə ana dillərinin anasını ağladan fərdlər kimi natamam nitqli bir adamın ingiliscə qığıldayan “kopiya”sını yaratmış olacaqlar. 

Bir daha qayıdaq körpələrin və şagirdlərin əcnəbi dil öyrənməyə məcbur edilməsinə... Sözügedən kontekstdə ən böyük zərbə bu nəslə, uşaqlara dəyir. Biz xarici dil öyrənmək zavalımızı uşaqlarımızın körpə dillərində, bap-balaca beyinlərində xortlatmayaq. Onlar öncə sivilizasiyanın təməl haqqına sahib olmalıdırlar; bir dildə mükəmməl danışmaq və düşünmək qabiliyyətinə. Əks halda, o uşaqların sabah sözlərinin arasına girən “ıııı” “pauza”sı düşüncələrinə yoluxacaq. Düşüncələrində də arzulanmaz “pauza”lar olacaq. 

Süni intellektin hər gün bir az təbii don geyindiyi ərəfədə uşaqlarımızı hərşeyşünas eləməkdən vaz keçək... Uşaqlarımız heç olmasa, bir şeyi yaxşı bilməlidirlər ki, sintetikləşən dünyaya lazım olsunlar. Eyni zamanda süni intellektin hər işi – xüsusilə də tərcüməni təbii şəkildə bacardığı halda bizim süni şəkildə dil öyrənməyimiz təbiətimizə insafsızlıqdır. Bütün insanları bir dildə danışdırmaq istəyənlərin öz əfzəl niyyətləri var. Qafqazlı balalarının ən özəl xüsusiyyətlərini yuyub aparan bu prosesə siz də öz payınızı verə bilərsiniz; heç olmasa, uşaqlara öncə öz dilimizi mükəmməl bilməyi aşılayaq. Onlar öz dillərini və işlərini gözəl bilsələr, onları dünyanın bütün dillərinə tirajlayanlar tapılacaq...

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri