Icma.az
close
up
RU
Uşaqlarda karies və onun profilaktikası

Uşaqlarda karies və onun profilaktikası

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Karies - dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi olub bir çox səbəblər nəticəsində baş verir. Ən çox yayılmış səbəblər isə aşağıdakılardır:

- ağız boşluğunun mikroblarla yuksək dərəcədə çirklənməsi;

- ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi;

- dişin sümük toxumasının möhkəmliyinin azalması.

Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Dişlərini təmizləməyən və çox konfet, makaron, peçenye, kartof püresi yeyən uşaqlarda diş ərpinin daha artıq miqdarda toplanması qeyd edilir. Diş ərpi minlərlə mikroblar üçün yaxşı yaşayış mühitidir (onlardan ən təhlükəlisi streptokokklardır). Bu mikroblar diş emalını və dentin təbəqəsini dağıdaraq son nəticədə kariesin əmələ gəlməsinə səbəb olurlar.

Çoxsayli mikrob toplumlarının əmələ gəlməsi üçün orta hesabla 12 saat tələb olunur. Məhz buna görə də dişləri gündə iki dəfə təmizləmək məsləhət görülür. Bu mikroblar xüsusilə gecə vaxtları daha aktiv olurlar. Buna görə də valideynlər öz uşaqlarına dişlərini düzgün şəkildə təmizləməyi öyrətməlidirlər. Bu, kariyesin profilaktikası üçün ən yaxşı vasitədir.

Bir çox valideynlər hesab edirlər ki, uşaqlarda olan müvəqqəti “süd” dişlərin kariesini müalicə etmək lazım deyil, çünki bir müddət keçdikdən sonra bu dişlər onsuz da düşəcəklər. Bu çox səhv bir fikir hesab olunur! Karies çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, karies özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki iltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) mütləq müalicə etmək lazımdır. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə agız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər. Saqqızın tərkibində dişin emalına müsbət təsir göstərən xüsusi maddələrin (kselit və s.) olması daha məsləhətli olardı.

Möhkəm emal və dentinin olması mikrobların dişlərə olan mənfi təsirinə mane olaraq kariesin də əmələ gəlməsinin qarşısını alır. Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır. Bundan başqa, dişlərin möhkəmliyi uşağın ilk dövrülərdən etibarən qəbul etdiyi qidaların keyfiyyətindən, az və ya çox xəstələnməsindən də asılıdır. Yuxarı yaşlı uşaqlarda kəskin və xroniki xəstəliklərin olması, bədəndə baş verən hormonal dəyişikliklər, müxtəlif qan xəstəlikləri az bir zaman ərzində 10-dan artıq dişdə kariesin əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda çoxsaylı dişlərdə kariesin inkişaf etməsi bədəndə kalsium mübadiləsinin pozulmasını göstərir və mütləq olaraq həkim-pediatrın məsləhətini vacib edir.

Bundan başqa dişlərin vəziyyətinə uşaqların bir sıra zərərli vərdişləri də (çoxlu şirniyyatların yeyilməsi, isti yeməkdən sonra soyuq qazlı suyun içilməsi və ya əksinə olaraq soyuq dondurma yedikdən sonra isti qida və ya içkinin qəbul edilməsi) təsir edir.

Kariesin profilaktikası üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

Ağız boşluğunun gigiyenasına əməl edin: dişləri gündə iki dəfə (səhər və axşam yeməklərindən sonra) olmaqla ftortərkibli diş pastası ilə təmizləyin. Həkim məsləhətinə uyğun olaraq tərkibinə ftor və kalsium elementləri olan müvafiq həbləri qəbul etmək. Kalsium preparatlarını, bir qayda olaraq, ildə iki kurs olmaqla yazda və payızda qəbul etmək olar (pediatrla məsləhətləşin!). İldə 2 dəfədən az olmayaraq (yazda və payızda) usağın yaşına və həkim məsləhətinə uyğun olaraq tərkibində polivitamin-polimineral kompleksi olan həblər qəbul edilməsi. Konfet, mürəbbə, müxtəlif şirniyyatlar, makaron, peçenye və bu kimi məhsulların qəbulunu azaltmaq. Vaxtaşırı stomatoloqun müayinəsindən keçməli. Tərkibində ftor elementi olan xüsusi vasitələrlə ağız boşluğunu qarqara etmək.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri