Uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev uşaqlara qarşı cinayətlərə, o cümlədən 14 yaşından kiçik şəxslərə qarşı cinsi zorakılığa görə məsuliyyəti sərtləşdirən qanun imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, sənəd beş məcəlləyə və altı qanuna dəyişikliklərin edilməsini nəzərdə tutur:
"Bundan sonra 14 yaşından kiçik uşağa qarşı cinsi zorakılıq törətmiş şəxsləri 25 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir".
S.Mirziyoyeva həmçinin qeyd edib ki, uşaqlara qarşı zorakılığa görə bütün təqsirkarlar, o cümlədən təhsil müəssisələrinin əməkdaşları və qohumlar məsuliyyət daşıyacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 14 Oktyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















