Icma.az
close
up
RU
Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? Bakıda mühüm konfrans

Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? Bakıda mühüm konfrans

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda uşaqların erkən inkişaf problemlərinə həsr olunan “II erkən inkişaf problemləri və korreksiyası” adlı elmi-praktik konfrans keçirilib.

“Yeni Sabah” xəbər verir ki, müzakirələri “Neuro Academy” Psixologiya Mərkəzi, “Nitq” İnkişaf Mərkəzi və ​“Müasir Psixoloji Dəstək Mərkəzi” İctimai Birliyi təşkil edib.

Konfransa Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, elmi ictimaiyyətin nümayəndələri və bu sahədə çalışan mütəxəssislər qatılıblar.   pizza hut

Gənci Adilzadənin aparıcısı olduğu tədbiri giriş sözü ilə deputat C.Məmmədov açıb. O bildirib ki, süni intelektin, o cümlədən texnologiyaların sürətlə inkişaf etdiyi, dəyərlərin yeni forma və məzmun qazandığı, mənfi tendensiyaların gücləndiyi bir dövrdə psixologiya elminin qarşısında bir çox çağırışlar dayanır. C.Məmmədov bunlara misal kimi insanlar arasında ünsiyyətin azalmasını, özünə qapanmanı, boşanmaların artmasını, ailə dəyərlərinin zəifləməsini göstərib.

“Ona görə də erkən inkişaf dövründə uşaqlara daha çox diqqət ayırmaq lazımdır. Valideynlər övladlarının davranış və hərəkətlərinin arxasında nələrin dayandığını, onların hansı istiqamətdə və neçə inkişaf etdiklərini bilməlidirlər. XXI əsrin bəlası olan autizmin geniş yayıldığı bir dövrdə bu sahədə çalışan mütəxəssislərin üzərinə böyük iş və məsuliyyət düşür. Bəzən valideylər övladlarına vaxtında düzgün diaqnoz qoyulmamasından şikayətlənirlər. Peşekarlar ön plana çıxmalı, belə halların qarşısını maksimum almalıdırlar. Ona görə də belə konfranslar böyük önəm daşıyır”, - Milli Məclisin deputatı vurğulayıb.

Daha sonra “Neuro Academy” Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva, “Nitq” İnkişaf Mərkəzinin rəhbəri, defektoloq-loqoped Esmira Kazımova, ​“Müasir Psixoloji Dəstək Mərkəzi” İctimai Birliyinin sədri, klinik psixoloq Aida Sübhan Nəbiyeva erkən inkişaf problemləri, diaqnostika üsulları və müasir korreksiya metodları ilə bağlı fikirlərini bölüşüblər,  

Tədbirdə “Afaziya növlərində yoxlanış və korreksiya metodları”, “DƏHP-də istifadə olunan ən müasir praktik metodlar”, eləcə də “Müasir terapiyada neyropedaqoji sistem: elm və praktikanın sintezi” mövzularında təqdimatlar olub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri