Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Uşaqlara terapiya adı altında zorakılıq Vəkillər xəbərdarlıq etdi

Uşaqlara terapiya adı altında zorakılıq Vəkillər xəbərdarlıq etdi

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son zamanlar psixoloq və loqopedlərin uşaqlara qarşı kobud davranışını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılır. Paylaşılan kadrlarda uşaqlarla ünsiyyət zamanı kobud davranışlar əks olunub.
Hüquqşünas, vəkil Şəbnəm Tağıyeva Demokrat.az-a açıqlamasında bildirib ki, son zamanlar sosial şəbəkələrdə psixoloq və loqopedlərin uşaqlarlaməşğələ zamanı kobud davrandığını əks etdirən görüntülər yayılır: 

"Belə hallar yalnız peşə etikası məsələsi deyil. Uşağın ləyaqətinin, fiziki və psixoloji təhlükəsizliyinin qorunması hüquqi baxımdan da təmin edilməlidir. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, psixoloji yardım psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirləri əhatə edir. Psixoloq isə psixoloq ixtisası üzrə ali təhsil almış və ya qanunvericiliyə uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxsdir. Qanun təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslərə şamil edilir. Buna görə psixoloji yardımın özəl mərkəzdə göstərilməsi həmin fəaliyyəti Qanunun müəyyən etdiyi tələblərdən kənarda qoymur. Qanuna əsasən, psixoloji yardım göstərmək hüququ olan şəxslər yardımı peşəkar, keyfiyyətli və psixoloji yardım standartlarına uyğun göstərməli, yardım alan şəxsin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmalı, psixoloji yardım standartlarına, qaydalarına və psixoloqun peşə etikasına riayət etməlidirlər. Onlar həmçinin yardım alan şəxsi və ya onun qanuni nümayəndəsini göstərilən yardımın növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri barədə məlumatlandırmalıdırlar. 14 yaşına çatmamış şəxslərə isə, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, psixoloji yardım yalnız valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə göstərilir".
Hüquqşünas əlavə edib ki, təhsil müəssisələrində göstərilən psixoloji xidmətə və loqopedlərin fəaliyyətinə münasibətdə təhsil qanunvericiliyi də əlavə tələblər müəyyən edir: 
""Təhsil haqqında” Qanunun 31.0.2-ci maddəsinə əsasən, loqopedlər və praktik psixoloqlar təhsilverənlər (pedaqoji işçilər) sırasına daxildir. Təhsilverənlər uşaqların şərəf və ləyaqətinə hörmət etməli, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, etik davranış və pedaqoji etika normalarına riayət etməlidirlər. Qanun təhsil müəssisələrində psixoloji xidmətin “Psixoloji yardım haqqında” Qanunun tələblərinə riayət edilməklə təşkilini də nəzərdə tutur. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 14-cü maddəsi məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil alan nitq pozuntusu olan uşaqlara kömək məqsədi ilə loqopedik xidmətin təşkilini nəzərdə tutur. Müvafiq qanunvericiliyə əsasən, loqoped uşaqların nitq pozuntularının korreksiyasını həyata keçirən ali təhsilli mütəxəssis kimi müəyyən edilir. Loqopedik xidmətin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında Əsasnamə” ilə daha ətraflı tənzimlənir. Əsasnaməyə əsasən, loqopedik xidmət ümumi təyinatlı təhsil müəssisələrində loqoped-müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin (yerli təhsili idarəetmə orqanları) tabeliyindəki loqopedik kabinet, həmçinin loqopedik mərkəz vasitəsilə həyata keçirilir. Əsasnamə müəllim-loqoped üçün peşəkar tələbləri də müəyyən edir. Bu vəzifəyə defektoloq təhsili olan, loqopediya üzrə ixtisasdəyişmə kursu keçmiş ali pedaqoji təhsilli şəxslər təyin edilir. Müəllim-loqoped uşaqlarla aparılan korreksiya işinin keyfiyyətinə məsuliyyət daşıyır, hər bir uşaq üzrə nitq xəritəsi aparılır və uşağın nitq pozuntusunun aradan qaldırılmasının nəticələri qeydə alınır. Bununla belə, mövcud xüsusi tənzimləmə əsasən təhsil sistemi çərçivəsində təşkil edilən loqopedik xidmətə aiddir. Psixoloji yardımdan fərqli olaraq, müxtəlif hüquqi statuslu müəssisələrdə göstərilən loqopedik xidmətin bütün formalarını əhatə edən ayrıca ümumi qanunvericilik çərçivəsi nəzərdə tutulmayıb"".
Şəbnəm Tağıyeva söyləyib ki, bununla yanaşı, Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu uşaqlara qarşı zorakılığı qadağan edir və uşağın zorakılığın bütün formalarından müdafiə olunmaq hüququnu təsbit edir: 
"Qanuna əsasən, uşağın həyatına, sağlamlığına, şərəf və ləyaqətinə və qanunla qorunan digər hüquqlarına təhlükə yaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək, mənafeyinə zidd hərəkət və ya hərəkətsizlik uşağa qarşı zorakılıq hesab olunur. Fiziki, cinsi və psixoloji zorakılıqla yanaşı, cismani cəza, etinasız rəftar, təhlükədə qoyma, istismar, davamlı təzyiq və aqressiv davranış da zorakılığın formaları sırasında göstərilir. Qanun uşağı tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi ona qarşı fiziki və ya psixoloji zorakılığın tətbiqini də cismani cəza kimi müəyyən edir. Başqa sözlə, tərbiyə və ya intizam məqsədi belə davranışı zorakılıq anlayışından kənarlaşdırmır. Bu baxımdan, uşağa qarşı alçaldıcı və təhqiredici rəftarın, davamlı təzyiq və ya aqressiv davranışın “terapiya”, “korreksiya”, “tərbiyə” və ya “intizam metodu” kimi təqdim edilməsi həmin davranışı özlüyündə hüquqa uyğun etmir. Nəzarət yalnız sosial şəbəkələrdə görüntülər yayıldıqdan və ya valideyn şikayət etdikdən sonra aparılan araşdırmalarla məhdudlaşmamalı, preventiv xarakter daşımalıdır. “Uşaq hüquqları haqqında” Qanun da dövlət nəzarətinin məqsədlərindən biri kimi uşaq hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasını müəyyən edir. Bu baxımdan, nəzarət ilk növbədə xidmətin göstərildiyi müəssisə daxilində təmin edilməlidir. Uşaqlarla birbaşa işləyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş təhsil və ixtisas tələblərinə uyğunluğu yoxlanılmalı, uşaqlarla davranış və təhlükəsizlik qaydaları müəyyən edilməli, həmin qaydalara əməl olunmasına mütəmadi nəzarət həyata keçirilməlidir. Qanunvericilik müvafiq müəssisələrdə uşaqlara qarşı zorakılığın, davamlı təzyiq və aqressiv davranışın qarşısının alınması və belə hallar baş verdikdə səmərəli cavab tədbirlərinin tətbiqi üçün mexanizmlərin formalaşdırılmasını da nəzərdə tutur. Müəssisədaxili nəzarət yalnız pozuntu baş verdikdən sonra şikayətin araşdırılması ilə məhdudlaşmamalıdır. Valideynlərin mümkün pozuntular barədə məlumat verə bilməsi üçün əlçatan şikayət mexanizmi olmalı, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi qaydası müəyyən edilməlidir. Psixoloji yardım göstərildikdə isə valideyn tətbiq ediləcək metod, yardımın məqsədi, həcmi və müddəti barədə əvvəlcədən məlumatlandırılmalıdır. Mövcud qanunvericilik psixoloji yardım və təhsil sistemi çərçivəsində göstərilən loqopedik xidmətə dair müəyyən tələblər nəzərdə tutsa da, uşaqlarla psixoloji, loqopedik, inkişaf və korreksiya istiqamətində işləyən bütün şəxsləri və bu xidmətlərin göstərildiyi müxtəlif fəaliyyət formalarını əhatə edən vahid nəzarət mexanizminin formalaşdırılması məsələsinə baxılması məqsədəuyğun olardı. Bu baxımdan, belə xidmətləri göstərən şəxslərə dair minimum ixtisas və peşə tələblərinin, uşaqlarla davranış və təhlükəsizlik standartlarının, fəaliyyətə nəzarət və pozuntulara reaksiya mexanizmlərinin xidmətin hansı təşkilati və ya fəaliyyət forması çərçivəsində göstərilməsindən asılı olmayaraq aydın müəyyən edilməsi vacibdir. Eyni zamanda, bu fəaliyyət növlərinin ayrıca icazə və ya lisenziyalaşdırma rejiminə daxil edilməsinin zəruriliyi də qanunvericilik səviyyəsində qiymətləndirilə bilər".
Vəkil əlavə edib ki, ilk növbədə uşağın təhlükəsizliyi təmin edilməli və zərurət olduqda həmin mütəxəssislə məşğələlər dayandırılmalıdır: 
"Hadisəni təsdiq edə biləcək video və audio materialların, yazışmaların, xidmət müqaviləsinin, ödəniş sənədlərinin və digər sübutların saxlanılması da vacibdir. Uşaqda zorakılıq əlamətləri aşkar edildikdə isə məsələ yalnız müəssisədaxili araşdırma ilə məhdudlaşdırılmamalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 18.4-cü maddəsinə əsasən, uşaqda zorakılıq əlamətləri aşkar edildikdə valideynlər, eləcə də uşağa nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət və penitensiar müəssisələrin işçiləri bu barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və ya ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar. Zorakılıq halları barədə uşaq qaynar xəttinə də məlumat verilə bilər. Valideyn bununla yanaşı, müəssisə və ya mərkəzin rəhbərliyinə yazılı müraciət edərək hadisənin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini tələb edə bilər. Bu müraciət aidiyyəti dövlət orqanına məlumat verilməsini əvəz etmir. Qanunvericilik uşağa qarşı zorakılıqla bağlı məlumatvermə və qarşısının alınması öhdəliklərinin pozulmasına görə ayrıca məsuliyyət də müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 189-4-cü maddəsinə əsasən, uşaqda zorakılıq əlamətləri aşkar edildiyi halda bu barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və ya ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 400 manatdan 600 manatadək cərimə edilir. Məcəllənin 189-5-ci maddəsinə əsasən, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 600 manatadək cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, valideynlər (onları əvəz edən şəxslər), eləcə də uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə edilir. Bu məsuliyyət əməl Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Yəni, zorakı hərəkətlər uşağın sağlamlığına zərər vurulması və ya cinayət tərkibi yaradan digər nəticələrlə müşayiət olunduqda əməlin xarakterindən və nəticələrindən asılı olaraq cinayət məsuliyyəti məsələsi də yarana bilər".
Məsələ ilə bağlı digər vəkil Ceyhun İsmayıllı isə saytımıpza məsələ ilə bağlı verdiyi açıqlamasında bildirdi ki, bu tip işlərdə nəzarət əsasən həmin mərkəzin müdiriyyəti tərəfindən həyata keçirilməlidir:

"Yəni, bu məsələlərə nəzarəti onlar etməlidirlər. Belə neqativ hallar aşkarlandığı zaman, məsələn, valideyn uşağına qarşı hər hansı kobud rəftar və ya qəbuledilməz davranış olduğunu görərsə, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Həmin əməli törətmiş müəllimin, loqopedin və ya digər şəxsin əməlinə hüquq-mühafizə orqanları tərəfindən qiymət verilir. Araşdırmanın nəticəsindən asılı olaraq, ya inzibati tənbeh tədbiri tətbiq olunur, ya da əməldə cinayət tərkibi olduğu halda şəxs cinayət məsuliyyətinə cəlb edilir. Eyni zamanda, vurulmuş ziyanla bağlı məhkəmə qaydasında da müəllimə və ya məsul şəxsə qarşı iddia qaldırıla bilər. Hər bir halda belə əməllərə görə məsuliyyət nəzərdə tutulur", - deyə Ceyhun İsmayıllı vurğuladı.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri