Icma.az
close
up
RU
Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Çox valideynlərin “hələ balacadır, uzanacaq” dediyi boy qısalığı əslində bir xəstəlik deyil, bir çox xəstəliklərin göstəricisi ola bilər.

Bu səbəbdən inkişafın hansısa dövründə uşağının öz yaşıdlarından boy və ya çəkidə geri qalması müşahidə olunarsa həkimə müraciət etmək mütləqdir.

Azertag.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının pediatrı, endokrinoloq Günay Cəbrayılova universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: “Uşaqlıq dövrünün ən böyük xüsusiyyəti, davamlı böyümə prosesidir. Təəssüflər olsun ki, hər bir uşaqda sağlam böyümə və inkişaf prosesi müşahidə olunmur. İstər xəstəliklərə, istərsə də qida çatışmazlığına bağlı olaraq uşağın inkişafının dayanması, ən çox boy uzanmasına təsir göstərir. Uşaqlıqda böyümədə dayanma və ya boy qısalığı hansısa xəstəliyin ilkin əlaməti ola bilər. Genetik, konstitusional boy qısalıqları, cinsi inkişafın gecikməsi, skelet sistemi xəstəlikləri, uşağın doğulduğu çəkinin aşağı olması, qidalanma pozuntuları, ürək, böyrək, qan xəstəlikləri kimi xroniki problemlər, uzun müddətli dərman istifadəsi, Turner sindromu, qalxanabənzər vəzin hormon çatmazlığı ilə gedən xəstəliklər, böyümə hormonu çatışmazlığı və uşağın az qayğı və ya sevgi görməsi inkişafa təsir edən səbəblərdəndir.

Turner sindromunun bu gün daha çox qız analarını narahat edir. Bu xəstəlik hər 2500 qız uşağından birində təsadüf edilir. Xəstəliyin başlıca əlaməti erkən yaşlarda boy qısalığı və sonrakı yaşlarda cinsi inkişafının başlamaması ilə xarakterizə olunan genetik pozuntulardır.

Böyümə hormonu çatışmazlığı hər 3500-dən bir uşaqda görülür. Xəstəliyin əsas əlaməti boy qısalığı və ya böyümədə dayanmadır. Hipotireozun rast gəlmə tezliyi isə 3500-də birdir. Problemin anadangəlmə növü müalicə olunmadıqda boy qısalığından əlavə, əqli inkişafda da geriləməyə səbəb ola bilər.

Onu da qeyd edim ki, 50 santimetr olaraq dünyaya gələn sağlam körpənin boyu 3 aylığında təxminən 60 santimetr, 6 aylığında 67 santimetr, 9 aylığında 72 santimetr, 1 yaşında ikən isə 75 santimetr olmalıdır”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri