Icma.az
close
up
RU
Ailə həkimi rubrikası Son illərdə uşaqlarda boy qısalığı və ləng uzanmanın səbəbləri nələrdir?

Ailə həkimi rubrikası Son illərdə uşaqlarda boy qısalığı və ləng uzanmanın səbəbləri nələrdir?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son illərdə uşaqların boyunun normadan geri qalması (boyun qısalığı, ləng uzanma) – bir çox ailələrin, müəllimlərin və həkimlərin diqqətində olan mühüm tibbi-sosial problemdir. Bu halın tək bir səbəbi yoxdur, çox zaman birləşmiş amillərin təsiri ilə yaranır. Uşaqlarda boy inkişafının geri qalmasının əsas səbəblərindən biri qidalanma pozğunluqlarıdır. Qəbul edilən qidada zülal, vitamin və mineral çatışmazlığı (xüsusilə D vitamini, kalsium, sink, dəmir) boy inkişafının ləngiməsinə gətirib çıxarır”.

Bu barədə Bizimyol.info xəbər portalına həkim-pediatr Şəhla Hacıyeva danışıb. Pediatr qeyd edib ki, qidaların karbohidrat və şəkərlə zəngin, lakin qidalandırıcı dəyəri aşağı olması (hazır qidalar, cips, kola və s.), həmçinin iştahasızlıq və ya bağırsaq parazitləri də uşaqda qida mənimsənilməsini azaldır.

Həkim vurğulayıb ki, uşaqların boyunun uzunluğu genetik (irsi) amillərdən də asılıdır: “Hər iki valideyn boyca qısadırsa, uşağın da boy potensialı aşağı ola bilər. Lakin bu halda belə düzgün qidalanma və keyfiyyətli həyat tərzinin dəstəyi ilə bu inkişafı müəyyən qədər nizamlamaq mümkün olur. Hormon pozğunluqları da uşaqların boy inkişafında əsas rol oynayır. Böyümə hormonu çatışmazlığı, qalxanvari vəz xəstəlikləri (hipotireoz) zamanı uşaqlarda boyun inkişafdan qalması müşahidə olunur. Cinsiyyət hormonlarının gecikməsi də yeniyetmələrdə boyun inkişafını əngəlləyə bilər. Bütün bu halların diaqnozu üçün endokrinoloq müayinəsi və laborator analizlər mütləq vacibdir”.

“Uşaqlar arasında Günəş şüası altında az qalmaq D vitamini sintezinin azalması nəticəsində sümük inkişafının zəifləməsinə, nəticədə raxit xəstəliyinə (sümük yumşalması), həmçinin boy inkişafının ləngiməsinə səbəb ola bilər. Əsəb, həyəcan, qorxu, depressiya, ailə zorakılığı və ya laqeydlik kortizol hormonunun yüksəlməsi böyümə hormonunun qarşısını alır. Sevgisiz və stimulsuz mühitdə uşağın ümumi inkişafı zəifləyir,- buna tibbdə emosional böyümə geriliyi də deyilir”-deyə həkim-pediatr Şəhla Hacıyeva bildirib.

Şəhla Hacıyeva qeyd edib ki, erkən texnologiyalaşmış həyat tərzi və hərəkətsizlik də günümüzün ən böyük problemlərindən biridir– uşaq idman etmir, açıq havada oynamır, daim telefon-planşetlə vaxt keçirir.

“Gec yatmaq, yuxu rejiminin pozulması da fiziki inkişafın ləngiməsinə gətirib çıxarır. Unutmayaq ki, böyümə hormonu əsasən gecə dərin yuxuda ifraz olunur. Xroniki xəstəliklər və dərmanlar da uşağın boy artımını yavaşlada bilər. Məsələn; astma zamanı xüsusilə kortizonlu dərman istifadə edilirsə, belə hallar müşahidə oluna bilər. Bəzi uşaqlarda cinsi yetkinlik əlamətləri çox erkən başlayır bu, böyümə nöqtələrinin tez bağlanmasına səbəb olur boy erkən dayanır.

Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki,valideynlər övladlarının qidalanmasına ciddi nəzarət etməli,menyuda zülal və vitaminlə zəngin qidalara üstünlük verməlidirlər. (yumurta, süd, ət, balıq, tərəvəz, meyvə) Uşağın açıq havada oyun və günəşlə təması mütləq olmalıdır. İdmanla məşğul olduqda (üzgüçülük, basketbol, gimnastika) – böyümə hormonu aktivləşir.İdman sağlam həyat tərzi olmaqla bərabər,həm uşaq orqanizminin düzgün formalaşmasına təkan verir”-deyə həkim-pediatr vurğulayıb.

Şəhla Hacıyeva qeyd edib ki, uşağın gecə saat 10-dan əvvəl yatması çox vacibdir. Həkim-pediatr bildirib ki, əgər 2-3 il ərzində boy artımı azdırsa və ya geridə qalırsa – həkimə (pediatr, endokrinoloq) müraciət etmək mütləq lazımdır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 İyul 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri