Icma.az
close
up
RU
Uşaqlarda qəbizlik problemi: NECƏ ARADAN QALDIRMALI?

Uşaqlarda qəbizlik problemi: NECƏ ARADAN QALDIRMALI?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbizlik uşağın düzgün qidalanmaması nəticəsində yaranan problemdir. Ancaq ev şəraitində bəzi qidalar və bitki mənşəli məhsullardan istifadə edərək bunun qarşısını almaq mümkündür.

Qəbizliyin qarşısını almaq üçün istifadəsi məsləhət olan bitki mənşəli vasitələr:

Zeytun yağı və limon qarışığı:

Uşaqlara qəbizlik zamanı 1 çay qaşığı zeytun yağını 1çay qaşığı təzə sıxılmış limon suyu ilə qarışdırıb səhər acqarına içirilir. Limon suyunun əvəzinə portağal suyu da istifadə etmək olar.

Quru meyvə və zeytun yağı qarışığı

1 ədəd quru əncir, 2 ədəd ərik qaxı və 2 gavalı xırda-xırda doğrandıqdan sonra üzərinə 1 stəkan yarım qaynar suya əlavə edilir. Biraz soyuduqdan sınra 1 xörək qaşığı zeytun yağı qarışdırıb sutka ərzində hər dəfə bir qaşıq olmaqla iki-üç dəfə uşağa içirilir.

Bitki çayları

Bir çox bitki çayları, xüsusilə razyana və çobanyastığı çayı uşağın qısa müddətdə qəbizlikdən xilas olmasına kömək edər.

Razyana toxumu

Razyana uşaqlarda qəbizliyə qarşı yayğın istifadə edilən təbii vasitələrdən biridir. 2 stəkan suya bir çay qaşığı razyana toxumu əlavə edib qaynatdıqdan sonra süzülür və gündə bir-iki qaşıq istehlak olunur.

Kişmiş

Bir ovuc kişmiş 1 gecə suda isladılır. Süzüldükdən sonra islanmış kişmişlər qəbizlikdən əziyyət çəkən uşağa yedizdirilir.

Meyvələr

Uşağa armud, üzüm, gavalı, yemiş, ərik, əncir, xurma kimi meyvələr gündə ən az 2 porsiya yedizdirilmilidir. Bu meyvələr mövsümdən asılı olaraq yaş və ya quru ola bilər. Ancaq uşağın zövqünə uyğun olaraq kompot və ya şirə şəklində hazırlanmalıdır.

Alma qabığında lif miqdarı yüksək seviyyədə olduğu üçün, bu meyvənin qabıqları ilə istehlak edilməsinə üstünlük verilməlidir.

Armud həzm sistemini sürətləndirir və mədəni rahatladır. Bu meyvə də alma kimi qabıqlı yeyilməlidir.

Uşaqlarda qəbizliyə qarşı görülə biləcək digər tədbirlər:

Kartof və unlu qidaların istehlakı dayandırılmalıdır İnək südü istehlakı azaldılmalı və keçi südünə üstünlük verilməlidir. Ağ çörək əvəzinə çovdar, qarabaşaq və ya tam buğda çörəyi istehlak edilməlidir. Şəkərli məhsulların istehlakından imtina edilməlidir. Düyü plovu və makaron əvəzinə bulqur plovuna üstünlük verilməlidir. Bağırsaqları tənzimləmək üçün evdə çalınmış qatıq, kefir, sup kimi qidalar daha çox istehlak edilməlidir. Uşağın qida rasionuna meşə meyvələri və lifli tərəvəzlər əlavə edilməlidir. Meyvə qaxları və bu meyvələrdən hazırlanan qidalar istehlak edilməlidir. Turşulu, qəhvə və qara çay kimi içkilər uşaqlara verilməməlidir. Uşaqlar üçün fəaliyyət sahəsi yaradılmalı və idman etməsi təmin edilməlidir.

 Körpələrdə qəbizliyə qarşı tətbiqi asan tədbirlər

Körpəni ilıq suda çimdirmək və ya 5-10 dəqiqə ilıq suda oturtmaq əzələlərini rahatladıb qəbizlikdən xilas olmasına kömək edər. Dörd aydan yuxarı körpələrdə qəbizlik müşahidə edilərsə, yeməklə yanaşı gavalı, alma, armud və şaftalı şirələri verilə bilər. Körpəni məşq etdirmək qəbiz olmasının qarşısını alır. Körpənin qarnını əl ilə yarım ay hərəkətləri ilə masaj etmək bağırsaq hərəkətlərinin sürətlənməsinə kömək edər. Lakin hər körpənin quruluşu fərqli olduğu üçün bütün bu üsulları sınamazdan əvvəl həkim ilə məsləhətləşmək tövsiyə olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:711
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri