Uşaqlara dondurma alarkən bunu mütləq nəzərə alın XƏBƏRDARLIQ
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yay mövsümündə ən çox istehlak olunan məhsullardan biri olan dondurmanı alarkən həm uşaqların, həm də böyüklərin sağlamlığını qorumaq üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.
BAKU.WS-in məlumatına görə, mütəxəssislər bildirirlər ki, ilk növbədə məhsulun son istifadə tarixi yoxlanılmalıdır. Vaxtı keçmiş və ya düzgün saxlanılmayan dondurma qida zəhərlənməsinə səbəb ola bilər.
Dondurmanın saxlanma şəraiti də mühüm əhəmiyyət daşıyır. Əgər məhsul əridikdən sonra yenidən dondurulubsa, onun forması dəyişir, üzərində buz kristalları yaranır və bu, məhsulun keyfiyyətinin pozulduğunu göstərir.
Uşaqlar üçün dondurma seçərkən tərkibində süni rəngləndiricilər və çoxlu qatqılar olan məhsullardan uzaq durmaq tövsiyə olunur. Süd tərkibli və daha təbii məhsullar uşaqlar üçün daha uyğun hesab edilir.
Böyüklərə isə şəkər miqdarı yüksək olan dondurmaları həddindən artıq istehlak etməmək məsləhət görülür. Xüsusilə şəkərli diabet, artıq çəki və ya boğaz həssaslığı olan şəxslər seçim zamanı diqqətli olmalıdırlar.
Mütəxəssislər küçədə açıq şəraitdə satılan, qablaşdırılmayan və mənşəyi məlum olmayan dondurmaların alınmasını riskli hesab edirlər. Məhsulun qablaşdırılması bütöv, üzərində istehsalçı məlumatları isə tam göstərilməlidir.
Həkimlər qeyd edirlər ki, dondurma düzgün seçildikdə və normada istehlak olunduqda həm uşaqlar, həm də böyüklər üçün yay aylarında təhlükəsiz və xoş desert ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 20 May 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















