Icma.az
close
up
RU
Uşaqlara dərman verdikdə diqqətli olun!

Uşaqlara dərman verdikdə diqqətli olun!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstənilən dərmanlar istənilən insanda allergik reaksiyanın inkişafına səbəb ola bilər.

Heç bir insan belə allergik reaksiyadan sığortalanmayıb. "Məndə heç nəyə allergiya yoxdur" kimi dəlil burada işləmir.

Reaksiyanın gücü müxtəlif ola bilər - yüngül səpgilərdən başlayaraq ağır anafilaktik şokun inkişafına kimi (anafilaktik şok insanın həlak olmasına səbəb ola bilər).

Həkimlərin müşahidələrinə görə, uşaqlarda və yaşlı insanlarda dərmanlara qarşı allergik reaksiyalarına daha az rast gəlinir. Bunun səbəbi bu qrup insanlarda immun sisteminin daha zəif olmasıdır.

Lakin uşaqlarda allergik reaksiya daha sürətli gedir və daha tez-tez hallarda ağır fəsadlara səbəb olur. Bunun səbəbi uşaq orqanizmində bütün fizioloji proseslərin daha sürətli getməsidir.

Əksər hallarda ağır allergik reaksiyaların səbəbi hər hansı dərman preparatının qəbulu olur. Bu səbəbdən uşağa bu və ya digər dərman preparatını verdikdə çox diqqətli olun.

Bəzi dərman preparatları allergik reaksiyalara daha tez-tez səbəb olur. Allergik reaksiyaların inkişafına ən tez-tez səbəb olan preparatlar penisillin və sefalosporin qrupuna aid olan antibakterial preparatlardır ("antibiotik"lər). Sulfanilamid preparatları, vərəm əleyhinə preparatlar, aspirin, yuxu gətirici, qıcolma qarşı preparatlar, anestetiklər (ağrısızlaşdıran) və bəzi digər preparatların istifadəsi allergik reaksiyanın riskini artırır.

Nəzərinizə çatdıraq ki, allergik reaksiya yalnız hər hansı allergenlə (o cümlədən, dərmanla) təkrar (!) kontakt zamanı inkişaf edə bilər. Bu o deməkdir ki, əgər insan, məsələn, bundan əvvəl heç zaman ampisillin qəbul etməyibsə, ampisillinin ilk qəbulu bu insanda allergik reakisyanın inkişafına səbəb olmayacaq.

Lakin ilk qəbuldan sonra orqanizmdə hələ ki tibbə məlum olmayan proses işə salınır ki, immun sistemi bu maddəyə qarşı xüsusi həssas olur. Bu proses "sensibilizasiya" adlandırılır. Məhz bu sensibilizasiya gələcəkdə bu dərmanın təkrar qəbulu nəticəsində allergik reaksiyaya səbəb olur.

Bunu misal çəkərək izah edək. Məsələn, uşaqda otit (orta qulağın iltihabı) inkişaf etmişdir. Həkim uşağa "ampisillin" təyin edib. 3 aydan sonra bu uşaq bronxit xəstəliyinə tutulub və ana uşağa müstəqil şəkildə ampisillin "təyin etməyə" qərar verib (axı keçən dəfə ampisillin uşağa kömək edib!). Nəticədə uşaqda allergik reaksiya baş verib.

Dərmanın qəbul forması da sensibilizasiyanın və allergik reaksiyanın inkişafında böyük rol oynayır. Belə ki, dərmanın peroral (həb, suspensiya və s.) qəbulu zamanı sensubilizasiya və allergik reaksiyanın riski daha az, parenteral (inyeksiyalar şəklində) qəbulu zamanı isə daha çox olur. Məhz bu səbəbdən həkimlər uşaqlara dərmanları əksər hallarda həb və ya suspensiya şəklində təyin edirlər.

Əgər ana hamiləlik zamanı hər hansı dərman qəbul edibsə, bu o deməkdir ki, uşaq bu dərmana sensibilizasiya alıb və doğulduqdan sonra bu dərmanın qəbulu uşaqda allergik reaksiyaya səbəb ola bilər.

Bu səbəbdən hamiləlik zamanı ana yalnız həkim tərəfindən təyin olunan dərmanları qəbul etməli və bu dərmanların adlarını yazıb saxlamalıdır. Əgər körpə doğulduqdan sonra ona hər hansı müalicə təyin olunarsa, ana mütləq hamiləlik zamanı istifadə etdiyi dərmanlar haqqında həkimə məlumat verrməlidir. Bu uşaqda ağır allergik reaksiyaların baş verməsinin qarşısını alacaq.

Həmçinin əmizdirmə zamanı ana tərəfindən qəbul olunan dərmanlar da uşaqda sensibilizasiyaya səbəb olur. Bunu da nəzərə almaq lazımdır.

Valideynlərdə hər hansı dərman preparatına qarşı allergik reaksiya olduqda bu uşaqda bu dərmana qarşı reaksiya riskini artırır.

Əgər uşaqda bu və ya digər dərman preparatına qarşı allergik reaksiya olubsa, bu o deməkdir ki, növbəti dəfə bu preparatın qəbulu daha ağır reaksiyaya səbəb olacaq.

Qara ciyər və böyrək xəstəlikləri allergik reaksiyaların riskini artırır.

Beləliklə, uşağı ağır allergik reaksiyalardan qorumaq istəyirsinizsə, bu qaydalara əməl edin:

- heç bir halda müstəqil şəkildə (həkimlə məsləhətləşmədən) uşağa heç bir dərman preparatını verməyin;

- uşağa verilən bütün dərman preparatların adını və verilmə tarixini yazıb saxlayın və uşağa hər hansı dərman təyin olunduqda bu siyahını həkimə göstərin;

- əgər uşaqda hər hansı dərmana qarşı allergik reaksiya olubsa, bu dərmanın adını yazıb saxlayın;

- heç bir halda inyeksiya şəklində istifadə üçün nəzərdə tutulmuş dərmanları yerli vasitə kimi istifadə etməyin (bəzi analar uşaqda boğaz xəstəlikləri zamanı şprisə penisillin yığıb uşağın boğazını yuyurlar - bu yolverilməzdir!).

Mənbə: komarovskiy.net

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri